Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə17/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

Sonuncu imtahan



Qəbul imtahanı verən boradigahlı cavanlardan biri şə­hərdə Ənnağıya rast gəlir. Ənnağı oğlanlardan imtahanlar ba­rədə soruşur.

Oğlan 3 imtahan verib, təkcə sonuncu imtahanın qal­dı­ğını söyləyir. Ənnağı isə gözlənilməz bir cavab verir.

– Darıxma, bala, o qədər axırıncı imtahandan kəsilən olub ki...

Deyilənə görə, oğlan həqiqətən də sonuncu imtahandan kəsilib.

Yununu qırxmaq istəyirəm



Bakıda tələbə olan boradigahlı cavanlarından biri qıvrım saçlarını o qədər uzadıbmış ki, lap çiyinlərinə tökülübmüş. Gün­lərin bir günü oğlan görür ki, Ənnağı əlində bükülü kisə onun arxasınca gəlir. Oğlan görüşə getdiyindən addımlarını yeyinlədir ki, yerlisini azdırsın. Dönüb təzədən arxaya baxır. Görür yox, yerlisi qarabaqara onu izləyir. Səbri tükənib daya­nır. Ənnağıya salam verir:

– Salam, əmmə, sən hara, buralar hara?

– Bala canı, kənddə yun tapılmır, sənin yununu qırxıb kəndə aparmaq istəyirəm.

Kisəni də ondan ötrü götürmüşəm...

Xeyirdi inşallah!




Ənnağının atası gecə rəhmətə gedir. Səhər tezdən hü­zürlə bağlı qulluğa gedən Ənnağı bir tanışına rast gəlir.

Soruşur:

– Xeyir ola, Ənnağı, səhər-səhər hara belə?

Ənnağı deyir?

– Xeyirdi inşallah, ədə rəhmətə gedib.

Yığıncaqda



Kənd klubunda təsərrufat işçilərinin yığıncağı varmış. Yığıncaqda rayon partiya komitəsinin işçiləri, raykom katibi də iştirak edirmiş. Ənnağı söz alıb deyir:

– Yoldaş katib, mən 40 ilin kommunistiyəm, uzun illərdir ki, təsərrufatda çalışıram. Hökümət itlə mənim aramda heç bir fərq qoymur. Katib təəccüblə soruşur:

– Kişi, bu nə sözdür?

Ənnağı fikrini aydınlaşdırır:

– Yoldaş katib, bizdə bir fıs-fıs Güləli var o, uşaq bağ­çasında qaravulçudur. Adı işdədir, özü Bakıda alverdə. Öz ye­rinə bir it bağlayıb, bağçanı qoruyur. Həmən o it də 70 manat alır, mən də...

Baş sağlığı



Ənnağının dostlarından biri vağzalda qatarın altına dü­şür, qolu dirsəkdən üzülür. Onun kəsik qolunu kamal-ədəblə dəfn edirlər. Öz qolunun dəfnində iştirak edən dostuna Ənna­ğı təsəlli və “başsağlığı” verir.

– Allah qoluva rəhmət eləsin, sağ qoluvun başı sağ ol­sun. Ancaq belə getsə, sən hissə-hissə öləcəksən...

Qəzeti daldan oxuyarlar



Ənnağının səsi səhər tezdən çayxananı başına götürür.

– Adə, sən öləsən, bu balıq nə yaman şeymiş... Axşam balıq yeyəndən sonra qəzeti eynəksiz oxudum. Selpo sədri ilə baş buxalter qəzeti lap daldan oxuyarlar ki, nöşün ki, gündə balıq yeyirlər.

Kefdi eləyirik də...



Ənnağının bir şakəri də varmış: arvadbazlıq. Günnərin bir günündə çox arvad almaq üstündə işi məhkəməyə düşür. Ha­kim ona sual verir:

– Çox arvad almaqda məqsədiniz?

Ənnağı qımışıb deyir:

– Kefdir eləyirik də, yoldaş məhkəmə...

Hakim gözu yaşarınca gülür...

Yüz qram verməyin



Ənnağı hər axşam kefli gəlir. Tez-tez “yüz qram” eşi­dib, bu sözdən gözü qorxan qoca və avam anası onun badə dostlarından birini tutub deyir:

– A bala, cəhənnəm, ona 1 litr, 2 litr araq verin, yüz qram verməyin də...

Məscidə dəymə

Ənnağı kolxozu yeyib talayan sədrə deyir:

– Nə yemisən, nə dağıtmısan, halal xoşun olsun. Ancaq xahişim var: Məscidin suvallarına dəymə, əvəzinə mənim evimin suvallarını apararsan.
Futbolla maraqlanıram

Ənnağıdan soruşurlar:

– Kasparov udacaq, yoxsa Karpov?

O deyir:

– Futbolla maraqlanıram.
Gülümüz olsa

Qonşu qadın Ənnağıgilə gəlib, onun arvadından qab yumaq üçün bir az kül istəyir. Ənnağı da evdəymiş. O, burda da zarafatından qalmır.

– Qonşu, külümüz olsa, öz başımıza tökərik də...
Şalvar əhvalatı

Günlərin bir günü Molla Müştəba dərziyə gəlir. Dərzi mərhum Molla Zülfü orada olmadığından onun yerində otu­rur. Elə bu dəm Məmmədəli kişi əlində kağız bağlaması içəri girir, dərzi Zülfünü soruşur. Müştəba bildirir ki, dərzi hələlik yoxdur, xahişin nədir? Məmmədəli kişi qayıdır ki, şalvar tikdirmək istəyirəm.

Molla Müştəba:

– Dərzi Zülfü də Molladır, mən də mollayam. Gəl mən ölçülərini götürüm, usta gəlib şalvarını tikər.

Söz Məmmədəlinin ağlına batır. Molla Müştəbi ölçünü əlinə alır, içəridəkilərə də göz vurur ki, səs salmayın, görün bunun başına nə oyun gətirəcəyəm. Əvvəlcə Məmmədəlinin ba­­şını ölçür, ustanın dəftərində qeyd edir. İkinci dəfə ölçünü Məmmədəlinin qulağının dibindən topuğuna sarı gətirəndə içəridəkilər qəh-qəh çəkib gülürlər. Məmmədəli kişi sanki yu­xudan ayılır. Onu ələ saldıqlarını başa düşür, özü də ürəkdən gülməyə başlayır. Bundan sonra Molla Müştəba Məmmədə­li­yə bu hadisə ilə bağlı nəzm yazır:

Qocalmısan, a kaftar,

Xəbərin yox yaşından.

Şalvarı tikdirəndə

Ölçdürürsən başından.

Gərək ağzına sümük alasan



Bizim Yardımlıdan gələn adamlara həmişə biz də bırda arxa dayağ oluruq. Bizim də bir qonağımız varmış, qonağ deyəndə dost yəni.

Günnərin bi günü orda mənim anamın tay-tuşu olan bir oğlan olub, adı da Ağaxan, ordan gələr bizə. İndi bılar saba Masllıya bazara gedəcəylər. Bazara da gedməy olarçün çox böyük bir işdü. Niyə? O vaxtı Masallı bazarı, Qala bazar ad­nan idi. Çox tünnüy olardı onda bıralar. Səər durublar bırdan, gediblər, deməy Ərkivanı keçiblər, indi İskəndəriyə yaxınna­şıl­lar, onnan sora uje bazardu da, Maslall bazarı. Ahaaa, anam da bına qulp qoymağ , sataşmağ istiyib.

Deyib:

– Vayy Ağaxan, sən bazara birinci dəfədi gedirsən həəəə?

Deyib:

– Həəə, Güllü bacı, birinci dəfədi, nədinki?

Deeb:

– Vayyy evüü Allah tiksin, bizi ora buraxmazdar ki, bazara. Sən gələy ağzıva sümüy alasan.

Deyib:

– Əşi, vay dədəm vay, mən ebelə yolu gəlmişəm. İndi məni bazara buraxmıyacağlar?

Deyib:

– Həə, bəs gələy sümüy tapasan sən, alasan ağzuva.

Daa fikirrəşmiyib ki, mının ağzında elə sümüy var da. Nəisə sümüyü alır ağzına girir bazara. Camaat baxan-baxan gülür mına. O söbət hardasa, 1953-55-ci illərdə olub. Amma hələ də o söhbət bi yerdə oturulanda danışılır.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin