Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan


Kolonatlıq, Prekari, Emfitevzis və bunların mahiyyəti



Yüklə 221 Kb.
səhifə3/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   2   3   4   5   6   7   8   9   ...   24
Kolonatlıq, Prekari, Emfitevzis və bunların mahiyyəti

Roma imperiyasının son dövrlərdində iqtisadi həyatda kolonat mühüm rol oynayırdı. Kolonat mahiyyətcə Roma imperiyası ərazisində quldarlıqdan feodalizmə keçid prosesindən başqa bir şey deyildi. Bu təsərrüfat formasında həm quıdarlığın, həm də feodalizmin əlamətlərinə təadüf edilir. Birinci sürətlə süquta uğrayır, ikinci isə getdikcə inkişaf edirdi. Kolonlar imperiyanın ilk dövrlərdində torpaq sahiblərindən icarəyə torpaq götürmüş azad adamlar idilər. Kolon latınca “kolonus” sözündəndir ki, bu da “əkinçi” deməkdir. Kolonlar torpaq sahiblərinə əvvəllər pulla, sonra isə natural şəkildə icarə haqqı verirdilər. Bundan başqa onlar icarəyə götürdükləri torpaq müqabilində bəzi mükəlləfiyyətlər də icra edirdilər. Lakin imperiyanın sonuna yaxın sayca artmış kolonlar becərdikləri torpaqlara təhkim edildilər. Qanunla onların bütün əmlakı torpaq sahiblərinin mülkiyyəti idi. Kolonların yaşadıqları yerləri tərk etmək hüququ yox idi, onlar dövlət və ruhani vəzifələri tuta bilməzdilər. Kolonlar torpaq sahiblərindən şəxsən asılı idilər. Onlar hüquqi cəhətdən bəzən qullara bərabər tutulurdu. Bununla belə quldan fərqli olaraq kolon təsərrüfatca müstəqil idi. Becərdiyi məhsulun bir hissəsini sata bilərdi. Bəzən ağasından dövlət məhkəməsinə şikayət də edə bilərdi. Kolonlar hərbi xidmətə də cəlb olunurdular. Onları torpaqsız satmaq olmazdı. Kolon ictimai vəziyyətinə görə orta əsrlərdəki təhkimli kəndliyə çox yaxın idi.

Kolonat roma imperiyasının son dövrlərində quldarlıq istehsal münasibətlərinin köhnəlməsi nəticəsində tənəzzülə uğramış istehsalı müəyyən qədər canlandırdı. Bu təsərrüfat sistemi imperiyanın ərazisində feodal münasibətlərinin meydana gəlməsində müəyyən rol oynadı.

Kolonlardan başqa iqtisadi həyatda prekariyə malik ictimai qrupun da müəyyən rolu vardı. Bu qrupa daxil olanlar iri torpaq sahilərindən müəyyən şərtlər daxilində becərməyə torpaq almış xırda, azad icarədarlar idilər. Lakin torpaq sahibləri istədikləri vaxt icarəyə verilmiş torpaqları onlardan geri ala bilərdilər. Roma imperiyasının süqutuna yaxın xırda prekare sahibləri ictimai vəziyyətlərinə görə demək olar ki, kolonlardan fərlənmirdilər.

Roma imperiyasının son dövründə yayılmış torpaq mülkiyyəti formalarından biri də emfitevzis idi. Bu cür torpaqları iri torpaq sahibləri və ya kilsə müəyyən miqdarda vergi müqabilində ayrı-ayrı adamlara verirdilər. Emfitevzis sahibləri təsərrüfatı yaxşı idarə etməli idilər. Onlar bu torpaqları icarəyə verə, hətta sata bilərdilər. Belə torpaqlar irsi də keçə bilərdi. Üç il ərzində vergilər ödənməzsə, emfitevzis sahibi öldükdə (əgər varisi qalmazsa), emfitevzisin verildiyi müddət bitdikdə bu torpaqlar öz sahiblərinə qaytarılırdı. Göründüyü kimi emfitevzis feodalizm dövründəki şərti torpaq mülkiyyətini andırır.


Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin