Mirvariyə çevrilən ürək qanı


Oturub məyus halda ona baxırdım, o da görməli olduğum işləri xatırladırdı. Bütün vücudumu qəm-kədər bürüdü. Məni bu halda qoyub getdi. 145



Yüklə 1,52 Mb.
səhifə204/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   200   201   202   203   204   205   206   207   ...   239
Oturub məyus halda ona baxırdım, o da görməli olduğum işləri xatırladırdı. Bütün vücudumu qəm-kədər bürüdü. Məni bu halda qoyub getdi. 145

Bu hadisə yayın ortalarında baş vermişdi. Günlər ötdü və payız gəldi. Tağut rejimi şahənşah imperatorluğunun 2500 illiyini qeyd etməyə hazırlaşırdı. Təhlükəsizlik tədbirləri artmış, islamçılara qarşı təzyiq güclənmişdi. 145

Sentyabr ayı gəldi. Qum alimlərindən biri ailəsi ilə Məşhədə gəlmişdi və bizdə qonaq idi. Onunla birgə kitabxana otağının yanındakı qonaq otağında oturmuşdum. İki otağın arasında bir qapı vardı. Qarşımızda nahar süfrəsi sərilmişdi. Birdən həyət qapısını və bir neçə saniyədən sonra otağın qapısını döydülər. Ayağa qalxıb qapını açdım. Yoldaşım dedi ki, SAVAK məmurları gəliblər. Təəccüblə soruşdum ki, SAVAK-dan gəldiklərini haradan bildin? And içdi ki, onlardır. Bəlkə də qapının tutqun şüşəsinin arxasından kölgələrini görmüşdü, ancaq kölgə adamın hansı təşkilatdan olduğunu göstərmir. O, ciddi şəkildə və tam əminliklə təkrarlayırdı ki, SAVAK əməkdaşlarıdır. Bəlkə də ona ilham olunmuşdu. 146

Gedib qapını açdım. Doğrudan da SAVAK-dan gəlmişdilər. Məni görən kimi gülməyə başladılar. Deyəsən gizləndiyimi və təsadüfən tələyə düşdüyümü zənn edib sevinirdilər. Evə doluşdular. Dəhlizin sonunda diqqətlərini cəlb edən ilk yer kitabxana oldu. Oranı alt-üst edib kitabların arasını axtarmağa başladılar. Onların biri otaqdakı bütün vərəqləri toplayırdı. Bu basqında yazı və qeydlərimin bir çoxu getdi və sonradan heç birini qaytarmadılar. 146

Dayanıb onlara baxır, öz-özümə deyirdim ki, kaş kitabxana ilə kifayətlənib qonaq otağına girməsinlər, qonağımı qorxutmasınlar. Bunu arzuladığım yerdə biri qapını açıb qonaq otağına girdi, qonağın yanında oturub ona sual yağdırmağa başladı. 146

Bütün kitabları yoxladılar, evin hər yerini axtardılar. Xatırlayıram ki, biri onaylıq göyçək və günahsız oğlum Müctəbanın beşiyinə yaxınlaşdı; ona baxır, yazığı gəlirdi. Sonra məni və topladıqları vərəqləri apardılar. Mindiyimiz avtomobil SAVAK-ın şöbəsinə doğru yola düşdü. Şöbə təzə binaya köçmüşdü. Orada bir otaqda təxminən bir saat oturdum, sonra gözlərimi bağlayıb məni şüşəsiz bir avtomobillə naməlum istiqamətə apardılar. 146

Bir müddətdən sonra avtomobil dayandı, məni yerə endirib gözlərimi açdılar. Gördüm ki, hündür tavanlı geniş bir yerdir, ətrafında bir neçə kiçik otaq var. Daha çox böyük anbara bənzəyirdi. Sonralar öyrəndim ki, əvvəllər saxlandığım Məşhəd qarnizonunun sonunda yerləşən böyük bir tövlə imiş. Sonda başqa anbara açılan böyük bir qapı vardı. İkinci anbarın ortasında təxminən 20 metr uzunluğunda, 5 metr yarım enində uzun və alçaq bir bina vardı, hər iki tərəfində on kiçik qapı görünürdü. Onlar bu qədim binada tikilmiş yeni kameralar idi. 147

Qeyd etmişdim ki, Məşhəddə siyasi həbsxana yox idi. Mənim üçüncü və dördüncü həbsim hərbi həbsxananın buraxılış məntəqəsinin yanında keçmişdi. Həmin il qarnizonun sonunda siyasi dustaqlara bir həbsxana tikdilər və ona bayırdan qapı qoydular. 147

Orada ümumilikdə iyirmi kamera vardı. Binanın hər iki tərəfində su kranları və kiçik tualetlər nəzərdə tutulmuşdu. Məni dördüncü kameraya saldılar. O vaxta qədər elə kiçik otaq görməmişdim: hər tərəfi bir metr yarım uzunluğunda kvadrat bir yer idi; nə bacası vardı, nə işığı - zülmət qaranlıq idi. Dustaq yalnız qapı və ya qapıdakı kiçik baca açılanda işıq üzü görürdü. 147

Mənə iki ədyal verdilər. Hava get-gedə soyuyurdu. Günəşin batmasına az qalırdı, mənsə hələ namaz qılmamışdım. Onlara dəstəmaz almaq istədiyimi bildirdim. Su kranlarının yanına getməyə icazə verdilər. Kameraların önündən keçəndə dustaqların qapı və bacaların nazik açıq yerlərindən məni görməyə çalışdıqlarını hiss etdim. Bir qapının yanından keçəndə bir nəfər asta və titrək səslə dedi ki, mən filankəsəm. Bildim ki, silahlı qrupun üzvlərindən biridir; həmin gün, ya da bir gün öncə həbs olunmuşdu, mən onun həbsindən xəbərsiz idim. Dustaqların əhval-ruhiyyələrinin çox aşağı olduğunu hiss etdim. Nəzarətçilərlə ucadan danışmağa başladım ki, dustaqlar səsimi eşidib ruhlansınlar. Bir dəfə soruşdum ki, dəstəmaz yeri haradadır, ikinci dəfə qiblənin istiqamətini soruşdum. Yadımdadır, qiblənin yerini soruşanda cavab verdilər ki, küncə tərəf. Bu zaman ucadan dedim ki, bəli, kameranın küncü həmişə qiblədir. Bu isə möminin qəlbinin Allaha yönəldiyinə, kameranın küncünün həmişə mömin üçün ibadət yeri olduğuna, Quranın təbirincə desək, bərəhut çölündə yerləşən ilahi mərkəz - Məkkə kimi olduğuna işarə idi. 148

Nəzarətçilərin biri əmmaməmi çıxarmamı istədi. Qəbul etmədim. Dedi ki, həbsxananın qanunu belədir. Dedim ki, mən bu qanunları qəbul etmirəm, öncəki həbsxanalarda da əmmaməmi heç kimə verməmişəm; rəisindən soruşa bilərsən. 148

Digər kameralardakı dustaqların səsimi eşidib ruhlanmalarından ötrü ucadan danışırdım. Belə sözlər adətən, qorxan qəlbləri sakitləşdirir. Azan və iqamədə, rüku və səcdə zikrlərində də səsimi ucaldırdım. Namazı bitirəndən sonra özümə gəlib dərin fikrə getdim: Məni niyə həbs etdilər? 148


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin