Cavahirinin mənə güclü təsir edən qəsidələrindən biri də "Şəhid günü" qəsidəsidir. Orada deyilir: 40
Acizlərin hökumətinə ar olsun! Onlar hakimiyyətin yalnız qamçı və dəyənəklə davam gətirəcəyini düşünürlər. Əgər sinələr qeyzdən çatlasa, onlar çeynənmiş yarpaq kimi hər tərəfə səpələnərlər və güvəndikləri güc uçqun kimi başlarına tökülər! 41
Onun “Ey qaranlıq, hər yeri bürü!” qəsidəsi də mənim daxilimdə fırtına qoparmışdı: 41
Ey qaranlıq, hər yeri bürü! 41
Ey qatı duman, hər yeri sar! 41
Ey qara bulud, hər yerə kölgə sal! 41
Hərəkətsizliklərindən milçəklər də şikayətlənən çoxluqları əhatə elə! 41
Özləri ac ola-ola süd verməli olan keçiləri bürü! 41
Yağı ərimiş qarınları ört! 41
Müasir ərəb ədəbiyyatından oxumaq istəyəndə Cəvahirinin divanını açıram, təklikdə, ya da ərəb ədəbiyyatını sevən adamlarla birgə onun şeirlərini oxuyuram. Şairi və onun qürbətini yada salır, arzu edirəm ki, kaş bu dünyaya qayıdıb vətənindəki ucsuz-bucaqsız zülmətin çəkildiyini görəydi! 41
1992-ci ildə Cəvahirinin Xatirələr kitabını əldə etdim. Onu çox həvəslə oxumağa başladım və işlərimin çoxluğuna baxmayaraq, bir neçə gün ərzində bitirdim. Onun çoxlu səhifələrinə haşiyə yazmışam. Hansısa bir hadisəyə işarə vuranda divanına müraciət edib baxırdım ki, həmin hadisəni öz şeirində necə vəsf etmişdir. 41
Sonra onun həyat yoldaşı ilə birgə İmam Rzanın (ə) ziyarətinə gəlmək istədiyini eşitdim. Dostlardan xahiş etdim ki, ona lazımi ziyarət imkanları yaratsınlar. Lakin yoldaşı ziyarətə gəlməzdən öncə dünyasını dəyişdi. 41
Tapşırdım ki, Cəvahiri ailəsinə və bu ailənin şairinə hörmət olaraq, İmam Rzanın (ə) məqbərəsində ona əza məclisi keçirsinlər. Ofisimizdən bir nəfəri Cəvahiriyə başsağlığı verməyə və onu İrana dəvət etməyə göndərdik. O, dərhal dəvəti qəbul edib İrana gəldi. 41
Biz istəyirdik ki, şair İslamın və İslam inqilabının kölgəsi altında bir qədər yaşayıb zülm və zalım əleyhinə üsyan edən, müxtəlif quruculuq sahələrində inkişafa çalışan ləyaqətli ümməti görsün; istəyirdik ki, İslamı arzuladığı kimi canlı, aktiv, dinamik və inqilabçı görüb rahatlaşsın, ürəyi sakitləşsin və beləliklə, uzun həyat yolunu xoşluqla başa vursun. Lakin səksən ildən artıq təlatüm və keşməkeş dolu bir həyat yaşamış şairin rahatsız və gərgin ruhu necə sakitləşə bilərdi?! 42
O, bir müddət burada qaldı, mənimlə görüşdü, mənə və İran İslam Respublikası quruluşuna qarşı xoş hisslərini bildirdi. Bir beyt şeirlə birgə özünün Xatirələr kitabını da mənə hədiyyə verdi. Şeir belə idi: 42