Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə7/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Qədim alman tayfaları

Romalılar ən çox qədim alman tayfaları ilə təmasda idilər. Elə buna görə də ən çox məhz bu tayfaları “barbar” adlandırırdılar. Qədim alman tayfaları eramızın əvvəllərində Reyn çayı ilə Visla, Alp dağları ilə Dunay çayı, Şimal dənizi ilə Baltik dənizi arasındakı torpaqlarda və Skandinaviya yarımadasının cənubunda yaşayırdılar. Lakin bu yerlərin qədim əhalisi ancaq almanlardan ibarət deyildi.

E. ə. 1-ci əsrin sonunda Reyn və Elba çayları arasındakı ərazi qısa müddətdə də olsa, Roma imperiyasına qatılmışdı. Lakin sonralar Roma inperiyası qədim alman tayfalarının hücumlarına tab gətirə bilmədi. Bu tayfaların hücumlarının qarşısını almaq məqsədi ilə Reyn çayının ortalarından Dunayın yuxarılarına qədər uzanan müdafiə xətti yaradıldı.

Qədim alman tayfalarının ictimai quruluşunu öyrənmək üçün mühm mənbələrdən biri Yuli Sezarın e.ə. təqribən 50-ci ildə yazdığı “Qalliya müharibəsi haqqında qeydlər”idir. Sezar və başqa antik müəlliflərin məlumatına görə, e.ə. 1-ci əsrin ortalarında alman nəsli icmalar halında yaşayırdılar. Bütün alman tayfaları ictimai inkişafına görə eyni səviyyədə deyildilər. Bəzi tayfalar ortaqlaşmışdılar və əsasən əkinçiliklə məşğul olurdular. Torpaq kotanla şumlanırdı. Sezarın məlumatına görə alman tayfalarının bəziləri ortaqlaşmamışdı. Bu tayfaların təsərrüfat həyatında maldarlıq mühüm yer tuturdu. Lakin köçəri alman tayfalarının özləri də əkinçiliklə məşğul olurdular. Daha doğrusu, bu tayfalar həm də əkin üçün yeni torpaqlar ələ keçirmək məqsədi ilə yerlərini dəyişirdilər. Qədim almanlar metal emalını da bacarırdılar. Kənd-kənd məskən salmış almanlar qan qohumluğu icmaları halında yaşayırdılar. Torpaq icmanın mülkiyyətində idi. İcma üzvləri torpağı birgə becərirdilər. Sinflər və dövlət hələ yaranmamışdı. Bütün mühüm məsələlər xalq yığıncaqlarında həll olunurdu. Silah gəzdirmək hüququ olan bütün kişilər xalq yığıncaqlarında iştirak edirdilər. Məhkəmə işləri ilə nəsli ağsaqqallar məşğul olurdu. Müharibələr qədim almanların həyatında mühüm rol oynayırdı. Hərb zamanı hərbi başçı seçilirdi. Hərbi başçılar qonşu tayfalara hücum üçün könüllü hərbi dəstələr düzəldirdilər. Gələcək hərbi drujinaların rüşeymi olan bu dəstələr daimi deyildi.

Eramızın 1-ci əsrinin sonlarında alman tayfalarının ictimai-iqtisadi həyatında ciddi dönüş yaranmışdı. Bu haqda Roma tarixçisi Tasitin əsərlərində qiymətli məlumatlar var. Qədim almanların ictimai quruluşunu öyrənmək üçün onun eramızın təqribən 98-ci ilində yazdığı “Almanların mənşəyi və yaşadıqları yer haqqında” adlı əsəri daha maraqlıdır. Çünki bu əsərdəki məlumatların xeyli hissəsi Tasitin şəxsi müşahidələrinə əsaslanır. Tasitin məlumatından aydın olur ki, almanlar eramızın 1-ci əsrinin sonlarında artıq tamamilə oturaqlaşmışdılar. Əkinçilik mədəniyyəti də yüksəlmişdi. Hətta mineral gübrələrdən də istifadə edilirdi. Maldarlıq yenə də mühüm rol oynamaqda idi. “...Almanlar xoşlayırlar ki, mal-qaraları çox olsun...” Bu dövrdə qanbahasının – vergeldin mal-qara ilə ödənməsi bunu aydın sübut edir.

Tasitin dövründə almanlarda metal emalı, toxuculuq, dulusçuluq və s. də inkişaf etmişdi. Daxili və xarici ticarət zəif inkişaf etmişdi. Reyn çayı boyunda yaşayan almanlar ticarətlə nisbətən çox məşğul olurdular.

İctimai həyatda da dəyişikliklər yaranmışdı. Qan qohumluğu icmalarını əkinçilik icmaları əvəz etmişdi.

Tasit dövründə də torpaq kollektiv mülkiyyət idi. Lakin torpaqlar elliklə becərilmirdi. Əkinəyararlı torpaqlar birlikdə yaşayan və işləyən yaxın qohumların – iri ailələrin istifadəsində idi. Bu torpaqlar vaxtaşırı həmin alilələr arasında yenidən bölünürdü. Meşələr, otlaqlar və s. icmanın ümumi istifadəsində idi. Böyük ailələrin evləri və həyətyanı torpaqlar həmin ailələrin xüsusi mülkiyyətinə keçmişdi. Almaniyanın bəzi yerlərində, hətta əkinəyararlı torpaqların hamısı ev icmalarının xüsusi mülkiyyətinə çevrilmişdi.

Tasitin məlumatından aydın olur ki, onun dövründə hələ siniflər yaranmamışdı. Əsas istehsalçılar azad icma üzvləri idi. Lakin ictimai təbəqələşmə gedirdi. Çünki Sezardan fərqli olaraq Tasit qədim almanlarda qulların olduğunu göstərir. Lakin onların vəziyyəti qədim Roma qullarından xeyli yaxşı idi. Qullardan əsasən həyət-baca işlərində istifadə olunurdu. Onların öz evləri, təsərrüfatları vardı. Ağalarına ancaq natural vergi verirdilər. Bu mənada onlar quldan daha çox Roma kolonlarını andırırdılar. Qullar ictimai-iqtisadi həyatda mühüm rol oynamırdılar. Bundan başqa, azad icma üzvlərindən nəsli əyanlar ayrılmağa başlayırdı. Onların əmlakı və nüfuzu başqa icma üzvlərininkindən çox idi. Beləliklə, iqtisadi və ictimai bərabərsizlik yaranırdı. Sinifli cəmiyyətin rüşeymləri Roma imperiyası ilə sərhəd yerlərdə yaşayan alman tayfaları içərisində daha aydın nəzərə çarpırdı.

Cəmiyyət siniflərə bölünmədiyinə görə Tasitin dövründə Almaniyada hələ dövlət də yaranmamışdı. Bütün mühüm məsələlər – müharibə, sülh, tayfa başçısı seçilməsi və s. yenə də xalq yığıncaqlarında həll olunurdu. Xalq yığıncaqlarından başqa, əyanlardan ibarət ağsaqqallar şurası da vardı. Bu şura bəzi məsələləri müstəqil həll edir, çox mühüm məsələləri isə xalq yığıncağının müzakirəsinə hazırlayırdı. Beləliklə, əyanlar siyasi cəhətdən də sadə icma üzvlərindən fərqlənirdilər.

Müharibələr zamanı hərbi dəstələrə ayrı-ayrı adamlar başçılıq edirdi. Onlar da əsasən əyanların içindən seçilirdi. Tasitin məlumatına görə, alman “tayfalarında belə adət var ki, hamı könüllü olraq başçıya bir neçə baş mal-qara və ya torpaqdan alınan məhsul verir”.

Tasitin dövründə kral hakimiyyəti də meydana gəlməkdə idi. Tayfaya rəhbərlik edən kral eyni zamanda hərbi başçı idi. Xalq yığıncağı və ağsaqqallar şurası kral hakimiyyətini məhdudlaşdırırdı. Azad icma üzvlərinin seçdiyi kral əksər hallarda nəsli əyanlardan olurdu. Bəzən kral hakimiyyəti irsi keçirdi.

Tasitin dövründə alman tayfalarında hərbi drujinaların da rolu artmışdı. Artıq onlar daimi hərbi dəstələrə çevrilmişdilər. Bu isə həmin dəstələrin tabe olduqları hərbi başçıların, kralların nüfuzunu daha da artırır, hakimiyyətini qüvvətləndiridi. Fridrix Engels qədim almanlardakı (həmçinin başqa xalqlardakı) bu idarə formasını hərbi demokratiya alandırıdı.

Tasitin məlumatlarından aydın olduğu kimi, qədim almanlarda nəsli münasibətlər olduqca güclü idi. Bu həm ictimai-iqtisadi həyatda, həm də hərb zamanı özünü göstərirdi. Əgər birinə cərimə (vergeld) kəsilərdisə, onun qohumları həmin cərimənin ödənilməsində iştirak edirdi; müharibə zamanı hərbi dəstələr də qohumluq əsasında düzəldilirdi və.s. İctimai həyatda ata nəsli hökmranlıq edirdi. Lakin ana nəslinin nişanələri hələ də qalmaqda idi. Qədim almanlar qadına çox hörmət edirdilər.

Earmızın 1-ci əsrində almanlarda nəsli icma quruluşu öz inkişafının zirvəsində idi. Bununla belə, onun dağılmasının ilk əlamətləri görünürdü. Əmlak bərabərsizliyi və torpaq üzərində xüsusi mülkiyyətin rüşeymləri yaranırdı. Nəsli icmaları əkinçilik icmaları əvəz etmişdi. Əyanlıq və kral hakimiyyəti irsi keçməyə başlamışdı.


Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin