Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə16/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   12   13   14   15   16   17   18   19   ...   239

Bəlağətli dil və dialekt


İraqda yalnız ərəbcə danışmağa çalışırdım, ancaq bəzən bəlağətli dillə yerli dialekt arasındakı fərqlərlə üzləşirdim. Bir dəfə anam məni düyü almağa göndərdi. Satıcı qadın idi. Ərəbcə dedim ki, sizdə düyü var? Kitab dilində düyüyə "rozz" deyilir, yerli ləhcədə isə “timmən”. Təəccüblə dedi ki, rozz nədir? Mən işarə ilə ona düyü istədiyimi başa salmağa çalışdım, amma anlamadı, başını ağrıtmamaq üçün dedi ki, yoxdur. Anamın yanına qayıdıb məsələni danışdım. Gülüb dedi: "Gərək "timmən" deyəydin, "rozz" yox". Sonra özü gedib düyü aldı.

Ərəb dilini öyrənmək istədiyimə görə İraqa gedəndə farsca bilməyən yerlər axtarırdım. Müqəddəs şəhərlərin əhalisi əksərən farsca yaxşı danışır. Mən yalnız ərəbcə danışmaq üçün Kazimeyndən Bağdada gedirdim.

Bir gün Dəclənin sahilində gəzişərkən bir çayxana gördüm. İçəri girib oturdum, bir qəzet götürdüm, siqaret yandırdım1 və çay sifariş verdim. Çayxanada müştəri az idi. Gördüm ki, çayçı çay süzə-süzə təəccüblə mənə baxır və iş yoldaşına nəsə deyir. Bir qədər sonra ikinci çayı da sifariş verdim. Pulu verib çıxmaq istəyəndə bir şəkil diqqətimi cəlb etdi. Çayxana sahibinin şəkli idi və onun məsihi olduğunu göstərirdi. Bu zaman çayçının təəccübünün səbəbini başa düşdüm. O, əmmaməli bir adamın məsihi çayxanasında oturduğuna görə təəccüblənmişdi.

Bir dəfə Bağdadda gəzərkən yolu itirdim. Keçiddə bir nəfərdən əl-Rəşid prospektinin yerini soruşdum; oradan Kazimeynə necə gedəcəyimi bilirdim. Ləhcəmdən iranlı olduğumu anlayıb farsca dedi: "Əl-Rəşid prospektinə getmək istəyirsən?"



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin