Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə59/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   55   56   57   58   59   60   61   62   ...   97

Bildirişlər


1. Gözəl müraciət sözün qəbulunda təsirli bir addımdır.

“Məcməul-bəyanda” belə bir hədis nəql olunur: “Ey iman gətirənlər” xitabının ləzzəti orucun çətinliyini asanlaşdırır. Valideynlər istəsələr ki, övladları onların sözünə qulaq assın, onlara gözəl şəkildə müraciət etməlidirlər.

2. Çətin göstərişləri asan göstərmək təbliğ şivələrindəndir. Bu ayədə buyurulur: "Oruc göstərişi təkcə siz müsəlmanlara aid deyil." Bütün əvvəlki ümmətlər üçün olan bir göstəriş təkcə bir ümmət üçün olan göstərişdən asandır.

3. Quranda bir çox hökmlərin fəlsəfəsi, eləcə də orucun fəlsəfəsi bəyan olunmuşdur. Xalq gördüyü işin nəticəsini bildikdə daha həvəslə çalışır.


184. ﴿أَيَّامًا مَّعْدُودَاتٍ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ فَمَن تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَّهُ وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

Bir neçə sayı müəyyən gün, (sizin üçün oruc qərar verildi.) Amma hansınız xəstə və ya səfərdə olsa, digər günlər həmin sayda (oruc tutsun). Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) kəffarə verməli, miskini doyurmalıdırlar. Hər kəs öz meyli ilə çox yaxşılıq etsə, onun üçün daha yaxşıdır. Amma əgər (orucun əsərlərini) bilsəniz, (anlayarsınız ki,) oruc tutmaq sizin üçün yaxşıdır. (Heç vaxt orucunu üzürlü səbəbdən yeyənlərə qibtə etməzsiniz.)


Nöqtələr


◘Ərəb dili qrammatikasında “ifal” babının mənalarından biri "aradan götürülmə"dir. Məsələn, lallıq mənasını verən “ucmə” sözü “ifal” babında “icam” olur. Bu söz lallığın aradan getməsini bildirir. Bu ayədəki “yutiqunə” sözü də güc-qüvvənin götrülməsini bildirir.

◘Allah əmrinə təslimçilik bir dəyərdir. Əgər oruc tutmaq əmr olunursa oruc tutmalıyıq, əgər iftar etmək hökm olunursa orucumuzu açmalıyıq.

“Məcməul-bəyanda” nəql olunur: Peyğəmbərin səhabələrindən bir dəstəsi hətta səfərdə də oruc tutur və öz oruclarını açmaq istəmirdilər. Həzrət Peyğəmbər (s) onları günahda suçladı. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir şəxs səfərdə oruc tutsa, mən onun cənazəsinə namaz qılmaram.” “Təfsiri-Qurtubi”də də nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) Ramazan ayı Mədinədən Məkkəyə səfər edərkən yolda su istədi. O, su qabını əlinə götürdü ki, xalq bunu görsün. Hamı bunu müşahidə etdikdən sonra həzrət su içdi.

İstənilən halda müsafir və ya xəstə insan oruc tutarsa, bu oruc batildir və onun qəzasını yerinə yetirmək lazımdır.1 İmam Sadiq (ə) buyurmuşdur: “Hətta körpəsinin süd əmməsindən və ya bətnindəki körpədən nigaran olarsa, orucunu iftar etməlidir. Bu, Allahın lütf nişanəsidir.”2


Bildirişlər


1. İslamın istənilən bir şəraitdə, istənilən bir fərd üçün münasib qanunları var. Bu ayədə müsafirlərin, xəstələrin və qocaların hökmü bəyan olunmuşdur.

2. Şərait hökmün, təsirlərin və mənafelərin fəlsəfəsini biryolluq aradan aparmamalıdır. Əgər xəstə və ya müsafir şəxs bir şəraitdə oruc tuta bilmirsə, başqa bir vaxt həmin orucun qəzasını yerinə yetirməlidir. Orucun faydasından biryolluq məhrum qalmaq olmaz.

3. Səfər məqsədi öz-özlüyündə oruca mane olmur. Orucu pozmaq üçün səfərə çıxmaq zəruridir.

4. Orucun qəzalarının xüsusi vaxtı yoxdur.

5. Qüvvə vəzifə şərtidir.

6. Fəqirlərin yedirdilməsi əhkam mətnində yerləşdirilmişdir.

7. Yalnız həvəslə yerinə yetirilən ibadətlər inkişaf və Allaha yaxınlıq səbəbidir.

8. İlahi göstərişlər ən aşağı hədləri hamıya vacib etmişdir. Yuxarı dərəcələr isə insanın öz ixtiyarındadır. Ayədə bir acı doyurmaq vacib, birdən artığını yedirtmək isə müstəhəb əməl ünvanı ilə insanın ixtiyarında qoyulmuşdur.

9. İlahi göstərişlərin yerinə yetirilməsinin Allaha yox, insana aid müsbət təsirləri var.
185. ﴿شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُواْ الْعِدَّةَ وَلِتُكَبِّرُواْ اللّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

Ramazan ayı bir aydır ki, Quran onda nazil olmuşdur. (Quran) aşkar dəlillərlə xalqı hidayət edən və haqqı batildən ayıran vasitədir. Sizlərdən hər kəs bu aya yetişsə oruc tutmalıdır. Xəstə və ya səfərdə olan şəxs başqa günləri həmin sayda oruc tutsun. Allah sizin üçün çətinlik yox, asanlıq istəyir. (Orucun qəzası) onun üçündür ki, müəyyən olmuş günlərin sayını tamlaşdırasınız və sizi hidayət etdiyi üçün Allahı yada salasınız. Bəlkə şükür edən olasınız.”


Nöqtələr


◘“Ramazan” sözü yandırmaq mənasını verən “rəmz” kökündəndir. Bu elə bir yanmadır ki, tüstüsü və külü olmur. Uyğun sözün bu ay haqqında işlədilməsinin səbəbi həmin ayda insanın günahlarının yanmasıdır.

◘Ramazan ayı Quranın nazil olduğu aydır. Bu ay Quranda adı çəkilən yeganə aydır. Qədr gecəsi də bu aydadır. “Təfsiri-Bürhanda” həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: Bütün səmavi kitablar ramazan ayında nazil olmuşdur. Ramazan ayı Allahın ən üstün ayıdır.” Həzrət Peyğəmbər (s) şəban ayının axırıncı cümə günü Ramazan ayının əzəməti haqqında müfəssəl bir xütbə oxumuşdur. Bu xütbə bəzi təfsir və rəvayət kitablarında nəql edilmişdir.1 “Səhifeye-Səccadiyyədə” də imam Səccadın (ə) Ramazan ayının sona yetməsi ilə bağlı qəlb alovlandıran bir münacatı vardır.

◘İslam asan bir dindir və onun bünövrəsi çətinliklər üzərində qurulmamışdır. Kim xəstə və ya müsafirdirsə, oruc tutmamalıdır. Belələri buraxdıqları günlərin sayı qədər növbəti günlərdə qəza orucunu yerinə yetirməlidirlər. Əgər dəstəmaz almaq çətindirsə, təyəmmüm etmək olar. Əgər namazda ayaq üstə durmaq çətinlik yaradırsa, oturaq halda namaz qılmağa icazə var. Bu qanun fiqhdə “qaideyi-la hərəc” adı ilə məşhurdur.

Ramazan ilahi qonaqlıq ayıdır.

◘Ramazanda möminlər “ya əyyuhəlləzinə amənu kutibə ələykumus-siyam” dəvətnaməsi ilə ilahi qonaqlığa çağırılmışlar. Bu qonaqlığın xüsusiyyətləri vardır:

1. Süfrə sahibi Allahdır. O, qonaqları Özü şəxsən dəvət etmişdir.

2. Qəbul vasitəsi Qədr gecəsi Quranın nazil olması, mələklərin enməsi, duaların qəbulu, ruhların lətafəti və cəhənnəmdən uzaqlıqdır.

3. Qəbul zamanı Ramazan ayıdır. Rəvayətlərin bildirdiyinə görə, onun əvvəli rəhmət, ortası bağışlanma, sonu isə mükafatdır.

4. Qədr gecəsi qəbul belədir ki, həmin gecə qonaqların bir illik ehtiyacı təmin olunur. Mələklərin nazil olması ilə Qədr gecəsində yer üzü zinətlənir.

5. Bu ayın qidası ruhi qidadır və mənəvi təkamül üçün bu qida zəruridir. Bu qonaqlığın qida lütfü Quran ayələridir. Ramazan ayında tilavət olmuş bir ayə digər aylarda bütün Quranı oxumağa bərabərdir.

Bu qonaqlığın dünyəvi qonaqlıqlara heç bir oxşarı yoxdur. Bu qonaqlıqda alim, qəni, xaliq, əbədi, əziz, cəlil Allah cahil, fəqir, fani, yaranmış və zəlil insanları süfrə ətrafına toplayır. O buyurur: “Mən sizin dualarınızı qəbul edər və Ramazan ayında çəkdiyiniz hər nəfəs üçün bir təsbih mükafat əta edərəm.” (Peyğəmbərin Şəban xütbəsindəki axırıncı cümləsindən.)


Qonaqlığın ədəbləri:

◘“Vəsailuş-şiədə” oruc tutan şəxsin əxlaqı haqqında geniş bir rəvayətdə oxuyuruq: “Oruc şəxs yalandan, günahdan, yersiz mübahisədən, həsəddən, qeybətdən, haqqa qarşı çıxmaqdan, söyüşdən, danlaqdan, qəzəbdən, tənədən, zülm və xalqa əziyyətdən, qəflətdən, günahkarlarla ünsiyyətdən, söz gəzdirməkdən, haram yeməkdən uzaq olsun. Namaz, səbir və sədaqətə, qiyamətin xatırlanmasına xüsusi diqqət yetirsin.”1

Bu qonaqlıqda iştirakın şərti təkcə aclığa dözüm deyil. Hədisdə nəql olunmuşdur: Səmavi rəhbərlərin itaətindən çıxan, ailə və şəxsi məsələlərdə zövcəsi ilə pis rəftar edən, onun şəri istəklərini yerinə yetirməyən, valideynini narazı salan kəsin orucu qəbul deyil. Belə şəxs ilahi ziyafətin şərtlərini yerinə yetirməmişdir.

◘Oruc bədəndən çöküntü maddələri çıxarmaq kimi tibbi faydaya malik olsa da, səhər oyanmaq, ruhun lətafəti, bu ayda duaların qəbulu başqa bir aləmdir. Əsil məhrum o şəxsdir ki, bütün bu xeyir və bərəkətlərdən məhrum qalsın.



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin