Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan


Barbarlar “Xalqların böyük köçü ərəfəsində”



Yüklə 221 Kb.
səhifə10/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Barbarlar “Xalqların böyük köçü ərəfəsində”

Eramızın 4-cü əsrinin sonlarında barbar tayfaları kütləvi şəkildə yerlərini dəyişməyə və Roma imperiyası ərazisinə hücum etməyə başladılar. Tarix ədəbiyyatında bu üzun sürən hadisə “Xalqların böyük köçü” (4-7-ci əsrlər) adlanır. Barbarların, xüsusən qədim alman tayfalarının kütləvi şəkildə hərəkətə gəlməsi, əvvəlki yerlərini dəyişməsi təsadüfi proses deyildi.

“Xalqların böyük köçü” ərəfəsində barbarlarda (qədim almanlar, slavyanlar və s.) məhsuldar qüvvələr xeyli inkişaf etmişdi. Əmək alətləri təkmilləşmiş, müxtəlif sənətkarlıq sahələri tərəqqi etmiş, ticarət genişlənmişdi. Əkin sahələri artmışdı. Maldarlıqda da müəyyən irəliləyiş vardı.

Məhsuldar qüvvələrin inkişafı, Roma imperiyası ilə genişlənən əlaqələr qədim alman tayfalarında icma üzvləri içərisində əmək bərabərsizliyinin inkişafına, həmçinin nəsillər (qəbilələr) arasında qeyri-bərabərlik yaranmasına səbəb olurdu. Azad icma üzvləri içərisindən yeni təbəqə - yarımasılılar yaranırdı. İctimai həyatda sıravi icma üzvlərinin rolu getdkcə azalır, əyanların nüfuzu isə artırdı. Hərbi drujinalara arxalanan kralların hakimiyyəti irsi keçməyə başlamışdı. 4-cü əsrdə alman tayfaları içərisində xristianlıq da yayılmaqda idi. “Xalqların böyük köçü” ərəfəsində qədim almanlarda ibtidai icma quruluşu dağılmaqda idi. lakin sinifli cəmiyyət hələ yaranmamışdı.

Beləliklə, qədim almanların, habelə başqa barbar tayfalarının Roma imperiyasına hücumları onların özlərinin içərisində ictimai və əmlak bərabərsizliyinin dərinləşdiyi bir zamanda baş vermişdi. Tayfa başçıları, əyanlar varlanmaq üçün yeni torpaqlar, hərbi qənimət ələ keçirməyə çalışırdılar.

Bundan başqa, “Xalqların böyük köçü” ərəfəsində əhali də artmışdı.

Qədim alman tayfalarının Roma imperiyasına hücum etməsində onları sıxışdıran Asiya tayfalarının (məsələn, hunlar) da rolu az olmamışdı. Hərbi cəhətdən yaxşı təşkil olunmuş bu tayfaların hücumlarına davam gətirməyən qədim almanlar, habelə başqa barbar tayfaları ya biri digərinin torpağını əlindən almalı, ya da onlarla qonşu olan geniş ərazili Roma imperiyasına hücum etməli idilər. Artıq tənəzzül etməkdə olan Roma imperiyası isə barbarların hücumlarını dəf etməyə qadir deyildi.

Xalqların böyük köçü”nün başlanması.

“Xalqların böyük köçü” ərəfəsində barbar tayfalarının tarixində bir sıra mühüm dəyişikliklər olmuşdu ki, bu da hadisələrin sonrakı gedişinə təsir göstərməyə bilməzdi. Belə ki, 166-180-ci illərdə qədim alman tayfaları (xüsusən markomanlar) və sarmatlarla Roma imperiyası arasında müharibə baş verdi. Markoman müharibəsi adlanan bu müharibədə Roma imperiyası zəiflədi. Bundan sonra qədim alman tayfalarının bəziləri Roma imperiyası ərazisinə və Qara dəniz sahillərinə doğru irəlilədilər. Bu tayfalardan biri də qotlar idi.

Qotlar şərqi alman tayfalarından idilər. Onlar Visla çayının mənsəbində və Baltik dənizinin cənub sahilərində yaşayırdılar (bəzi məlumatlara görə onlar bura Skandinaviyadan gəlmişdilər). Eramızın 3-cü əsrinin əvvəllərində qotlar Qara dənizin şimal sahillərində məskən saldılar. Burda yerli skiflər və sarmatlarla qaynayıb-qarışmaqda olan qotlar iki qola ayrıldılar: vestqotlar (qərbi qotlar) və ostqotlar (şərqi qotlar). Vestqotlar Dnestr boyunda, həmçinin Dunayın aşağı boyunda yaşayırdılar. Dnestrdən Qara dəniz və Azov dənizinə qədər olan ərazidə isə ostqotlar yaşayırdılar.

Roma imperiyası ərazisinə tez-tez hücum edən qotlar “Xalqların böyük köçü”ndə fəal iştirak etdilər.

“Xalqların böyük köçü” hunların hücumu ilə başlandı. Türk tayfaları olan hunlar eramızın təqribən 1-ci əsrində Mərkəzi Monqolustanda yaşayırdılar. Burdan qərbə doğru hərəkət edən hunlar 2-ci əsrdən etibarən Volqa və Uralboyu torpaqlarda məskən salmağa başladılar. Onlar burda uqor tayfaları ilə qaynayıb-qarışdılar. Köçəri hun tayfaları yeni otlaqlar və qənimət ələ keçirmək üçün daim yerlərini dəyişirdilər. Odur ki, kütləvi surətdə Volqaboyundan Qara dəniz ətrafına doğru hərəkət etdilər. 4-cü əsrdə Volqa ilə Don çayları arasında hunların böyük tayfa birliyi yarandı.





Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin