Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə18/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   14   15   16   17   18   19   20   21   ...   239

Ərəb ədəbiyyatı


Qeyd etdim ki, ərəb ədəbiyyatını ən yüksək səviyyədə öyrənmişdim. Bu elmi sevir, ondan həzz alırdım. Xüsusən də sintaksisdə Müğni və bəlağətdə Mütəvvəl kitablarını çox sevirdim. Mütəvvəlin Bədiilik bölməsi mənim ən şirin dərslərimdən idi; həmin bölmə ilə yaşayırdım, nəfəs alırdım, kitabın çoxlu şeir misallarını da əzbərləmişdim. Bəyan elmi də elə idi. Onun bəzi beytlərini indi də hərdən zümzümə edirəm. Nə döyüşü, nə onun toz-torpağını və xəncərlərini görmüş kor bir adamın belə gözəl və dəqiq bənzətmələr işlətməsi heyrətamizdir. Heç bir şair, hətta Mütənəbbi də Əbu Təmmama çata bilməz. Əksinə, o, Əbu Təmmamdan çox təsirlənmişdir.

Əğani kitabını başdan-ayağa oxumuşam. Məni buna həvəsləndirən amil onun şeirlərindən aldığım həzz idi. Əğaninin bəzi şeirlərini toplayıb bir kitabça şəklində yazmışdım. Əlbəttə, bu kitabı oxumaqda başqa bir məqsədim də vardı.

Tarixə və ədəbiyyat tarixinə dair yazılmış ərəb ensiklopediyalarını da oxumuş və hər cildin arxasına öz təəssüratlarımı yazmışam.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin