Məhərrəmin yeni şeirləri


Məhrrəm Hüseyn oğlu Hüseynov, (Məhərrəm Hüseynli) 1959-cu il iyul ayının 26-da Qaradaş



Yüklə 3,87 Mb.
səhifə2/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   2   3   4   5   6   7   8   9   ...   151
Məhrrəm Hüseyn oğlu Hüseynov, (Məhərrəm Hüseynli) 1959-cu il iyul ayının 26-da Qaradaş (Seyidlər) kəndində anadan olub. Atası Hüseynov Hüseyn Məmmədhəsən oğlu qonşu Qaralar kəndindən köçüb bu kənddə məskunlaşmış,anası isə məşhur Mirəli ağanın (Alı dədənin)üçüncü törəməsi Seyid Vəkil ağanın (o, bu kənddə ilk məskunlaşanlardan biri olub)beşinci törəmələrindəndir. Bu kənd dörd tərəfi əzəmətli və sal qayalarla ərşə bülənd olan, füsünkar təbiəti və gözəlliyi, buz bulaqları, sıx meşələri ilə zəngin olmaqla yanaşı, müqəddəs seyidləri, hacıları, piran kişiləri ilə tanınan bir cənnətməkandır. Bu eldə, obada çox böyük aşıqlar, saz-söz adamları bayram və el şənliklərində çalıb-çağırmışlar. Ellikcə saza, sözə vurğun olan bir diyarda belə bir istedadlı oğlanın yetişməsi təsadüfi deyil. Təkcə bumu? Yox, əlbəttə. Məhərrəmin atası Hüseyn Hüseynovun, anası Pəri xanımın layla və zümzümələri, anasının dayısı seyid Əzizin bal təki oxunuşu, sanki ,qanına-canına hopmuşdu. Dünya şöhrətli Aşıq İmranla Aşıq Əkbərin səsininin sehri, türk dünyasının əzəmətli ozanı Mikayıl Azaflının, Aşıq Yusif Yusifovun, Xatınlı Ələkbər Ələsgərovun, Nağı Rzayevin, şirin ləhcəli Yunis Həsənovun, Məhəmməd Çovdaroğlunun, Hüseyn Cavan və digərlərinin sehr-sənət dünyasına meyil göstərir. Onların ifa taktikasına, danışıq və toy səhnə mədəniyyətinə örnək olsa da, Aşıq Mikayıl Azaflını özünə ustad seçir. Orta məktəbi qurtardıqdan sonra BDU-nə daxil olur.Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə təsadüf olunur. Daima Bakı şəhərində böyük məclislərə dəvət alan ustadı ilə qoşa qabaq-qarşı çalıb-çağırır.

Böyük ustad aşıqlarla dostluq və yaxınlığının əsas səbəbi onun bir daha aşıq sənətinin zəngin ifaçılıq taktikasını öyrənmək olur. Məhz buna görə də, onun arxivində onlarla aşıqların saz-söz haqqında dioloqu yeni nəsillərin əsaslı şəkildə aşıq havalarının düzgün öyrənilməsinə canlı və əsaslı bir faktdır.



1981-ci ildə xalq şairi Hüseyn Arifin çağırışına qoşulanlardan biri kimi Məhərrəm Hüseynlinin də fəaliyyəti danılmazdır. O, Aşıq Aydın Çobanoğlu, Aşıq Mikayıl Azaflı, Aşıq Rza Qobustanlı,Aşıq Əjdər İbrahimov, Aşıq-balabançı Sərdar Məmmədli, Aşıq Cuma ilə birgə Novruz və digər toplantılarda çıxışlar edib. 1984-ildə AAB-nin 4-cü qurultayına nümayəndə seçilərək onun iştirakçısı olub. Mütəmadi olaraq AAB-nin keçirdiyi tədbirlərdə çıxışlar edib. Tələbəsi olduğu Bakı Devlət Universitetində (BDU-də) keçirilən tədbirlərdə yüksək professionallıqla çıxışlar edib. Respublikada keçirilən tələbə və gənclərin ümumittifaq xalq yaradıcılığı festivalında yüksək yerlərdən birini tutaraq diplom və fəxri fərmanlarara layiq görülüb. 1990-cı ildə İçəri şəhərdə yerləşən “Sürücülər” adına mədəniyyət sarayında “Qoca qartal” aşıqlar ansamblı yaradaraq televiziyada, radio dalğalarında,xeyriyyə konsertlərində,böyük konsert salonlarında çıxışlar etmişdir. Bu ansamblın tərkibində Aşıq Rakif İsmayılov, Aşıq Fikrət Körpülü, Aşıq Ədalət Qiyasoğlu, Aşıq-balabançı Sərdar Məmmədli, Aşıq Nuru Məhəmmədoğlu kimi ən yaxşı sənətkarlar birləşmişdi. 1991-ci ildə tovuzluların Bakıda yerləşən əvvəlcə adı “Oğuz” olan, indi isə adı dəyişdirilib ”Tovuz” xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən cəmiyyətin köməkliyi ilə, Müslüm Maqamayev adına Azərbaycan Devlət Filarmoniyasında keçirdiyi xeyriyyə konserti zamanı AAB-nin sədri H.Arifin təkidi ilə M Hüseynlini AAB-nə dəvət edərək ona məsul bir vəzifəni həvalə edir. Elə ilk gündən də o, öz bacarığını büruzə verərək (o vaxtı Mərkəzi konsert sarayı adlanan) H.Əliyev adına sarayda “Koroğluya qayıdaq”, ”Hoydu, igidlərim, hoydu”adlı vətənpərvərlik ruhunda 24 və 25 iyul tarixlərində verdiyi cəng ruhlu konsertlər minlərlə insanı ruhlandırdı. Gecələrin video yazısı AZ.DTRŞ-nin tərəfindən bir neçə dəfə efirdən translyasiya edildi. (Arxivdə saxlanılır) Məhərrəm Hüseynlinin AAB-də işlədiyi müddətdə öz bacarığı sayəsində bir çox ulu və möhtəşəm ustad aşıqların yubiley və yaradıcılıq gecələrinin keçirməsi bir daha onun ulularımıza sonsuz vurğunluğu deməkdir. Fikir verin ki, bu adam yubilyarın haqqında qəzet səhifələrində elmi açıqlamalarla təbliğat və təşviqat işini, gecənin rejissorluğunu, gecənin yüksək professionallıqla aparıcılığını, gecənin ictimaiyyətə reklamını özü təkbaşına edərək, gecə haqqında yazdığı ssenari üzrə özünü tam doğruldurdu. Bunlardan Aşıq Mirzə Bayramov-100,Aşıq Əsəd Rzayev-120, Aşıq Ələsgər Tağıyev-60,Aşıq İmran Həsənov-65,Aşıq Əkbər Cəfərov-70, Aşıq İlyas Alovlu-60-70, Aşıq-şair Mikayıl Azaflı-60-70-80,Aşıq-şair Alqayıt Xəlilov-50, Böyük Xalq şairi Səməd Vurğun-100, Aşıq Sərdar Məmmədli və digərlərinin məclislərinin idarəediciliyi ilə birgə bir aşıq-şair kimi yüksək professionallıqla çıxışları hərarətlə qarşılanıb. M.Hüseynlinin çıxışları Bəhmən Vətənoğlunun, Xəstə Bayraməlinin, Həmid Abbasın,Abbas Abdullanin,Aşıq Hüseyn Bozalqanlının, Aşıq Dədə Ələsgərin, Şair Musa Ələkbərlinin, Şairə Dülarə Azaflının, Aşıq İmranın- 65 və 80 illiyindəki çıxışları yaddaşlardan silinməz iz buraxması aydın və danılmaz həqiqətdir. M.Hüseynli özündən əvvəl yaşayıb-yaratmış aşıqlar haqqında dövri mətbuatda mütəmadi olaraq çıxışlar etmişdir (Bunların hamısı saxlanılır). Yeri gəlmişkən, mətbuatda dərc edilmiş məqalələrin bir qismi “Tovuz aşıqları” kitabında nəşr edilmişdir. Bəhrələndiyi və daima sevdiyi sənətkarlardan olan Aşıq Mikayıl Azaflıya “Azaflı “poeması,Aşıq Əsəd Rzayevə “Şilləsi səndən, siftəsi məndən” adlı dastan və digər rəvayətlər, Aşıq Dədə Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşünün mənzum formada yenidən işlənməsi, ”Mirəli Ağa” (“Alı Dədə”) dastanı, ”Kişi dastanı” və digər olmuş həqiqətləri qələmə almışdır. Bu baxımdan M.Hüseynli 11 kitab müəllifi kimi oxucusuna sevilən, əziz, savadlı, dili xalq dili olub asanlıqla qavranılan və doğma sənətkarlardandır. 2004-cü ildə Azərbaycan respublikasının Mədəniyyət və Turizm nazirliyinin göndərişi ilə onu Altay Respublikasında keçirilən beynəlxalq festifala ezam edirlər. Böyük təm-təraqla keçirilən türk dilli xalqlar arasında doğma vətənimizi ləyaqət və yüksək profissionallıqla təmsil edən Məhərrəm Hüseynli Azərbaycan bayrağını göylərə ucaltdı. O, Birinci Beynəlxalq Dastançılar Qurultayının və Festifalının birinci dərəcəli diplomuna layiq görülərək,yüksək mükafatla qiymətləndirildi. Məhərrəm Hüseynli kimi inamlı, savadlı, yüksək bilik və səs potensialına malik olan təmsilçimizi belə bir möhtəşəm yarışmaya göndərən Mədəniyyət və Turizm nazirliyi yanılmamışdır. M.Hüseynli ictimai-siyasi işlərdə də yaxından iştirak edənlərdən biridir. O, dünya Azərbaycanlıları Həmrəyliyi Cəmiyyətinin gənclər üzrə şöbə müdiri kimi məsul bir vəzifədə çalışmışdır. Mütəmadi olaraq xaricdə yaşayan həmvətənlərimizin diasporlarının yaranıb möhkəmlənməsi haqqında təbliğati işlərdə fəallıq göstərmişdir. Rusiyanın Tümen vilayətində yüzlərlə azərbaycanlının işləyib dolanmasına şərait yaradan Qələndər Əhmədovun, Krasnoyarski şəhərində Oqtay Əhmədovun və Cilingir Əsgərovun, Volqoqrad şəhərində Natiq Əliyevin, Belqorod şəhərində Teyyub Hüseynovun haqqında kitablar yazaraq bu insanların xeyriyyəçiliyini ,vətənpərvərliyini açıb göstərməklə başqalarını bunlar kimi olmağa səsləmişdir. M.Hüseynli yazdığı kitablarda təkcə qəhrəmanının xeyirxahlığını deyil,onların doğulub boya-başa çatdığı obanın,elin tarixini, bu gününü, tanınmış adamlarını, şəhidlərimizi, şairlərimizi qələmə almaqla böyük tədqiqat və təhqiqat işləri də görmüşdür. Bu kitablardan “Elin Mərdi olsa” (Dünya nəşriyatı 1996-cı il), ”Dağların Qartal oğlu” (1997-ci il), ”Ozan Ocağını Məşəli” (Nurlan nəşriyyatı 2001-ci il),”Yarıda Qalmış Arzular” (Adiloğlu nəşriyyatı 2001), ”Kişi Dastanı” (Ünsiyyət nəşriyyatı 2001-ci il), ”Xalqa bağlı oğul” (Araz nəşriyyatı 2003-cü il), ”Aşıq İmran coşanda” (Araz nəşriyyatı 2003-cü il), ”Ömrün 60 baharı” (Şuşa nəşriyyatı 2003-cü il), ”Tovuz Aşıqları” (Şuşa nəşriyyatı 2003-cü il), ”Aşıq Əkbər oxuyanda” (Şuşa nəşriyyatı 2004-cü il) və “Müqəddəs Dədələr Dastanı” (Araz nəşriyyatı 2008-ci il) nəşr edilərək oxucuların ixtiyarına verilib. Maraqlıdır ki, bu kitabların əksəriyyəti İran, Türkiyə, Orta Asiya və digər türk xalqlarına hədiyyə edilib. Kitablarını qazanc məqsədilə satışa buraxmayan müəllifin məqsədi daha aydın və parlaq şəkildə təzahür olunur.

2008-ci ildə onun bu misilsiz xidmətlərini, dəyərli kitablar müəllifliyini nəzərə alaraq onu Medianın Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqı “QIZIL QƏLƏM” mükafatı laureatı və diplomu ilə mükafatlandırıb. Ömrünü-gününü mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə həsr edən Məhərrəm Hüseynli hal-hazırda AAB-nin 5-ci qurultayında seçilmiş Azərbaycan Aşıqlar Birliyinin büro üzvü uzun illər Azərneftyağ NEZ-in mədəniyyət evinin müdir müavini vəzifəsində çalışmışdır. Söz düşəndə gülümsünüb deyir ki, “Xidmətimiz xalqa,qiymətimiz haqqadır”. Ən ali mükafatı ulu tanrı verir. Mən kimsədən pay ummuram.

Məhərrəm Hüseynli təşəbbüskar, xeyirxah, dar gündə dada yetən, yol göstərən, hər şeydə təmənna gəzməyən, həyalı və utancaq adamdır. Neçə-neçə aşıqların efirə və radio dalğalarına çıxmasına, səs yazılarının yazılmasında, yaradıcılıq gecələrinin keçirilməsində əlindən gələni əsirgəməmişdir. Onun təşəbbüskarlığı ilə dərc edilən şairlər və aşıqlardan Aşıq Əsəd Rzayevin, Aman Avıloğlunun, Rüstəm Qazaxlinin (redaktoru başqası olub), Tapdıq Xatınlının, Mədəniyyət Bəşirin,Valeh Hallavarlının kitablarının redaktoru və ön sözünün söyləyicisi olmaqla biləvasitə onların nəşrinə havadfarlıq etmişdir. Bunun müqabilində kimsədən pay ummayaraq, haradasa, kimlərəsə yaradım deyə fərəh hissi keçirir.

Məhərrəm Hüseynli aşıq sənətinin tədrisi, təhqiqi, təşviqi, tərəqqisi naminə mübarizə aparan yeganə qələm əhli kimi müxtəlif qəzet səhifələrində çıxışlar edərək, dövlətin xalq sənətimizə rəsmi qaydada himayə durmasını, aşıqların qiymətləndirilməsini, onların kitablarının çıxmasını, haqlarında filmlərin çəkilməsini, televiziya, radio, konsert salonlarında, səs yazma studiyalarında onlara düşəcək müəllif qonarrarının pozulmamasını tələb edənlərdən biridir. Bu gün AAB-nin yenidən bərpası və dövlət qayğısı onun çoxdan dilədiyi arzuların çin çıxmasına səbəb oldu. Artıq nəsli sonunclanan ustad aşıqları əvəz edəcək yeni nəsilin yetişməsi hava, su kimi vacibdir.




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin