AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
20
məktublarda giriş verməyə ehtiyac yoxdur, birbaşa mətləbə keçin. Ancaq
ümumilikdə məktublar giriş və sonluq olmaqla 2 hissə təşkil etsə, yaxşıdır. Giriş
hissəsində məktubun yazılması səbəbləri göstərilir, nəyəsə istinad olunur və
konkret faktlar gətirilir. Məktubun sonluğunda isə müəyyən nəticələr, təkliflər,
xahiş sadalanır və ya təminat verilir.
Tapşırıq. Gündəlik işgüzar üslub xüsusiyyətlərini özündə əks etdirən bildiriş, elan
hazırlayın. Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar
müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və
ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır.
Bildiriş, elan yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır:
1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4.
Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın
yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;
5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və
ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.
Dostları ilə paylaş: