Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə63/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   59   60   61   62   63   64   65   66   ...   97

Bildirişlər


1. Qarşı tərəfə eynən onun kimi cavab vermək (“müqabilə və misal”) insanlıq haqqıdır. Əgər bir şəxs bizimlə savaşırsa, biz də onunla savaşırıq.

2. İslamda savaş məqsədi su, torpaq, almaz, istismar və intiqam deyil. Məqsəd fəsadcıl ünsürləri aradan götürməklə, düşüncələri xürafatdan azad etməklə haqqın müdafiəsidir.

3. Savaşda da ədaləti və haqqı gözləmək lazımdır. Quran “la tətədu” cümləsi ilə göstərişləri yerinə yetirərkən hədlərin pozulmamasını dəfələrlə sifariş etmişdir.

4. Zülm-sitəm ilahi məhəbbət bağlarını qırır.

5. Allaha yaxınlıq təkcə cəbhədə iştirakla yox, ədalətli savaşıb, haqlara riayət etməklə əldə olunur.

6. Savaşda hədəf yalnız Allah olmalıdır. Nəfs istəklərinə, təəssüblərə, qənimətlərə, riyakarlığa uymamalıyıq.

7. Hətta təbii haqların müdafiəsində də Allah unudulmamalıdır. Onlar sizə hücum etsələr də, siz müdafiə olunmalı, Allahın razılığı üçün çalışmalısınız.
191. ﴿وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلاَ تُقَاتِلُوهُمْ عِندَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِن قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاء الْكَافِرِينَ

Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız öldürün. Və sizi çıxardıqları yerdən (Məkkədən) onları çıxarın. Fitnə (şirk və işkəncə) qətldən pisdir. Məscidül-həramın yanında onlarla vuruşmayın. Bir şərtlə ki, onlar həmin yerdə sizinlə savaşmayalar. Əgər sizinlə savaşsalar, onları (həmin yerdə) qətlə yetirin. Kafirlərin cəzası belədir.”


Nöqtələr


◘Bu ayədə Məkkə müşriklərinin qətl və ixrac əmri verilir, eləcə də, bu işə dəlil olaraq bildirilir ki, onlar illər boyu müsəlmanlara işkəncə vermiş, yurd-yuvalarından didərgin salmışlar. Bu isə qətldən də ağır işkəncədir. Belə ki, müsəlmanlar müşriklərlə mübarizə və savaşda süstlük göstərməməlidirlər.

Sual: Nə üçün işkəncə qətldən ağır sayılır?

Cavab: Qətlə yetirilmiş insan dünya həyatından ayrılıb axirətə qovuşur. İşkəncəyə məruz qalan insan nə axirətə yetişir, nə də dünyadan kam ala bilir.

Bildirişlər


1. Müəyyən məqamlarda düşmənə onun özü kimi cavab vermək və sərtlik göstərmək lazımdır.

2. Ədalətli müdafiə təkcə cəbhə və savaş deyil.

3. Dinlər insanın vətən haqqına malik olmasını qəbul edir.

4. Fitnəkar insan müharibə aparan insan kimidir. Onunla sərt şəkildə rəftar edilməlidir.

5. Hərəm və Məscidül-Həram müqəddəsdir. Müsəlmanların qanı isə daha müqəddəsdir. Burada “əhəmm” və “mühümm” məsələləri bəyan olunmuşdur.

6. Savaşda qabağa düşməli olmadığımız kimi, müqəddəslikləri sındırmaqda da qabağa düşməməlisiniz.


192. ﴿فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Əgər əl çəksələr, həqiqətən, Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Müşriklər bağışlanmaq üçün nələri tərk etməlidirlər? İki ehtimal var: Savaş və fitnədən əl çəksinlər (əvvəlki ayəyə əsasən) və küfrdən əl götürsünlər. (Möminlərə məxsus ilahi bağışlanmanın əldə olunması dəlilinə əsasən.)

Bildirişlər


1. Müsəlmanlar öz düşmənlərinin həqiqi atəşkəs təklifini qəbul etməlidirlər.

2. İslam qayıdış yolunu hətta kafirlər üçün də açıq qoymuşdur.

3. Əgər kafirlər fitnədən, savaşdan əl çəkib iman gətirsələr, onları keçmiş işlərinə görə məzəmmət etməyin.

4. İnsan özü ilahi mərhəmət üçün zəmin yaratmalıdır.


193. ﴿وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ فَإِنِ انتَهَواْ فَلاَ عُدْوَانَ إِلاَّ عَلَى الظَّالِمِينَ

Fitnə (bütpərəstlik, əsarət) aradan qalxanadək onlarla savaşın və din yalnız Allahın olsun. Əgər (öz əyri işlərindən) əl çəksələr, (onlara əziyyət verməyin, çünki) əziyyət yalnız sitəmkarlara rəvadır.”


Nöqtələr


◘Müharibə aparmaqda İslamın məqsədi ölkələri əsarətə almaq, qənimət ələ keçirmək və ya əvəz çıxmaq deyil. İslamda savaş və cihadın məqsədi şirk və küfr büsatının dağıdılmasıdır. Fitnə sözü şirk, küfür, sınaq, işkəncə mənalarında işlədilmişdir. Bu ayədə oxuyuruq: “Əgər müşriklər fitnədən, qətldən əl çəksələr, onlarla düşmənçilik və savaş olmayacaq... Çünki yalnız sitəmkarlar və təcavüzkarlarla hərbi dildə danışılmalıdır.

◘“Udvan” təbiri düşmənlərə xatir işlədilmişdir. Yoxsa İslam əhli əziyyət əhli deyil. Məsələn, deyilir ki, pisliyin cavabı pislikdir. Pisliyə pisliklə cavab verilməsi ədalət olsa da, düşmənin əməlinə xatir bu əməl də pis adlandırılmışdır.


Bildirişlər


1. İslamın savaşda məqsədi şirkin, fitnənin aradan qaldırılması, din və ilahi qanunların möhkəmlənməsidir.

2. Yenidənqurmadan qabaq paklama gəlir. Əvvəlcə fitnə aradan qaldırılmalı, sonra ilahi din ortaya qoyulmalıdır. Əvvəl tağutun inkarı, sonra isə Allaha iman!

3. Geri qayıdış və tövbə yolu kimsə üçün və heç bir şəraitdə bağlı deyil. Hətta ən qatı düşmən də yolunu dəyişsə, Allah onu bağışlayar.

4. Əvvəlki ayədə kafirlərin günahlarının bağışlanması haqqında danışıldı. Bu ayədə isə xalqa tapşırılır ki, düşmən savaşdan əl çəkdiyi vaxt siz də savaşdan əl çəkin.


194. ﴿الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ

Haram ay qarşısında haram ay! (Əgər düşmənlər ayın hörmətini sındırsalar və sizinlə döyüşsələr, siz də onlar kimi hərəkət etmək haqqına maliksiniz. Çünki) hörmətlər üçün də qisas var. Kim sizə təcavüz etdi, həmin təcavüz şəklində ona əziyyət verin. Allahdan çəkinin. (Həddi aşmayın) və bilin ki, Allah pəhrizkarlarladır.”


Nöqtələr


◘İslamdan qabaq ərəblər arasında dörd ayın xüsusi hörməti vardı. Bu aylarda savaş haram və qadağan idi. Bu aylardan üçü ardıcıl gələn zil-qədə, zil-hiccə və məhərrəm ayları idi. Digər bir ay isə rəcəb ayı idi. Hətta zil-qədə ayının belə adlandırılmasının bir səbəbi kimi bu ayda savaşmayıb, oturmağın zəruri olduğu bildirilir.

İslam bu ənənəni qəbul etdi və ildə dörd aylıq atəşkəs elan etdi. Amma düşmən daim fürsətlərdən sui-istifadə etmək üçün pusqudadır. Onlar belə düşünə bilərdilər ki, müsəlmanlar bu ayları atəşkəs ayı saydıqlarından onlara hücum etmək münasib olsun. Ayədə buyuruldu: “Əgər müxaliflər bu dörd ayda hücum etsələr, siz də onlarla baş-başa gəlin, həmin aylarda onlarla savaşın. Haram ay qarşısında haram ay qərar verin. Çünki müsəlmanların qanının və İslam nizamının qorunmasının hörməti bu ayların hörmətindən çoxdur. Bu hörməti sındıranların hər birindən qisas alınmalıdır. Sonra külli bir qanun olaraq buyurulur: Hər kəs sizə təcavüz etdi, həmin miqdarda ona cavab verin. Təqvalı olmaq, qisasda həddi aşmamaq tapşırılır. Bilin ki, Allah təqvalılarladır.

◘“Məcməul-bəyan”ın müəllifi bu ayə ilə bağlı deyir: “Bu ayəyə əsaslanaraq qəsb haqqında da nəticə çıxarmaq olar. Yəni qəsbkarın malından haqqı götürmək olar.”


Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin