Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə118/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   114   115   116   117   118   119   120   121   ...   239

Dostlarla görüş


Ağa Höccəti ilə birlikdə bir neçə gün Rəufigildə qalandan sonra başqa bir evə getmək qərarına gəldik. Ağa Rəufi isə israrla onun evində qalmağımızı istəyirdi. İkinci evə köçmək istəyəndə Zahidandan iyirminəfərlik bir qrup bizi görməyə gəldi. Qrupa Zahidanın ozamankı məşhur din alimlərindən Şeyx Müinəlqürəba başçılıq edirdi. Onlara dedik ki, başqa bir evə gedirik. Evi təmizləməkdə bizə kömək etdilər. Orada bir neçə ay qalandan sonra daha yaxşı bir evə köçdük.

Ağa Müinəlqürəba sürgündə bizi görməyə gələn ikinci adam idi. Birinci adam ağa Kərimpur olmuşdu. O, Rəufigildə qalanda gecə vaxtı gəlib qapını döydü. Rəufigil evdə deyildilər. Qapının səsini eşidəndə məni qəribə hisslər bürüdü. Məşhəddə gecə vaxtı evimizə hücum etdiklərinə görə qapı döyüləndə qeyri-ixtiyari olaraq özümü pis hiss edirdim. Ağa Höccəti qapını açdı. Səliqəli və təvazökar bir gənc içəri girdi. Bildik ki, ev sahibini qohumlarındandır, dustaqları və sürgünə göndərilənləri çox sevir. Allah yolunda iş görməyə də böyük həvəsi vardı. O, İslam fəaliyyətləri üçün hazırladığı bir layihəni bizimlə bölüşdü. Sonradan müharibədə şəhadətə qovuşdu. Allah rəhmət eləsin!

Məşhəddən məni görməyə gələn ilk adam Hacı Əli Şəməqdəri oldu. O, tələbələrimin ali təhsili olmayan, amma yüksək İslam mədəniyyətinə sahib və əsl İslam dinini bəzi elm adamlarından da mükəmməl bilən xüsusi bir təbəqənin nümayəndəsi idi. Ruhları İslamın inqilabi məfhumlarından qidalanmışdı, bütün vücudları İslamla yaşayırdı. Hacı Şəməqdəri Məşhəddəki bütün dərs və məclislərimdə iştirak edir, dərin İslam düşüncələrini yazırdı. Birinci evə daşınmağımızın ertəsi günü qardaşı və kiçik uşaqları ilə birgə məni görməyə gəldi. Sonralar oğlu və qardaşı Allah yolunda, Allah dininin müdafiəsi zamanı şəhadətə qovuşdular.

İkinci evdə olanda bizi görməyə gələnlərdən biri də Ayətullah Səduqi idi. O, inqilabdan sonra şəhadətə qovuşdu. Bəziləri, o cümlədən ağa Raşid onunla gəlmişdi. Bu görüş novruz bayramından bir qədər əvvəl baş tutdu. Onlar sonra Ayətullah Məkarim Şirazinin sürgün edildiyi Çabahara getdilər. Məni və ağa Höccətini çox istədiklərinə görə qayıdanda bir gecə də bizimlə qaldılar.

Ağa Raşid Yəzdi1 açıq fikirləri və lətifələri ilə məşhurdur. Yüksək elmi və əxlaqi ilə yanaşı, şuxtəb adamdır, dodaqlarından gülüş, dilindən lətifə əskilmir. Onunla ilk dəfə orada görüşüb dostlaşdıq. O, Yəzdə qayıdandan sonra tez-tez deyərmiş: "Kaş mən də İranşəhrə sürgün edilib ağa Xamenei ilə qalaydım!"

Maraqlıdır ki, onlar gedəndən təxminən iki həftə sonra bir polis zabiti mənə bir kağız gətirdi. Ağa Raşid polis bölməsində olduğunu yazmışdı. Tez oraya getdim. Gördüm ki, oturub, səkkiz zabiti başına yığıb lətifə söyləyir, onlar da gülürlər. Soruşdum ki, nə üçün buraya gəlmisiz? Məlum oldu ki, Təbriz şəhidlərinin qırxı olan 30 martda Yəzddə minbərdə çıxış etdiyinə görə həbs edilib və təcili yardım maşını ilə birbaş İranşəhrə gətirilib. Onu evə apardım və sonrakı fəaliyyətlərimizdə əməkdaşlığa başladıq.

Baharın əvvəllərində, ağa Raşid gəlməzdən öncə ağa Höccətinin sürgün yerini dəyişdirib gözəl və sərin bahar havası olan Sənəndəcə göndərmişdilər. Oradan göndərdiyi məktublarda yazırdı: "Siz İranşəhrin istisində qaldığınıza görə bu gözəl hava mənə haramdır!"

Aprel ayında İranşəhr isti olurdu. O günlərdə ailəm oraya məni görməyə gəldi. Meysəm altıaylıq idi. Onların orada qalmalarına şərait yox idi. Çünki yayın əvvəllərindən hava olduqca istiləşib 53 dərəcəyə çatır. Körpə uşaqlarımız vardı, evdə sərinləşdirici cihazlar yox idi. Uşaqların ikisi də məktəbə getməli idi. Bu baxımdan, iki həftə qalıb Məşhədə qayıtdılar.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin