Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə34/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   30   31   32   33   34   35   36   37   ...   146
4. İqtisadi şərt: Xalqın haqqını ödəmək

Ehtiyaclılara əl tutmaq, məzlumların haqqını ödəmək o qədər əhəmiyyətlidir ki, bə’zən ibadətin qəbul olması üçün şərt sayılır. Zəkat ödəmək və ya halal qazanmaq bu növ nümunələrdəndir. İmam Riza (ə) buyurur: “Zəkat (İslam vergisi) ödəməyən şəxsin namazı qəbul olmaz.”4

Başqa bir hədisdə həzrət Əli (ə) Kumeylə buyurur: “Halal yolla qazanc əldə etməsən, Allah-təala zikr və şükrünü qəbul etməz.”5

5. İctimai şərt: Xeyirxahlıq

İctimai əlaqələr, müsəlmanlar arasında qardaşlığın qorunması və İslam ardıcılları arasında yaxşı əlaqələr yaratmaq çox əhəmiyyətlidir. Buna görə yaxşı əlaqələrin pozulmasına səbəb olan hər bir əməl və söz pislənilir. “Qeybət”, “sui-zənn”, bədxahlıq, əlaqələri kəsmək, pis xasiyyət və sair bu kimi sifətlər və əməllər ibadətin qəbul olmamasına səbəb olur.

Allahın rəsulu (s) buyurur: “Hər kəs müsəlman qadın və kişinin qeybətini edərsə, onun tərəfindən bağışlananadək 40 gün namaz və orucu qəbul olunmaz.”1 “Ey Əbuzər! Din qardaşlarından uzaqlaşıb, əlaqələri kəsmə. Çünki bu işləri görən insanların əməlləri qəbul olunmaz.”2

İmam Sadiq (ə) buyurur: “Allah din qardaşına qarşı pis niyyəti olan mö’minin əməlini qəbul etməz.”3 “Sirkə balı məhv edən kimi, xalqla pis rəftar da əməlləri məhv edir.”4

Beləliklə, insanlar haqqında pis niyyət, dostluğun tərki, qeybət, müsəlmanların ictimai əlaqələrinin süstləşməsinə səbəb olan bu kimi əməllər ibadətin qəbul olmasına maneçilik yaradır. İbadətkar insanlar ibadətlərinin qəbul olması üçün Allah bəndələri ilə möhkəm dini əlaqələr yaratmalıdırlar.

6. Ailə şərti: Xoş rəftar

Müqəddəs İslam dini ibadət, siyasət, əxlaq və cəmiyyət arasında müsbət rabitələr yaratmışdır. Ailə daxilində qadın və kişinin bərabər hüquqlarının qorunması ibadətlərin qəbuluna maneə hesab olunur. Yer əlaqələrinin kəsilməsi səmavi əlaqələrin kəsilməsi ilə nəticələnir. Bu barədə İslam Peyğəmbəri (s) buyurur: “Allah pis rəftarlı, əziyyət verən qadının namazını və yaxşı işlərini qəbul etməz. Həmçinin kişinin!”1 Təkcə qadının kişi ilə pis rəftarı və ya kişinin qadınla pis rəftarı yox, hətta ata-anaya qəzəbli baxış ibadətin qəbuluna mane olur. İmam Sadiq (ə) buyurur: “Hətta övladına zülm etmiş ata-anaya qəzəblə baxan övladların namazı qəbul olmur.”2 Bəli, yerə möhkəm dayanmış namaz nərdivanı ilə me’raca qalxırıq. Lakin buz bağlamış və ya yumşaq yerə dayanmış nərdivanla yuxarı qalxmaq çətin, yaxud qeyri-mümkündür. İctimai əlaqələr, gözəl rəftarla yanaşı ibadət sayəsində mə’nəvi kamillik əldə olunur. İbadətin qəbul olmasına mane olan başqa işlər də rəvayətlərdə bəyan olunmuşdur. Məsələn, şərab içmək və sair. Əlbəttə, əgər Allah qəbul etmirsə də, namaz və orucdan uzaqlaşmaq düzgün deyil. Rəvayətlərin məqsədi ibadət edən şəxsin pis rəftarına xatir onun əməllərinin az dəyərli və zəif olmasını göstərməkdir.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin