Mirvariyə çevrilən ürək qanı


Vəfat edəndən sonra 12 yaşlı oğlu Ayətullah Seyid Cavad Xamenei cənazəsini Nəcəf şəhərinə aparıb Vadiüs-salam məzarlığında dəfn etmişdi. 10



Yüklə 1,52 Mb.
səhifə134/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   130   131   132   133   134   135   136   137   ...   239
Vəfat edəndən sonra 12 yaşlı oğlu Ayətullah Seyid Cavad Xamenei cənazəsini Nəcəf şəhərinə aparıb Vadiüs-salam məzarlığında dəfn etmişdi. 10

Babam haqda bir qədər danışmaq istəyirəm. O, Nəcəf şəhərində iyirmi il təhsil almış, Fazil Şərəbyaninin və Şeyx Həsən Mamaqaninin şagirdlərindən olmuşdu. O, Mirzə Şirazinin vəfatından üç il sonra Təbrizə qayıtdı, məşrutə hərəkatından bir neçə ay sonra vəfat etdi, cənazəsi Təbrizdə müşayiət olunduqdan sonra Nəcəf şəhərinə aparılıb Vadiüs-salam məzarlığında dəfn olundu. O, məşhur Şeyx Məhəmməd Xiyabaninin qayınatası idi. Xiyabaninin həyat yoldaşı bizim bibimizdir. Atam danışırdı ki, babamız ağa Seyid Həsən hər axşam şam yeməyindən sonra, uşaqlar oynayan zaman yatır və sübh namazından iki saat öncə oyanıb ibadət və mütaliə ilə məşğul olurdu. O, məşhur alimlərdən idi, Təbrizin bir çox alimləri Nəcəfdə ondan elm öyrənmişdilər, Təbrizə qayıdandan sonra şəhərin came məscidinin məşhur Müctəhid soyadlı ailəsindən olan imamı məscidi ona, yəni öz müəlliminə təhvil vermişdi. 10

Mirzə Şirazi kimi tanınan Seyid Məhəmmədhəsən Hüseyni müəllimi Şeyx Mürtəza Ənsarinin vəfatından sonra şiələrə rəhbərliyi üzərinə götürmüş böyük təqlid müctəhidi idi. O, dövrün şəraitini bilən ayıq din alimlərindən idi. Müasir tarixdə işğalçı İngiltərə kompaniyası əleyhinə tütün və tənbəkinin haramlığına dair fətvası ilə tanınır. O, müstəmləkəçilərin İslam ölkələrində, xüsusən də İranda nüfuzuna qarşı mübarizə öndərlərindən olmuşdur. 10

Məşrutə hərəkatı iyirminci əsrin əvvəllərində İranda yaranmış ictimai-siyasi hərəkatdır. Ayıq ruhanilərin başçılıq etdiyi bu hərəkat şah totalitarizminin qarşısını almaq, ədalət və digər ümumi maraqlar naminə formalaşdı, ancaq İngiltərənin və əlaltılarının müdaxiləsi ilə parlamentli şahlığa çevrildi. Bu müdaxilə İranda böyük problemlərin başlanğıcı və tökülmüş çoxlu qanların hədər getməsi demək idi. Tənbəki hərəkatından sonra xalq ruhanilərinin gücündən qorxuya düşmüş İngiltərə dövləti İranda yaratdığı böhranlı şəraitdən sui-istifadə edib təsirli ruhaniləri sıradan çıxardı, özünə bağlı ünsürlərin sayını artırdı, İranda milli və dini hərəkatı zəiflətməyə çalışdı. 11

Şeyx Məhəmməd Xiyabani uşaqlıqda Təbrizin Xiyaban məhəlləsində yaşamışdır. Bir neçə il Dağıstanda atasının ticarət mərkəzində işləmiş, sonra Talibiyyə mədrəsəsində Seyid Əbülhəsən Əngəci və Mirzə Əbdüləli Müctəhiddən dini təhsil almış, gənclikdə iki ilə yaxın Təbrizin came məscidində imam olmuşdur. O, Məşrutə hərəkatında iştirak etmiş, otuz yaşında ikinci çağırış parlament seçkilərində deputat seçilmiş və Təbrizin digər deputatı olan Mirzə İsmayıl Nobəri ilə birgə Tehrana getmişdi. Rusiya İrana ultimatum verəndə ona qarşı sərt mövqe bildirənlərdən olmuş, İranla İngiltərə arasındakı 1919-cu il müqaviləsinin bağlanmasına etiraz etmişdi. O, sonra Vüsuquddövlə və mərkəzi hökumət əleyhinə qiyama qalxıb Təbrizi dövlət qüvvələrindən azad etdi, nəhayət, kazakların Təbrizə hücumundan sonra onlar tərəfindən qətlə yetirildi. 11



Əmimiz Seyid Məhəmməd Xamenei Nəcəfdə “Seyid Məhəmməd peyğəmbər” ləqəbi ilə tanınırmış, xalqın ehtiyaclarını aradan qaldırması ilə məşhur imiş. O, Axund Xorasaninin və Seyid Əbülhəsən İsfahaninin ən yaxınlarından olmuşdu. Yadımdadır, 1957-ci ildə Nəcəfə gedəndə Axund Xorasaninin kiçik oğlu Şeyx Hüseyn ağa ilə görüşdüm. O məni tanıdı, əmimi çox tərifləyib dedi: "Mən sizin əminizin işlərini idarə edən əsas dörd nəfərdən biri idim". 12

Ayətullah Xameneinin əmisi Ayətullah Seyid Məhəmməd Xamenei Nəcəf Elm Hövzəsində təhsil alıb, gözəl əxlaqına və xeyriyyəçi işlərinə görə “Seyid Məhəmməd peyğəmbər” ləqəbi ilə məşhurlaşıb. Ayətullah Seyid Əbülhəsən İsfahani kimi məşhur alimlərlə dost münasibətləri olub. O, orta yaşlarında Təbrizə gedib siyasi hadisələrdə və məşrutə inqilabında iştirak etmişdi. 12

Axund Xorasani ləqəbli Ayətullah Molla Məhəmmədkazim Xorasani Nəcəfin məşhur təqlid müctəhidlərindən və “Kifayə-əl-üsul” kitabının müəllifidir. O, iki böyük şiə alimi olan Şeyx Mürtəza Ənsari və Mirzə Şirazinin tələbələrindən və İranın Məşrutə hərəkatının əsas himayədarlarından olmuşdur. 12

Ayətullah Seyid Əbülhəsən İsfahani Nəcəfdə böyük müctəhidlərdən olmuş, uzun illər Şiə dünyasına başçılıq etmişdi. Nəcəf Elm Hövzəsinin böyük alimlərindən bir çoxu onun tələbəsi olmuşdur. 12



Atam da elmli və əxlaqlı bir müctəhid kimi tanınırdı. Mirzə Naini və Seyid Əbülhəsən İsfahani kimi böyük alimlərdən dərs almışdı. Həyalı, namuslu, dünya malına qarşı gözütox idi. Varlı tacirlərin toplaşdığı Məşhəd bazarının ortasında bir məsciddə imamlıq edirdi. Heç kimin malında gözü yox idi, belə şeyləri sevmirdi, çox vüqarlı yaşayırdı. O, təkliyə çəkilməyi sevirdi, lakin mən onun bu xüsusiyyətini xoşlamırdım; buna görə də, ondan fərqli şəkildə yetişdim. O, məscidə girəndə başını aşağı salıb yerə baxır, heç kimlə danışmadan birbaş mehraba doğru gedirdi. Orada eynəyini götürür, əmmaməsinin bir ucunu çənəsinin altından dolayır və namaza başlayırdı. Namazdan sonra içəri girdiyi kimi də bayıra çıxırdı. 12

Ayətullah Mirzə Məhəmmədhüseyn Qərəvi Naini İsfahan, Samərra və Nəcəf elm hövzələrinin tələbəsi, Şeyx Məhəmmədtəqi Şirazidən sonra Seyid Əbülhəsən İsfahani ilə birgə Şiə dünyasının təqlid müctəhidi olmuşdur. O, Şeyx Ənsari məktəbinin şərhçilərindən və hicri XIV əsr Şiə dünyasının ən böyük fiqh və üsul alimlərindən biridir. Tənbəki hərəkatında Mirzə Şiraziyə, Məşrutə hərəkatında Axund Xorasaniyə dəstəyi və İraqda İngiltərə əleyhinə cihad elan etməsi Mirzə Naininin siyasi fəaliyyətlərindən sayılır. O, məşhur “Tənbih-əl-ümmə və tənzih-əl-millə” kitabını monarxiyaya qarşı və parlamenti müdafiə məqsədilə yazmışdı. Ayətullah Naini hicrətin 1355-ci ilində dünyasını dəyişib Nəcəf şəhərində, İmam Əlinin (ə) məqbərəsi yanında torpağa tapşırıldı. 12



Məclislərdə ondan bir şey soruşmayınca sakit otururdu, yaxın dostları olan din alimlərindən başqa heç kimlə danışmırdı, elmi mövzulardan başqa heç bir söhbətə qarışmırdı. Bu tərki-dünyalığın nəticəsi isə çox yoxsulluqdan ibarət idi. Bəzən çarəsizlikdən çox sevdiyi kitablarını satırdı. Biz onun kitablarını vərəqləyəndə narahat olurdu. Kitabını əlimizdə görəndə çox zərif bir şeyi götürübmüşük kimi mehriban səslə deyirdi: "Bu nədir?! Lütfən yerinə qoy!" Buna baxmayaraq, bizim zəruri ehtiyaclarımızı aradan qaldırmaqdan ötrü bəzi kitablarını satmağa məcbur olurdu. 13

Kitabxanasına yaxınlaşıb satmağa bir kitab götürürdü, amma ürəyi gəlmir və yerinə qoyurdu. İkincini, üçüncünü də beləcə götürüb-qoyurdu. Axırda çarəsizlikdən bəzilərini seçib götürür, bizə verib deyirdi: "Bu kitabları apar, Şeyx Hadiyə sat". 13

Şeyx Hadi məşhur satıcı idi, hansı kitabı gətirsəydilər, alıb dükanına qoyur, baha qiymətə satırdı. Özü deyirdi ki, mən bahaçılıqda məşhuram, məndən ancaq çarəsizlər kitab alırlar; çarəsi qalmayan adam nə qədər baha olsa da, alacaq. Şeyx Hadi belə alış-veriş edirdi. 14

Yadımdadır, biz oğlanlar mərhum babamız Mirdamadigilə gedirdik. Digər ata və babalar kimi o da bizə bir və ya yarım rial pul verirdi. Təbii ki, dəyərsiz pul idi, amma bəzən anamız çarəsizlikdən onu bizdən alıb şam yeməyinə bir şey hazırlayırdı. Mən atamın evində elə yoxsulluq görmüşəm ki, digər alimlərin evlərində az görünür. 14


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin