Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə16/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

Elə ağlayarsan ki



Bir müştəri bazarda kartof-soğan satan Əliməmmədə yaxınlaşıb deyir:

– Əmi, keçən dəfə səndən aldığım soğan şirin çıxdı. Bu da ondandır?

Əliməmməd halını pozmadan cavab verir:

– Yox, bala, inanmırsan bir diş vur, elə ağlayarsan ki, elə bil əzizlərin ölüb.

Səkkizdən çıxardacağam



Bir nəfər boradigahlı 6-cı sinifdə oxuyan oğluna çox bö­yük ölçüdə ayaqqabı istəyir. Satıcı təəccübünü gizlədə bil­mir:

– Onuncuda oxuyanda bu uşağın ayağına ayaqqabı ta­pıl­maz ki!

– Qoymaram onuncunu qurtarsın, səkkizdən çıxar­da­ca­ğam.

Çimməsinlər də



Bir vaxtlar suda boğulanları xilasetmə cəmiyyətləri var idi. Həmişə marka paylanar və üzvlük haqqı yığılardı. Bundan ötrü pul verməkdən boğaza yığılan bir boradigahlı əsəbləşib deyir:

– Ə, bu əcləflar üzə bilmirlər, çimməsinlər də!


Üç dəfə tullanmışam...



Məhərrəmlik ayı təzə giribmiş. Məscidə təzə molla gə­lir. Elə birinci gecədə hamıya bəlli olur ki, bu mollanın də­rin sa­vadı yoxdur. Neyləyək, neyləyək, mollanı bir məzəli kişiyə tap­şırırrar ki, onu gecə qonaq saxlasın. O, mollanı gecə səhərə ki­mi o çəpərdən, bu çəpərdən, o pələtdən-bu pələtdən tul­lan­dırır.

Axırda molla dillənir:

Ay başuva dönüm, mən axı bu pələtdən üç dəfə tul­lanmışam...

Səhəri görürlər ki, molla yataqda yoxdur, qaçıb.

Juk Zakirin əhvalatları




Günlərin bir günü tərs, inadkar müfəttişlərdən biri Zaki­ri saxlayıb, sənədlərini tələb edir. Zakir soruşur ki, günahım nədir?

Müfəttiş deyir:

– Yolun ortasındaki xətti tapdamısan.

Zakir üzünü qibləyə tutur, əllərini açıb Allaha yalvarır:

– Keç günahımdan, ilahi, keç günahımdan...

Sonra yolun ortasında uzanıb xətti öpməyə başlayır:

– Bağışla, ay xətt, mən heç bilmirdim sən bu qədər mü­qəddəssən. Keç günahımdan!..

Sürücülər maşınları saxlayıb bu qəribə mənzərəni seyr edir, qəhqəhə çəkib gülürlər. Yol hərəkətinin tamamilə dayan­dığını görən müfəttiş onu xahiş-minnətlə ayağa qaldırıb, yola salır. Zakir cərimə və rüşvət verməkdən canının qurtarır.

Kişi söhbəti



Yenə bir gün yol müfəttişi Zakiri saxlayıb deyir ki, sən öləsən, səndən bir “Lenin” alacağam.

Zakir deyir:

– Yaxşı, verməyən də kişi döyül, almayan da...

Razılaşırlar. O, üstündə Leninin şəkli olan dəmir (danqa) manatı çıxarıb verir, müfəttiş yerində donub qalır.

– Mən on manat demişəm.

Zakir:

– Ortada kişi söhbəti var.

Müfəttiş sözündən qaça bilmir, məcbur olub dəmir ma­natı alır və başını bulayır:

– Ömrümdə belə sürücüyə rast gəlməmişdim.

İran səfəri



İranda olarkən Zakir hansı bir qanunusa pozur. Onu po­lis idarəsinə aparıb, 80 şallaq vuracaqlarını bildirirlər. Asılan şallaqları görəndə rəngi saralır, udqunur. Özü-özünə deyir:

– İlahi, bu nə oyundu mən düşdüm? Bu şallaqlara döz­mək olar?

Çox yalvar-yaxar, o yan, bu yan, qonaq olduğunu nəzə­rə alıb, 40 şallaq vuracaqlarını bildirirlər. Zakir özü-özünə deyir ki, ey dili qafil, 50 faiz düzəlib, qalıb 50 faiz. Yenə boy­nunu çiyninə qoyur, yazıq-yazıq yalvarır.

– Baba, rəhminiz gəlsin mənə, fağır, yetim bir şurə­vi­yəm. 40 şallağa yox, hec 4 şallağa dözməyə qiryətim çatmaz. Yaxşılığı eləmisiz, axıra qədər eləyin. Ölsəm, Şurəvi sizə mü­haribə elan edər...

Bu məzəli hərəkətlərinə görə onu bağışlayırlar.

Kişiyə borcum var



Günnərin bir günü Ənnağı çayxanaya girir. Görür ki, borclu olduğu adamlardan bir neçəsi oturub çay içir. İstəyir, qapı­dan qayıtsın, özünə sığışdırmır. Həmin adamlar dönüb söz­lü adamlar kimi ona baxırlar. Niyyətlərini gözlərindən oxu­yan bu baxışlara dözə bilməyən Ənnağı bir ağızdan qa­yı­dıb:

– Mənim bir oğraşa borcum yoxdur, – deyir.

Borclular yer-yerindən dillənirlər ki, necə yəni yoxdur, axı bizə filan qədər verəcəyin var. Ənnağı bərkdən gülüb:

Mənim kişiyə borcum var, oğraşa borcum yoxdur, cavabını verir.

Ənnağı Bakıda



Ənnağının yolu şəhərə düşür, küçəni qadağan olunmuş yerdən keçərkən yol müfəttişi onu saxlayıb 3 manat cərimə edir. Ənnağı çıxarıb 6 manat verir və müfəttişə başa salır ki, bir azdan bu yolu yenə qayıdacaq, 3 manat da qayıdan başın cə­riməsidir.

Məhkəmədə



Ənnağının dostlarından biri bulvarda vəzifəli bir adamın qızına sataşır. İş düşür məhkəməyə. Ənnağı “tinini düzəldib”, sərxoş halda məhkəməyə gedir. Öz aləmində olan Ənnağının məhkəmənin çıxardığı hökmdən xəbəri olmur. Yanındakı adam­­­dan soruşur. O, müttəhimin buraxıldığını söyləyir. Ən­na­ğı:

– Malades, bravo, – deyərək atılıb düşür.

Ənnağının kefli olduğunu görüb, onunla məzələnən hə­min adam təqsirkara 15 sutka iş kəsildiyini bildirir. Bunu eşi­dən Ənnağı:

– Adə, basın getsin, elə basılmalı əclafdır, – deyə qışqırır.

Pişiklə “zakuska”



Ənnağı dostları ilə toyda yemək yeyirmiş. Arağı içib, hərə bir şeylə “zakuska” edir. Ənnağı yanındakı pişiyi qal­dırıb, burnuna yaxınlaşdıraraq “zakuska” edir.

Arzusu qalsın ürəyində



Məktəbdə oxuyarkən sinif yoldaşı Ənnağıya deyir:

– Dünən Səlim müəllim mənə dedi ki, ürəyimdə bir arzum var, sən rus dilində 2 bənd şeyir əzbərləyəsən.

Səlim müəllimdən onsuz da yanıqlı olan Ənnağı bir ağızdan deyir:

– Öyrənmə, qoy arzusu qalsın ürəyində...

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin