Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə8/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Slavyanlar

Qədim slavyan tayfaları erkən orta əsrlərdə Şərqi Avropanın ictimai-iqtisadi və siyasi tarixində mühüm rol oynamışlar.

Slavyanlar qədim alman tayfalarının şərq qonşuları idilər. Onlar haqqında ən qədim yazılı məlumat eramızın 1-2-ci əsrinə aiddir. O zaman qədim slavyan tayfaları venedlər (venetlər) adı ilə tanınırdılar. Böyük Plini, Tasit, Ptolomey, İordan və başqa müəlliflərin əsərlərində Avropanın bu qədim sakinləri haqqında qiymətli məlumatlar var. İordanın yazdığına görə, venedlər Visla çayı boyunca yaşayırdılar. Bəzi tədqiqatçılar güman edirlər ki, “slavyan” termini Ptolomeyin adını çəkdiyi vened tayfalarından biri olan suovenlərin adından əmələ gəlmişdir. 6-cı əsrdən etibarən mənbələrdə slavyanların adına “sklaveni” şəklində təsadüf olunmağa başlayır.

Elmi ədəbiyyatda slvyanların yaşadığı ən qədim ərazi haqqında vahid fikir yoxdur. Bununla belə, mənbələr təsdiq edir ki, qədim slavyanlar Elba və Oder çaylarından başlayaraq Visla boyunda, Dnestrin yuxarı axarlarında və Dneprin ortalarına qədərki ərazidə yaşayırdılar. Slavyanlar şimalda qədim alman tayfaları ilə və baltlarla, şərqdə skiflərlə və sarmatlarla, cənubda isə frakiyalılar və illiriyalılarla qonşu idilər.

Eramızın 2-4-cü əsrlərində qədim alman tayfalarından qotlar və gepidlər əvvəlki yerlərini tərk edib cənuba – slavyanların yaşadığı əraziyə doğru hərəkət etdilər. Bununla, slavyan tayfalarının ərazi birliyi pozuldu və onlar qərb və şərq qollarına ayrılmağa başladılar. “Xalqların böyük köçü” zamanı slavyanlar daha geniş ərazidə yayıldılar. Pannoniyadakı Hun xaqanlığı dağıldıqdan sonra slavyanların cənuba doğru irəliləməsinə əlverişli şərait yarandı. Dunay boyunda, Balkan yarımadasında, Qara dənizin şimal-qərb sahillərində məkən saldılar. Beləliklə, slavyanlardan 3-cü bir qol – cənub slavyanları ayrılmağa başladı. Orta və Aşağı Dunay hövzəsində, həmçinin Dunayla, Dnestr arasında yaşayan cənub slavynlarını 6-cı əsrin Bizans müəllifləri sklavinlər, slavenlər adlandırırdılar. Dnestrlə Dnepr arasında yaşayan slavyan tayfaları isə antlar adlanırdı. Antlar şərq slavyanlarının özəyi idilər. Bizans tarixçiləri əsasən Visla və Baltik boyunda yaşayan slavyan tayfalarını isə venetlər adlandırırdılar. Bu slavyan tayfaları Laba boyunda məskunlaşan slavyanlarla birlikdə sonralar qərb slavyanları qrupunu təşkil etdilər. Beləliklə, slavyan tayfaları üç böyük qrupa ayrılırdı: şərq slavyanları, qərb slavyanları, cənub slavyanları. Bununla belə, 8-ci əsrədək müxtəlif slavyan tayfaları ictimai-iqtisadi inkişaf səviyyələrinə görə bir-birindən kəskin surətdə fərqlənmirdilər.

Slavyanlar əsasən əkinçiliklə, (buğda, arpa və s.) məşğul olurdular. İqtisadi həyatda maldarlığın da mühüm rolu vardı. Bundan başqa ovçuluq, bal toplamaq, balıqçılıq, dulusçuluq və toxuculuq da inkişaf etmişdi. Qədim slavyanların yaşadıqları yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan çoxlu metal alətlər və silahlar onların metal çıxarılması və emalı ilə də məşğul olduqlarını göstərir. Slavyanlar yoğun ağac gövdəsindən qayırdıqları qayıqlarda Yunanıstana qədər gedib çıxırdılar. Qədim slavyanlarda ticarət əsasən mübadilə xarakterində idi. Çünki pul hələ meydana gəlməmişdi. Nəsli quruluş hökmranlıq edirdi. Qazıntılar zamanı tapılmış Roma və Bizans pulları xarici ticarətin də müəyyən qədər inkişaf etdiyini göstərir.

Qədim slavyanların ictimai quruluşu haqqında məlumat olduqca azdır. Qeysəriyyəli Prokopi (6-cı əsr) göstərir ki, “bu tayfaları, slavyanları və antları bir adam idarə etmir...” Bütün mühüm məsələlər xalq yığıncağında – veçedə həll olunurdu. Bununla belə, 6-8-ci əsrlərdə artıq nəsli icma quruluşu dağılır, sinfi münasibətlər meydana gəlirdi. Nəsli icmaları tədricən qonşuluq icmaları əvəz edirdi. Bu da əmək bərabərsizliyinin inkişafına kömək edirdi. Siniflərin və dövlətin rüşeyimləri yaranırdı.



Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin