MÖVZU 25
Tormoz avadanlıqları və avtoqoşqu qurğuları
Hərəkət tərkibi, eləcə də xüsusi hərəkət tərkibi avtomat tormozlarla, sərnişin vaqonları və lokomotivləri isə, bundan başqa, elektropnevmatik tormozlar ilə təchiz edilməlidir.
Hərəkət tərkibinin, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibinin, avtomat tormozları ADDY-nun müəyyən etdiyi normada
saxlanılmalı və idarə edilməli, e'tibarlı təsirə malik olmalı, tormozlamanın rəvanlığını, eləcə də hava paylayıcı magistralın aralanması
və ya qırılması və stop-kranın (təcili tormozlama kranının) açılması
zamanı qatarın dayanmasını tə'min etməlidir.
Hərəkət tərkibinin, eləcə də özü hərəkət edən xüsusi hərəkət tərkibinin, avtomat və elektropnevmatik tormozları təcili tormozlama
zamanı ADDY-nun müəyyən etdiyi hesablamaya görə təyin edilmiş tormoz yolu məsafəsindən çox olmayaraq qatarın dayanmasına təminat verən tormozlayıcı sıxmanı təmin etməlidir.
Avtomat tormozları vaqonların yüklənməsindən, tərkibin uzunluğundan və yolun profilindən asılı olaraq müxtəlif tormozlama rejiminin mümkünlüyünü tə'min etməlidir. Stop-kranlar sərnişin və motorvaqonlu hərəkət tərkiblərində tamburlarda, vaqonların daxilində qoyulur və plomblanır.
Özü hərəkət edən xüsusi hərəkət tərkiblərində təcili tormozlama üçün lazımi hallarda stop-kranlar və ya başqa qurğular quraşdırılır.
Lokomotivlər, sərnişin vaqonları, motorvaqonlu və özü hərəkət eden xüsusi hereket tərkiblari el tormozları ilə təchiz edilir.
Yük vaqonlarının müəyyən hissəsində ADDY-nun norma üzrə stop-kranı və əl tormozu olmaqla keçid meydançası olmalıdır.
1 yanvar 1970-ci ilə qədər istehsal edilmiş əl tormozu olmayan poçt-baqaj vaqonlarının istismarına icazə verilir.
Hərəkət tərkibinin, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibinin, əl tormozları müəyyən edilmiş normada saxlanılmalı və ADY-nun müəyyən etdiyi hesablama tormoz sıxmasını tə'min etməlidir.
Ayrılma və ya qırılma nəticəsində əndazədən çıxa bilən və ya yola düşə bilən tormoz qolu ötürmələrinin bütün hissələri
qoruyucu qurğulara malik olmalıdır.
Hərəkət tərkibi, o cümlədən, xüsusi hərəkət tərkibi avtoqoşqu ilə təchiz edilməlidir.
Avtoqoşqunun oxunun relslərin başlığı üzərindən hündürlüyü aşağıdakı səviyyədə olmalıdır:
-lokomotivlərdə, sərnişin və boş yük vaqonlarında - 1080 mm-dən çox olmayaraq;
-lokomotivlərdə və içərisində insan olan sərnişin vaqonlarında -980 mm-dən az olmayaraq;
-yük vaqonlarında (yüklü halda) - 950 mm-dən az olmayaraq;
-xüsusi hərəkət tərkiblərində (boş halda) - 980 mm-dən az olmayaraq.
Avtoqoşqu qurğularının texniki vəziyyətlərinə və qatar tərkibində vaqonların düzgün qoşulmasına qatarı yola salmazdan əvvəl onun tərkibinə texniki xidmət edən vaqon müayinəçisi cavabdehdir.
Vaqon müayinəçiləri olmayan stansiyalarda vaqonlari qatara qoşarkən, eləcə də manevr işləri zamanı vaqonların düzgün qoşulmasına manevr rəhbəri cavabdehdir.
Lokomotivin və ya lokomotiv kimi istifadə edilən özü hərəkət edən xüsusi hərəkət tərkibinin qatarın birinci vaqonuna və ya başqa xüsusi hərəkət tərkibinə düzgün qoşulmasına lokomotivin və ya lokomotiv kimi istifadə edilən özü hərəkət edən xüsusi hərəkət tərkibinin maşinisti cavabdehdir.
Qatar lokomotivinin tərkibdən açılması və tərkibə qoşulması (o cümlədən tormoz xortumunun ayrılması, birləşdirilməsi və asılması, sonlu kranların açılıb - bağlanması) lokomotiv briqadaları işçiləri tərəfindən yerinə yetirilir.
Dostları ilə paylaş: |