Bunlardan əlavə, qeyd etdiyim kimi, hakimiyyət əleyhinə silahlı mübarizəyə qalxmış gizli bir təşkilatla da əlaqəm vardı. 149
Bilmirdim ki, bu dərs və iclasların hansınınsa üstü açılıb, yoxsa həbsim Quran təfsiri və İslam təlimləri mövzusunda keçdiyim ümumi dərslərə görədir. 149
Əsas narahatlığım gizli iclaslardan ötrü idi. Bu iclaslar təhlükəsizlik orqanlarının yanında müdafiəolunası bir şey deyildi. 149
Allahdan bağışlanma istəyib işlərimi Ona tapşırdım, Ona sığındım. Kamerada ətrafıma baxdım. Yaddaşım məni keçmiş həbsxanalara qaytardı. Gördüm ki, həbsxana mühitinə alışmışam. O saata qədər bu həbsxana ilə öncəki həbsxanalar arasında bir fərq görmürdüm. 149
Bir müddətdən sonra nəzarətçilərin biri mənə əşyalarımı toplamalı olduğumu söylədi, məni azca böyük, amma daha qaranlıq olan 14 saylı kameraya apardı. Orada əlimdəki təsbehi də görə bilmirdim. Ertəsi gün həbsxananın gündəlik rejimi ilə tanış oldum: Kameranın qapısı gündə üç dəfə yemək vaxtı açılırdı. Bir dəfə də qapını açıb dustağa kameranı süpürmək üçün süpürgə verirdilər. 150
Növbəti günün səhər saatları keçdi. Günorta yeməyini yeyib bir qədər yatdım. Oyananda nəzarətçini çağırıb dedim: "Məndə bir az pul var, istəyirəm mənə qarpız alasan”. Dedi ki, alaram. Bir qədər sonra qarpızı gətirdi. Soruşdum ki, bıçağın var? Dedi ki, var. Bıçaqla kameraya girdi. Həbsxana qanunlarına görə, bu iş yasaq idi, dustaq bıçağı alıb nəzarətçini vura bilərdi. Lakin keçmiş həbsxanalarda rastlaşdığım nəzarətçilər kimi, bu nəzarətçi də mənim belə bir iş görəcəyimi təsəvvür belə etmirdi. Nəzarətçi qarpızı kəsməyə başladı. Kameranın qapısı açıq idi. Bu zaman SAVAK əməkdaşlarından biri oradan keçəndə bizi görüb çox hirsləndi. Nəzarətçini çağırıb danlamağa, əməlinin necə təhlükəli olduğunu başa salmağa başladı. Sonra ona: "Eynəyini al, - dedi, - həbsxanada eynək taxmaq qadağandır!" 150