QRUPDA MÜZAKİRƏ ÜÇÜN
Müxtəlif ölkələrdə hansı hədiyyə vermək doğru hesab olunur? Onlar sizin üçün nə qədər önəmlidir? Sizin ailənizdə onları tez-tez hədiyyə edirlər? Hədiyyənin dəyərinin nədən ibarət olduğunu müzakirə edin.
Fəsil 7
MƏHƏBBƏTİN DÖRDÜNCÜ DİLİ: KÖMƏK ETMƏK
ƏSAS FİKİR
Əgər sizə elə gəlirsə ki, həyat yoldaşınız sizə kifayət qədər kömək etmir, onda doğma məhəbbət diliniz kömək ola bilər. Həyat yoldaşınızı sizə kömək etməyə vadar etmək olmaz. Kömək barədə yalnız xahiş etmək olar.
Elə olur ki, biz həyat yoldaşımıza kömək etməyə çalışırıq, lakin onun deyil, öz istəyimizi yerinə yetiririk. Kömək — ona lazım olanı etmək deməkdir. Həyat yoldaşınızın istəklərinə qarşı diqqətli olun.
Bəzən həyat yoldaşımızın istəyini icra etmək xoşumuza gəlmir. Sevmədiyiniz üç iş seçin və onları həyat yoldaşınızın xahiş etməsini gözləmədən yerinə yetirin. Bu, onun üçün sürpriz olacaq.
Əksər ailələrdə işlər qadın və kişiyə görə fərqləndirilmir. Ər-arvad düşünür ki, onlar stereotiplərdən azaddırlar. Ancaq onları qəlbinin dərinliyində saxlaya bilərlər. Bir az düşünün, bəlkə bu vəziyyət sizə də aiddir.
Bir daha Mark və Merinin tərtib etdiyi siyahını oxuyun. Həyat yoldaşınızdan nə xahiş etmək istədiyiniz barədə düşünün. Dörd iş seçin. Qoy yoldaşınız da belə etsin. Onun istədiklərinə əməl edin. Unutmayın ki, əvəzində nəsə əldə etmək üçün deyil, sevdiyinizə görə bir-birinizə kömək etməlisiniz.
Çoxları toydan sonra həyat yoldaşlarına qulluq etməyi dayandırırlar. Onlar belə hesab edirlər ki, bu, vacib deyil. Bəs toya qədər ona kömək etdiyiniz vaxt o, hansı münasibəti göstərirdi? Bəlkə sizi bir-birinizə yaxın edən məhz bu idi. Yenidən ona qulluq etməyə çalışın.
Dostları ilə paylaş: |