Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə20/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

Kasıb kişi




Deyir, bir şəxs kasıb olur. Həmişə evə gələndə yoldaşı onun qabağına çıxanda dəsmalnan çıxırmış. Hörmətini yaxşı saxlarmış.

Günlərin bir günü bu kişinin arvadı bu haldan bezir, başdayır öz güzaranından gileyli olmağa. Arvadın kişiyə mü­na­sibəti pis olur deyir ki, bilirsən nə var? Mənə sabah hamam lazımdı.

Deyir:

– Hə, get.

Sabah gedir hamama, şahın arvadı hamamda olur. (Ha­mı şah olmaz. Əgər hamı şah olsa, bəs onun kasıbı kim olar. Varlı gərək xüms verə. Onu kasıba verməlidir. Kasıb əlini açıb şükür eləsə hər günün nemətinə, yaxşı olar.) Bu getdi ha­ma­ma. Hamam bağlanıb. Dayandı qapıda. Dedilər ki, şahın ar­vadı qırx xanımnan hamamdadı. Sən girməməlisən – qa­yıtdı.

Qayıtdı gəldi, kişiyə dedi ki, sən bu günləri getməlisən ya şah olmalısan, ya axund olmalısan. Mənə də axund dostu şah dostu deməlidilər. Kişi nəəlac qaldı. Dedi:

– Ay arvad, mənnən nə axund olar, nə də şah. Mən kasıb bir insanam. Əgər Allah istəsəydi, məni şah yaradardı. Əgər istəsəydi, məni axund yaradardı. Mən axund deyiləm. Mən kasıbam. Mənim hər gün beş köpüyüm olur. Mən ona şükür eliyirəm.

Arvad dedi:

– Səni evə qoymaram.

Qapını bağladı. Kişi nəəlac qaldı.

Dedi:

– Ya Pərvərdigara, bu gününə şükür.

Allahı çağıra-çağıra, imam çağıra-çağıra, Xüdaya Pər­vər­di­gara, ruzi verən sənsən məni bu arvadın yanında xəcil elemə, deyə-deyə düşdü yola.

(Allah heç kişini aciz eləməsin.) Kişi çıxdı yola, az get­di, çox getdi.

Dedi:

– Mən gedirəm, təvəkkül Allaha.

Gördü bir külək qopdu. Uzağdan-uzağa bir vərəq gəldi. Düşdü kişinin qabağına. Kişi gördü. Bu vərəqi götürdü dedi:

– İlahi Pərvərdigara, sənə çox şükür, bir vərəqi mənim qabağıma çıxartmısan. Vərəqi qatdaladı, qoydu öz pəncəyinin cibinə getdi. Çox getdi, az getdi, gördü bir məclisdi. Məclisə daxil oldu.

Dedilər:

– Kimsən, hardan gəlmisən, nəçisən?

Dedi:

– Mən axundam, çıxartdı vərəqi, bu da mənim vərəqim. Yenə də qoydu cibinə.

Axund deyəndə ona yol verdilər yuxarıda oturdular. Gör­dü bir şəxs gəldi dedi ki, axund kimdi? Mənim bir inəyim itib. O, inəyin sorağın versin mənə. Baxsın kitaba desin mənə.

Dedilər:

– Axund var burda.

Axund yazığ Allahı çağırdı, Allahdan imdad istədi.

Dedi:

– Sənin inəyin bağlanıb qalıb Vəlinin həyətində. Ot tökülüb onun qabağına, yeyir.

Allah onun sözünü eşitdi. Allahtala onun sözünü düz yo­la gətirdi. Çıxdı getdi gördü, həqiqətən, inəyi bağlanıb Və­li­nin həyətində, ot tökülüb yeyir.

Dedi:

– İnəy mənimdi.

İnəyi tapdı gətirdi. İnəyi tapandan sonra axundun hör­mə­tini elədi. Axund gördü ki, həqiqi mənada Allahtala onun imdadına səs verdi.

Kasıb kişi pulu qoydu cibinə, çıxdı yola düzəldi. Çox get­di, az getdi. Gördü bir qız dayanıb yolun ortasında qalıb məətəl, bilmir hara qaçsın, hara getsin.

Dedi:

– Sən burda niyə dayanmısan, qızım, ağlıyırsan?

Dedi:

– Şahın bi qızı var, indi ölər, bayaq ölər, ona görə ağlı­yıram. Ölüm ayağındadı. O şah deyir ki, mənim qızım ölsə, ha­mını kənddə öldürəcəm. Çox qəddardı. Ona görə də məətəl qalmışam, bilmirəm neyniyim.

Dedi:

– Məni apar ora, gedim görüm necə xəstədi.

Gedir çıxır ora, Allahı çağıra-çağıra. Görür ki, həqiqi mənada qız xəstədi.

Deyir:

– A kişi, hardan gəlmisən?

Deyir:

– Mən Allah bəndəsiyəm gəlmişəm.

Gəlir deyir, nədir, nə deyil, mən axundam. Oturur xəstə­nin başı üstə Allahı çağırır, imdad eliyir. Allahdan imdad ala-ala qıza Allahtala şəfa verir, qız ayılır. Şah öz xəzinəsindən bu­na milyardlar verir. Şahlığı alır və arvadı da axund dostu olur. Onun da varı artır.

Yatmış qaraçuxa



Bir kişi dolana bilmirdi, acından ölürdü. Dedi:

– Arvad, mənə bir parça çörəy ver. Mən gedim çörəy dalıyca.

Düşür diyarbadiyar gedir. Bi dənə buna balığ rast gəlir. Balığ deyir:

– Hara gedirsən?

Deyir:

– Qardaş, Allah yanına gedirəm.

Deyir:

– Mənim də ərzibəndliyimi elə.

Deyir:

– Baş üstə.

Gedir, gedir, görür bi dənə qaraağac dayanıb.

Deyir:

– Hara gedirsən?

Deyir:

– Mən çörəyimin dalınca gedirəm.

Deyir:

– Mənim də ərzibəndliyimi eliyərsən.

Deyir:

– Baş üstə.

Gedir görür padşahın həyətində toyda qırğın-qiyamətdi. Padşah çağırır:

– Bala, hara gedirsən?

Deyir:

– Çörəyimin dalınca.

Deyir:

– Mənim də ərzibəndliyimi eliyərsən.

Deyir:

– Nöş eləmirəm.

Yenə gedir görür bir sahədir. Xeylax işliyən var. Amma baxır ki, biri yatıb. Deyir, o, nöş yatıb işləmir? Deyir, o, sənin qarçuxandı. Sən ona salavat deməmisən. Sən ona itaət eləmə­misən. Odur ki, o, yatıb. Get ona salavat çevir. Gedir ona sa­la­­vat çevirir. O durur onlardan da yüksək işliyir.

Kişi Allattaladan yolda ona rast gələnlərin ərzbəndliyini də eləyir. Axırda kişi düşüb yola qayıdır gəlir.

Padşah deyir:

– Nə dedi?

Deyir:

– Dedi, sənin bi dənə qızın var. Bi dənə qızını otuz­dur­musan taxtı-tacında. Deyirsən ki, oğlandı. O, qızdı, onu ərə ver. Onu ver, qardaşun oğlu alsun. Ona gətirir, yaxşı yeməy-iç­məy verir gedir.

Gəlir ağacın yanına, ağac deyir:

– Qardaş, mənim ərzibəndliyimi elədin?

Deyir:

– Nöş eləmədim.

Deyir, sənin dibinə o qədər zir-zibil töküblər çörəy-mö­rəy gəlib dayanıb sənin kötüyündə. Heç zad yoxdu. Odu ki, sən yanırsan.

Deyir:

– Bəs neynim?

Deyir:

– Allah tərəfindən sənə nida gələr.

Nida gəlir, ağac olur nə boyda. Ağac kişiyə “sağol” deyir. Gəlir gölə balığ başını qaldırır.

Deyir:

– Mənim ərzibəndliyimi elədin?

Deyir:

– Elədim. Sən bir dənə üzük udmusan. Odu sənin bu beynin ağrıyır. Onun üzüyü düşür. Balığ sakitləşir.

Gedir. Az gedir, çox gedir, gəlib görür ki, heç kəs yox­du. Bunun da bir dənə balaca oğlu var imiş. Naxırçı imiş.

Deyir:

– Bala, mənim evimin yerini deyərsən.

Gəlir görür bunun bir imarəti var, taxtı-tacı var.

Arvada deyir:

– Bu hardandı?

Deyir:

– Bi dənə keçi var idi, o qotur keçiyə heç kəs yiyə dur­madı. Mən onu dərmannadım, təmizlədim. Bu balaladı sat­dım. Vermişəm, satmışam imarət tikmişəm sənin üçün. Qapı­nı açır, salır dəvələri içəri. Olar orda dövlətlənir, biz də burda dövlətlənək.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin