Mirvariyə çevrilən ürək qanı


Əhli-sünnə ilə tanışlıq və əməkdaşlıq



Yüklə 1,52 Mb.
səhifə119/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   115   116   117   118   119   120   121   122   ...   239

Əhli-sünnə ilə tanışlıq və əməkdaşlıq


Əvvəllərdə şəhər əhalisi ilə əlaqəm yox idi. Rəufi, qardaşı və başqa bir neçə nəfərlə kiçik məclislərdə söhbətlər edirdik. Arabir Zahidan, Qum və Məşhəddən bizi görməyə gələnlər olurdu. Bir müddətdən sonra əhali ilə, xüsusən də gənclərlə şəxsi münasibətlərə başladım.

İranşəhr gənclərindən tanış olduğum ilk adam Atəşdəst adlı bir cavan idi. Hələ orda məktəbi bitirməmişdi, təxminən 16 yaşı vardı. Atası şəhərdə kiçik ticarətlə məşğul idi. Mən onun vasitəsilə onunla həmfikir gənclərlə tanış oldum. İranşəhrdən gedənə qədər onlarla dərslərimiz olurdu. Atəşdəst sonradan təhsilini davam etdirib universitetə daxil oldu. İnqilabdan sonra valideynləri və nişanlısı ilə yanıma gəldi, nikah əqdlərini oxudum. Sonralar da cəbhəyə gedib şəhadətə qovuşdu. Allah ona rəhmət eləsin! Atası indi də hərdən yanıma gəlir.

Fəaliyyətimi şəhərin hüdudlarından kənara çıxarmağa çalışdım, çünki şəhərdə fəaliyyət qadağan idi. İranşəhrin 100 kilometrliyində yerləşən Bəzman şəhərinin əhalisindən belə bir dəvət gəldi. Höccəti ilə birgə dostlarımızın birinin avtomobilinə minib oraya getdik. Həftədə və ya iki həftədə bir dəfə oraya gedir, camaat namazı qılır və qısa xütbə söyləyirdim. Yerli rəsmilər duyuq düşüb sürücüyə təzyiq göstərməyə başladılar. Özü bizə bir söz demədi, amma sıxıntıda olduğunu başa düşdük və Bəzmanda fəaliyyəti dayandırdıq.

İranşəhrdəki ilk işlərimdən biri Ali-Rəsul məscidini dirçəltmək oldu. Məscid bağlanmışdı. Səbəbi bu idi ki, məscidin banisi İranşəhrdə yaşamırdı, hər il məhərrəmlikdə oraya gedib rövzə məclisləri keçirir, Aşuradan sonra da gedir və məscid təxminən istifadəsiz qalırdı.

Təəssüf ki, İranşəhrdəki məzhəb bölgüsü Əhli-sünnə məscidlərinin Şiə məscidlərindən ayrılmasına səbəb olmuşdu. Əhli-sünnənin kiçik məscidləri və hər birinin bir qədər namazqılanı vardı. Şiələrin yeganə məscidi olan Ali-Rəsul məscidi isə ilboyu boş olurdu. Mən məscidin dirçəldilməsini təklif etdim. Ağa Raşidin köməyilə orada camaat namazını bərpa etməyə başladıq. Namazdan sonra 10-15 dəqiqə qısa xütbə söyləyirdim. Namaz və qısa söhbət səsucaldanlardan ətrafa yayılır, şiələrin dini hisslərinin dirçəldilməsində mühüm rol oynayırdı. Davamlı namaz qılındığına, düzgün qiraətinə və Həmd surəsindən sonra fərqli Quran surələri oxunduğuna görə mömin sünnilərə də müsbət təsir edirdi.

Sonra camaata cümə namazı qılmağı təklif etdim. Camaat cümə namazında iştirak etməyə başladı və o namaz İranşəhrin ən böyük cümə namazına çevrildi. Ağa Raşid bu namazı çox sevdiyinə görə azanı özü verirdi.

Tədricən əhli-sünnə alimləri ilə münasibət qurduq. Mən şəhərin sünni və şiələri arasındakı düşüncə baryerlərini aradan qaldırmaqdan ötrü praktik dini əməkdaşlıq proqramı barədə fikirləşirdim. Bu barədə İranşəhrin əhli-sünnə alimlərindən və Nur məscidinin imamı olan Mövləvi Qəmərəddinlə danışdım. Ona dedim: “Dini məsuliyyət hissi tələb edir ki, İslamın gələcəyi, onu təhdid edən təhlükələr və qarşısındakı problemlər barədə düşünək. Məzhəb mənsubiyyətindən asılı olmayaraq, bütün müsəlmanlar İslamın gələcəyilə bağlı ciddi məsuliyyət hiss etməlidirlər. Əgər ölənlərin qəbrini açmaqla və keçmiş alimlərin kitablarındakı ixtilaflı məsələləri axtarmaqla məşğul olsaq, nifrət və ədavəti artırmaqdan başqa bir nəticəsi olmayacaq, İslama və müsəlmanlara heç bir xeyir verməyəcək. Əlbəttə, bu o demək deyil ki, keçmişlə əlaqəmizi kəsməliyik. Bizim düşüncə və əqidə varlığımız keçmişə bağlıdır. Lakin əməkdaşlığımız gələcəyə baxışla qurulmalıdır”.

Əslində, rastlaşdığım və görüşdüyüm bütün sünni qardaşlarla söhbətim bu səpkidə olurdu. Onların ixlaslı adamları bu ideya ilə razılaşırdılar.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin