Üçüncü fəsil: Dəclə sahili 34
Ana tərəfdən babam ərəbdilli və Nəcəfabadın Mirdamadi ailəsindən idi. Onlar İsfahandan Nəcəfə köçmüşdülər. Bəzi Mirdamadi ailələri indi də Nəcəfdə yaşayırlar. 34
Anam ərəb cəmiyyətində və ərəbcə danışan bir ailədə böyümüş, həddi-büluğa çatmazdan öncə ailəsi ilə birgə İrana qayıtmışdı. O, Nəcəfin yerli ləhcəsi ilə ərəbcə danışırdı. Anam Quranı yaxşı bilirdi, hədislərlə və ərəbcə yazılmış digər kitablarla da tanış idi. 34
Mən ərəb dilinin qrammatikasını ibtidai məktəbdə Camiül-müqəddimat kitabından öyrənməyə, 11-12 yaşımdan isə onunla ciddi və davamlı məşğul olmağa başladım. Bütün qardaşlarım mənim kimi idilər, amma mənim bu dilə xüsusi rəğbətim vardı. 34
İraqdan Məşhəd şəhərinə ziyarət karvanları gəlirdi. Onlar İmam Rzanın (ə) məqbərəsinə toplaşıb şeir və qəsidələr oxuyurdular. Mən saatlarla dayanıb onları dinləyir, çox diqqətlə sözlərinə qulaq asırdım. 34
Ərəb dilini dinləyəndə xüsusi hisslər keçirirəm, çox təsirlənirəm. Əslində, bütün iranlılar, xüsusən dindarlar ərəb dilini az-çox sevirlər. İslam tarixi boyu iranlılarla ərəb qonşuları arasında mövcud olmuş qardaş münasibətlərin əhatəlilik və dərinlik baxımından dünyanın heç bir xalqları arasında misli yoxdur. Buna görə bəzi ərəblərin ərəb millətçiliyi adı altında İran İslam quruluşuna qarşı zülmkar təcavüzü müdafiə etmələri çox böyük cinayətdir. Halbuki onlar işğalçının xislətindən xəbərdar idilər, mövqelərinin bu misilsiz insani hissləri məhv etməkdə nə qədər təsirli olacağını bilirdilər. 34
İraqda yalnız ərəbcə danışmağa çalışırdım, ancaq bəzən bəlağətli dillə yerli dialekt arasındakı fərqlərlə üzləşirdim. Bir dəfə anam məni düyü almağa göndərdi. Satıcı qadın idi. Ərəbcə dedim ki, sizdə düyü var? Kitab dilində düyüyə "rozz" deyilir, yerli ləhcədə isə “timmən”. Təəccüblə dedi ki, rozz nədir? Mən işarə ilə ona düyü istədiyimi başa salmağa çalışdım, amma anlamadı, başını ağrıtmamaq üçün dedi ki, yoxdur. Anamın yanına qayıdıb məsələni danışdım. Gülüb dedi: "Gərək "timmən" deyəydin, "rozz" yox". Sonra özü gedib düyü aldı. 35
Ərəb dilini öyrənmək istədiyimə görə İraqa gedəndə farsca bilməyən yerlər axtarırdım. Müqəddəs şəhərlərin əhalisi əksərən farsca yaxşı danışır. Mən yalnız ərəbcə danışmaq üçün Kazimeyndən Bağdada gedirdim. 35
Bir gün Dəclənin sahilində gəzişərkən bir çayxana gördüm. İçəri girib oturdum, bir qəzet götürdüm, siqaret yandırdım və çay sifariş verdim. Çayxanada müştəri az idi. Gördüm ki, çayçı çay süzə-süzə təəccüblə mənə baxır və iş yoldaşına nəsə deyir. Bir qədər sonra ikinci çayı da sifariş verdim. Pulu verib çıxmaq istəyəndə bir şəkil diqqətimi cəlb etdi. Çayxana sahibinin şəkli idi və onun məsihi olduğunu göstərirdi. Bu zaman çayçının təəccübünün səbəbini başa düşdüm. O, əmmaməli bir adamın məsihi çayxanasında oturduğuna görə təəccüblənmişdi. 35
O zaman siqaret çəkmək hətta inqilabçılar arasında da geniş yayılmışdı. 35
Bir dəfə Bağdadda gəzərkən yolu itirdim. Keçiddə bir nəfərdən əl-Rəşid prospektinin yerini soruşdum; oradan Kazimeynə necə gedəcəyimi bilirdim. Ləhcəmdən iranlı olduğumu anlayıb farsca dedi: "Əl-Rəşid prospektinə getmək istəyirsən?" 36
