Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan


Xalq kütlələrinin sosial çıxış formaları. Təriqətlər



Yüklə 221 Kb.
səhifə5/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   2   3   4   5   6   7   8   9   ...   24
Xalq kütlələrinin sosial çıxış formaları. Təriqətlər.

Xrisrianlığın hakim sinfin məfkurə dayağına çevrilməsi ilə ona qarşı müxtəlif təriqətlər meydana gəldi. Bu təriqətlərdən biri ariçilik adlanırdı. Ariçilik 4-cü əsrin əvvəllərində İsgəndəriyyədə başlanmışdı. Onun banisi İsgəndəriyyəli keşiş Ari idi. Ari xristian kilsəsinin banisi İisus Xristosun (oğul-Allah) “Ata Allaha” bərabər tutulmasına etiraz edirdi. Çünki İisus Xristosu “Ata-Allah” yaratmışdır. Buna görə də o “ata-allahdan” aşağıdır. Ariçilər bununla əslində xristian kilsəsinin ilahiləşdirilməsinə etiraz edirdilər. Ariçiliyi istismar olunan kütlələr müdafiə edirdilər. Çünki onlar xristian kilsəsini hakim sinfin mənafeyini müdafiə etməsindən narazı idilər.

Xristian kilsəsinə qarşı çevrilən təriqətlərdən biri də mono-fizitli idi. Bu təriqət 5-ci əsrdə Bizansda meydana gəlmiş, əsasən Misir, Suriya və Kiçik Asiyada geniş yayılmışdı. Monofizitlər allahın “bir təbiətli” (yunanca “monos-bir”, “fizis” təbitət) olduğunu göstərir, ariçilərin əksinə olaraq İisus Xristosu “allah səviyyəsinə” qaldırırdılar. Başqa sözlə, onlar İisus Xristosun ikili təbiətə - həm Allah, həm də insan təbiətinə malik olmasına etiraz edirdilər. Bundan başqa, monofizitlər ruhanilərin dəbdəbəli həyat sürməsinə də qarşı çıxırdılar. Monofizitlik də mahiyyətcə, ariçilik kimi, hakim dinə qarşı ictimai etiraz idi.

4-cü əsrin əvvəllərində Roma imperiyasının Şimali Afrikadakı torpaqlarında donatistlər hərəkatı başladı. Donatistlər dini təliminin banisi Yepiskop Donat idi. Donatistlər hərəkatı hakim kilsəyə, xüsusən Roma ağalığına qarşı ümumi narazılığın nəticəsi idi. Donatistlər təqib, işgəncə zamanı öz etiqadından dönən xristianlara qarşı barışmaz olmağa çağırırdılar. Bu təlimin nümayəndələri Şimali Afrikada 6-cı əsrdə də qalmaqda idilər.

Bu təriqətlər həm də quldar dövlətinə qarşı çevrildiyindən istismar olunan geniş kütlələrin mənafeyini əks etdirir, onlar tərəfindən müdafiə edilirdi.

Roma quldarlıq imperiyasının dağılmasında istismar olunan kütlələrin sinfi mübarizəsi böyük rol oynadı. Xalq kütləsinin hakim sinfə qarşı narazılığı müxtəlif formalarda baş verirdi. Qulların, sənətkarların, kolonların zülmündən baş götürüb qaçması, hərbi xidmətdən və vergi verməkdən boyun qaçırmaq haları tez-tez baş verirdi. Barbar hücumları zamanı istismardan təngə gəlmiş əhali onların tərəfinə keçirdi. Üsyanlar da baş verirdi. 4-5-ci əsrlərdə bu üsyanların əsas qüvvəsi kəndlilər, həmçinin bunlara qoşulmuş kolonlar və qullar idi.

4-cü əsrdə Roma imperiyasının Afrikadakı torpaqlarında aqonistiklər təriqətinin başçılığı ilə qüvvətli xalq hərəkatı baş verdi. Aqonistiklər donatistlərin ən ardıcıl nümayəndələri idilər. “Aqonistik” yunanca “döyüşçül”, “mübarizəyə qabil” mənalarındadır. Aqonistiklər kilsəyə, ictimai bərabərsizliyə qarşı çıxırdılar. Başqalarına nisbətən daha demokratik olan bu təriqətin əsas dayağı yoxsul kənd əhalisi idi. Aqonistiklərin başçılığı ilə kolonlar, qullar dəfələrlə hakim sinfə qarşı silahlı üsyana qalxmışdılar. Onlar malikanələri, kilsələri dağıdır, borc kağızlarını məhv edir, qulları azadlığa buraxırdılar və s.

3-5-ci əsrlərdə Qalliyada və Şimali İspaniyada Baqaudlar hərəkatı adlı üsyan oldu. Qaliyanın qədim əhalisi olan keltlərin dilində “baqa” mübarizə demək idi. Yəqin ki, baqaudlar üsyanının adı da həmin sözdəndir. Baqaudlar hərəkatı xarakter etibarı ilə Roma əsarətinə qarşı xalq-azadlıq hərəkatı idi. Baqaudlar uzun müddət Roma qoşunlarına qarşı silahlı mübarizə apardılar. Nəticədə Qalliya və Şimali İspaniyada Roma hakimiyyəti zəiflədi. Bu da həmin yerlərdə müxtəlif Barbar tayfalarının məskən salmasına əlverişli şərait yaratdı.

Roma quldar dövlətinə qarşı üsyanlar imperiyanın başqa yerlərində, hətta İtliyanın özündə, Romada da baş verirdi. Bu üsyanlar məğlub olsa da, Roma quldar dövlətini daxilən zəiflədir, quldarlıq quruluşunun süqutunu yaxınlaşdırırdı. Əyalətlərin müstəqilliyə can atması, mərkəzi hakimiyyətə qarşı mübarizəsi Roma quldar dövlətinin vəziyyətini daha da çətinləşdirdi. Beləliklə, Roma imperiyasında quldarlıq quruluşunun süqutu daxilən hazırlanmışdı.

Vaxtını keçirmiş quldarlıq münasibətləri ictimai inqilab yolu ilə aradan qaldırılmalı, feodalizmin inkişafı üçün şərait yaranmalı idi. Bu, labüd idi. Lakin bu tarixi zərurəti xarici amil sürətləndirdi.

Eramızın 4-5-ci əsrlərində Barbar tayfalarının Roma imperiyasına hücumları artdı. Bu tayfalar Roma quldar dövlətinə sarsıdıcı zərbələr vurdu, onun süqutunu sürətləndirdi. Barbarların hücumlarından birində - 476-cı ildə Roma alındı və Qərbi Roma imperiyasının varlığına son qoyuldu. Bu tayfalar Roma imperiyası ərazisində mühüm rol oynadılar. Barbarların Roma imperiyası ərazisinə gətirdiyi ibtidai icma quruluşu burda meydana gəlməkdə olan feodal münasibətlərinin inkişafına əlverişli şərait yaratdı. Azad icma üzvləri olan barbarlar feodalizm cəmiyyətindəki kəndlilər sinfinin formalaşmasında mühüm rol oynadılar. Buna görə də Roma imperiyası ərazisində feodalizmin inkişaf qanunauyğunluqlarını öyrənməzdən əvvəl, Roma imperiyasına hücum zamanı barbar tayfalarının ictimai quruluşuna nəzər salmaq lazmdır.


Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin