1953-cü ildə Süleymaniyyə mədrəsəsindən Nəvvab mədrəsəsinə getdim. Orada istedad və bacarıqlarımı kəşf etdim, özümdə elm və təhsilə dair tükənməz enerji duydum. 29
Hicri tarixi ilə 1086-ci ildə təsis olunmuş Nəvvab və ya Salehiyyə mədrəsəsi Məşhədin məşhur hövzə mədrəsələrindəndir. Bu elm ocağında Ayətullah Xameneinin yeniyetməlik və gənclik çağında şəhərin ən mühüm dini təhsil mərkəzlərindən olmuşdu. 29
Müğnidən sonra Mütəvvəli oxudum. Mütəvvəl ərəb ədəbiyyatının bəlağəti sahəsində dəyərli kitabdır, amma oxunması uzun zaman alır. Müğni isə ərəb ədəbiyyatının sintaksisinə dair misilsiz bir kitabdır. 29
Fiqh (İslam hüququ) və üsul (İslam hermenevtikası və İslam hüququnun əsasları) elmlərinə atamdan Şəraye kitabını öyrənməklə başladım və həcc bölməsinə qədər davam etdirdim. Onda atam böyük qardaşıma Lümənin şərhini tədris edirdi və həcc bölməsinə çatmışdılar. Mən bəzi kitablarda qardaşımın şagirdi olsam da, orada onunla dərs yoldaşı oldum. Lümənin şərhi kitabının dörddə üçünü atamdan, dörddə birini də Seyid Əhməd Müdərris Yəzdidən öyrəndim. 29
Ondan öncə Məalim əl-üsul kitabını atamın dostu Seyid Cəlil Hüseynidən öyrənmişdim. Sonra Rəsail və Məkasib kitablarını atamdan və Hacı Şeyx Haşim Qəzvinidən öyrəndim. O, həqiqətən, güclü müəllim idi və mən tədris üslubunda ondan yaxşısını görməmişəm. 29
On yeddi yaşımda Rəsail, Məkasib və Kifayə kitablarını bitirdim, 1956-cı ildən fiqh və üsulun xaric – müctəhidlik üçün xüsusi ixtisas dərslərində iştirak etməyə başladım. Sonrakı ildə ziyarət üçün İraqa yollandım və bir neçə ay Nəcəfdə qaldım. O müddətdə Məşhəd hövzəsinin dərsləri ilə müqayisə etmək üçün böyük alimlərin dərslərində iştirak etdim. Ağa Xoi, ağa Həkim, ağa Bocnurdi, ağa Şahrudi, Mirzə Baqir Zəncani və Mirzə Həsən Yəzdi belə alimlərdən idilər. 29
Ayətullah Seyid Möhsün Təbatəbai Həkim Ayətullah Bürucerdinin vəfatından sonra əksər şiələrin təqlid müctəhidi kimi tanındı, müasir dövrdə, xüsusən də Bəəs partiyasının hakimiyyəti zamanı İraq şiələri arasında birlik yaratmaqda müstəsna rolu oldu. Onun çoxlu övlad və nəvələri Bəəs rejimi dövründə Səddamın muzdurları tərəfindən şəhadətə qovuşmuşdur. 30
Ayətullah Seyid Həsən Musəvi Bocnurdi Mirzə Naini, Mühəqqiq İraqi və Mühəqqiq İsfahani kimi alimlərin tələbəsi olmuşdu, Nəcəf Elm Hövzəsinin dəyərli müəllimlərindən, fiqh və üsul elmlərinə dair müəlliflərdən idi. 30
Ayətullah Seyid Mahmud Hüseyni Şahrudi Mirzə Naini və Mühəqqiq İraqinin tələbələrindən və müasir təqlid müctəhidlərindən olmuşdur. Məkkə və Mədinədə ilk müctəhid ofisinin açılması və Kərbəla ziyarətinə piyada getmək ənənəsinin dirçəldilməsi ona məxsusdur. 30
Ayətullah Hacı Mirzə Baqir Zəncani Məhəmmədtəqi Şirazi, Seyid Əbülhəsən İsfahani və Mirzə Naini kimi böyük alimlərin tələbəsi, habelə Nəcəf hövzəsinin böyük alimlərindən və məşhur müəllimlərindən olmuşdur. 30
Kifayənin sonlarında atamın tövsiyəsi ilə ağa Milaninin dərslərinə getməyə başladım. Ağa Milani 1954-cü ildə Məşhədə gəlib İcarə bölməsinin əvvəlindən fiqh tədrisinə başlamış və iki ilə bitirmişdi. Mən onun dərslərinə gedəndə namaz bölməsinə başladı. İki il yarım o dərsdə iştirak etdim, 1958-ci ildə Quma gedib 1964-cü ilə qədər orada qaldım. 1964-cü ildən İslam inqilabının qələbəsinə qədər isə Məşhəddə yaşadım. 30
Atamdan müctəhidlik üçün xüsusi ixtisas dərsi də aldım, amma bu dərs ciddi deyildi. Çünki ondan ötrü güclü hazırlığa və müxtəlif mənbələrin mütaliəsinə ehtiyac vardı və atam buna qadir deyildi. 30
Dostları ilə paylaş: |