Qumda yaşadığım 1959-60-cı illərdə yeni ərəb kitablarını oxumaq üçün Xuzistan ruhanilərindən olan Şeyx Məhəmməd Kərəmigilə gedib-gəlirdim. Biz Xəlil Cübranın bəzi kitablarını oxuyurduq. O zaman onun "Göz yaşı və təbəssüm" kitabını farscaya tərcümə etdim. Bu, ərəbcədən ilk tərcüməm idi, indi də qalır. Sonra Məhəmməd Qütbün və Seyid Qütbün bəzi yazılarını tərcümə etdim. Onların çoxunu həbsxana kameralarında farscaya çevirmişəm. 36
Cübran Xəlil Cübran (1883-1931) Livanın məşhur şair və yazıçısıdır. 36
Seyid Qütb (1906-1966) məşhur Misir yazıçısı və mütəfəkkiridir, Müsəlman qardaşlar təşkilatının üzvü olmuş, altmışıncı və yetmişinci illərdə fikirləri ilə müxtəlif ölkələrin müsəlman mübarizlərinə xətt vermişdir. O, 29 avqust 1966-cı ildə Camal Əbdülnasirin göstərişi ilə dövlət çevrilişinə cəhddə ittiham olunaraq edam edildi. Həzrət Ayətullah Xamenei Pəhləvi rejiminə qarşı mübarizə dövründə onun “Quranın kölgəsində”, “Gələcək İslama məxsusdur” və “İslam və svilizasiya problemləri” kitablarını farscaya tərcümə etmişdir. 36
Məhəmməd Qütbün “İslam barədə şübhələr” kitabının çoxunu tərcümə etdim, sonra bildim ki, onu məndən qabaq iki dəfə tərcümə ediblər. Odur ki, qalanını tərcümə etmədim. Seyid Qütbün yazdığı “Gələcək İslama məxsusdur” kitabını da tərcümə etdim. Bu kitab beynimdə çoxlu fikirlər yaratdı və onları kitaba əlavə etdim. Bu əlavələr SAVAK-ı çox qıcıqlandırdı. Seyid Qütbün “İslam və sivilizasiya problemləri” kitabını da mühüm bir müqəddimə ilə tərcümə etmişəm. 36
Tərcümələrimdən biri də “Quranın kölgəsində” təfsirinin birinci bölməsinin altıncı çapının tərcüməsi idi. Əhməd Aram kitabın birinci çapını bütünlüklə tərcümə etmişdi, amma mərhum Seyid Qütb altıncı çapa çoxlu əlavələr etmişdi. Bir nəfər o kitabı 2500 tümənə tərcümə etməyimi təklif etdi. Yetmişinci illərdə maddi vəziyyətim də ağır idi. Odur ki, təklifini qəbul etdim. Mən o kitabdan çox təsirləndim, bütün duyğularımla onu tərcümə etdim. Həmçinin imamət nəzəriyyəsini cəmiyyətə düzgün və əsl İslama uyğun təqdim etmək məqsədi ilə Şeyx Razi Ali-Yasinin yazdığı “İmam Həsənin sülhü” kitabını farscaya çevirdim. Bunlardan başqa tərcümələrim də olub. 37
Şeyx Razi Ali-Yasin İraqın şiə alimlərindən olmuş, yazdığı “Sülh-əl-Həsən” kitabı çoxlu mütəfəkkirlərin diqqətini cəlb etmişdir. Bu kitab onun erkən İslam çağının tarixinə, Əhli-beyt imamlarının həyat və mübarizə yoluna dair dəqiq bilgilərini ehtiva edir. Həzrət Ayətullah Xamenei Pəhləvi rejiminə qarşı mübarizə illərində bu kitabı “İmam Həsənin (ə) sülhü - tarixin ən möhtəşəm və qəhrəman sazişi” adı ilə tərcümə və 1969-cu ildə isə nəşr etdirmişdir. 37
Qeyd etdim ki, ərəb ədəbiyyatını ən yüksək səviyyədə öyrənmişdim. Bu elmi sevir, ondan həzz alırdım. Xüsusən də sintaksisdə Müğni və bəlağətdə Mütəvvəl kitablarını çox sevirdim. Mütəvvəlin Bədiilik bölməsi mənim ən şirin dərslərimdən idi; həmin bölmə ilə yaşayırdım, nəfəs alırdım, kitabın çoxlu şeir misallarını da əzbərləmişdim. Bəyan elmi də elə idi. Onun bəzi beytlərini indi də hərdən zümzümə edirəm. Nə döyüşü, nə onun toz-torpağını və xəncərlərini görmüş kor bir adamın belə gözəl və dəqiq bənzətmələr işlətməsi heyrətamizdir. Heç bir şair, hətta Mütənəbbi də Əbu Təmmama çata bilməz. Əksinə, o, Əbu Təmmamdan çox təsirlənmişdir. 37
Əğani kitabını başdan-ayağa oxumuşam. Məni buna həvəsləndirən amil onun şeirlərindən aldığım həzz idi. Əğaninin bəzi şeirlərini toplayıb bir kitabça şəklində yazmışdım. Əlbəttə, bu kitabı oxumaqda başqa bir məqsədim də vardı. 38
Dostları ilə paylaş: |