Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə55/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   51   52   53   54   55   56   57   58   ...   76

Nöqtələr


◘Bu ayədə də həzrət İbrahim öz əqidəsini yox, qarşı tərəfin əqidəsini ortaya qoyur. “Sizin şərik qoşduğunuz” ifadəsi həzrət İbrahimin şəxsən özünün aya, günəşə və ulduza sitayiş etmədiyini göstərir.2

Bildirişlər


76-cı ayənin bir, iki və üçüncü bildirişləri bu ayə üçün də qüvvədədir.

4. Cisimlərin kiçik-böyüklüyü mühüm deyil. Bütün cisimlər dəyişən və müvəqqətidir. Ona görə də cismi Allah saymaq olmaz.

5. Haqqın təlim və batilin tənqid üsulu addım-addım olmalıdır. Əvvəlcə ulduz və ay, nəhayət, günəş inkar olunur.

6. Şirkdən cana yığılma, şirklə düşmənçilik İbrahimə xas bir fəryaddır.

7. Düşmənçilik fərdlərlə yox, şirkə yönəlmişdir.

8. Əvvəlcə dəlillər bəyan olunmalı, sonra arxa çevrilməlidir. (Əvvəlcə tülu və qürub bəyan olundu, sonra şirkə arxa çevrildi.)


79. ﴿إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالأَرْضَ حَنِيفًا وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ

Mən xalisliklə üzümü bir kəsə döndərmişəm ki, səmaları və yeri yaratdı. Mən müşriklərdən deyiləm.”


Nöqtələr


◘Qürub, müvəqqətilik bəyanatından sonra sabitliyə çatmaq Allahın İbrahimə əta etdiyi ilahi baxışdan danışır.

◘“Hənif” xalis və büdrəməsiz, doğru yola meyl mənasını bildirir.

◘Lüğət baxımından “yaratmaq” mənasını verən, “fətərə” sözü ayədə parçalama mənasını bildirir. Bəlkə də burada günün elminə işarə olunmuşdur. Aləm ilk öncə vahid bir nüvə olmuş, sonra parçalanaraq ayrı-ayrı planetlərə çevrilmişdir.3

Bildirişlər


1. Haqq yol bizə aşkar olan kimi qəti şəkildə onu elan edək və tənhalıqdan qorxmayaq.

2. Cüzi, maddi, məhdud və fani bütlərə pərəstişdən üz döndərən kəs külli, mənəvi, sonsuz və əbədi məbuda yetişir.

3. Görüntülər bizi aldatmasın, onlar tez, ya gec gözdən itir. Görüntüləri yaradan Allaha diqqət yetirin.

4. İnsan elə bir məqama çata bilər ki, nəsillərin və əsrlərin batil əqidələrini aradan qaldırsın.

5. Həqiqi tövhid şirkə arxa çevirməklə müşayiət olunur.

80. ﴿وَحَآجَّهُ قَوْمُهُ قَالَ أَتُحَاجُّونِّي فِي اللّهِ وَقَدْ هَدَانِ وَلاَ أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلاَّ أَن يَشَاء رَبِّي شَيْئًا وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا أَفَلاَ تَتَذَكَّرُونَ

Qövmü onunla danışıq və höcətləşməyə başladı. O dedi: “Yoxsa Allah haqqında mənimlə höcətləşirsiniz? Bir halda ki, O, məni hidayət etmişdir və mən sizin Ona şərik güman etdiklərinizdən qorxmuram. Allahımın istəyi istisnadır. (Hətta mənə bir zərər toxunsa, bütlərin yox, Allahın istəyidir.) Allahımın elmi hər şeyi əhatə etmişdir. Öyüd götürmürsünüzmü?”


Bildirişlər


1. Batil əhli təəssübkeşdir. (Borclunu rahat buraxdıqda tələbkarlıq etdiyi kimi, azğın qövm də öz şirkindən xəcalət çəkmək əvəzinə alimlik iddiası edir.)

2. Batil əhlinin təəssübü və inadkarlığı təəccüb doğurur.

3. Bir Allaha inanan (müvəhhid) tənha qalsa da, cəmiyyətlə baş-başa gəlməkdən narahat olmur.

4. Haqqı axtarmaq insanın, hidayət Allahın işidir. (Peyğəmbərlər də ilahi hidayətə ehtiyaclıdırlar.)

5. İlahi hidayətə nail olan üçün qorxu yoxdur.

6. Allahdan qeyrisindən qorxmamaq tövhid nişanəsidir. (Müşriklər həzrət İbrahimi bütlərin intiqamını alacaqları ilə hədələyirdilər.)

7. Bütlərdən və zalım hakimlərdən qorxu şirk əqidəsindən qaynaqlanır. (Bütlərdən qorxu bütpərəstlik təəssübü doğururdu.)

8. Hər bir hadisənin təsiri və rolu Allahın iradəsinə bağlıdır.

9. Rübubiyyət, elmi əhatəsi olana layiqdir.

10. Həqiqət fitri və vicdani bir şeydir və onu tanımaq üçün xatırlama kifayətdir.


81. ﴿وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلاَ تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالأَمْنِ إِن كُنتُمْ تَعْلَمُونَ

Sizin Allaha şərik qoşduğunuz şeydən necə qorxum? Hansı ki, siz, haqqında Allah tərəfindən heç bir dəlil nazil olmayanı Ona şərik qoşur və qorxmursunuz? Əgər bilirsinizsə (deyin ki,) bu iki dəstədən hansı (qiyamətdə) qurtuluşa daha layiqdir?”


Nöqtələr


◘Ayədəki “sultan” sözü dəlil, höccət mənasını bildirir.

◘Qorxunu Allaha etiqad səbəbləri bilənlərin əksinə olaraq, ayə qorxunu şirk səbəbi bilir. Ehtimali hədələrdən qorxmayın.




Bildirişlər


1. Xəyali hədələrdən qorxmayın.

2. Ruhi aramlıq yalnız tövhid sayəsində əldə edilir.

3. Dini əqidələr dəlilə əsaslanmalıdır.

4. Mübahisə zamanı xalqın təəssüb hissini qızışdırmaq olmaz. Ayədə buyurulur ki, biz amandayıq, siz təhlükədə.

5. Həqiqi elm Allaha doğru yolu göstərir. Əgər ondan düzgün istifadə etsək, nəticələr də düzgün olar.
82. ﴿الَّذِينَ آمَنُواْ وَلَمْ يَلْبِسُواْ إِيمَانَهُم بِظُلْمٍ أُوْلَـئِكَ لَهُمُ الأَمْنُ وَهُم مُّهْتَدُونَ

İman gətirib imanlarını zülm və şirkə bulaşdırmayanlar o kəslərdir ki, onlar üçün əzabdan qurtuluş var. Onlar hidayətə nail olanlardır.”


83. ﴿وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَى قَوْمِهِ نَرْفَعُ دَرَجَاتٍ مَّن نَّشَاء إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

Bu (növ dəlil) qövmü qarşısında Bizim İbrahimə verdiyimiz höccətdir. İstədiyimiz kəsi (layiq bilsək) yüksək dərəcəyə çatdırarıq. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir. (Elm və hikmət əsasında insanların məqamını ucaldır.)


Nöqtələr


◘Əvvəlki ayələr tövhid və şirk haqqında idi. Bu ayələr ötən ayələrin xülasəsi yerindədir. Necə ki, hədisdə buyurulur: “Zülm dedikdə bu ayədə şirk nəzərdə tutulur.”1

◘Bəzi rəvayətlərdə zülm şəkk-şübhə kimi mənalandırılmışdır.2 Əlbəttə ki, bəzən şirk ixtiyarsız, araşdırmanın müqəddiməsi kimi ortaya çıxır. Bəzən isə şəkkin səbəbi bəhanə olur. Bu növ şəkk zülmdür.3

◘İmam Baqir (ə) buyurmuşdur: «Bu ayə, həyatı boyu bir an belə şirkə yol verməmiş həzrət Əli (ə) haqqında nazil olmuşdur.»4

◘“Ləbs” sözü örtmək mənasını bildirir. İman fitri olub heç vaxt məhv olmadığından, güman ki, söhbət onun üstünün tozla örtülməsindən gedir.




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin