Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı


M-4 Sistem haqqında anlayış, sistemli yanaşma



Yüklə 277,58 Kb.
səhifə19/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   15   16   17   18   19   20   21   22   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

M-4

Sistem haqqında anlayış, sistemli yanaşma

Elm və praktikada sistem anlayışından və ya sistemli yanaşmadan geniş istifadə edilir. “Sistem” sözünün yu­nan­cadan tərcüməsi ayrı-ayrı hissələrdən tərtib olunmuş “bir­ləşmə” deməkdir.



Sistemli yanaşma tədqiqat məqsədlərinin, funksiyalarının, metodlarının tam vəhdət halında qarşılıqlı əlaqələndirilməsini nəzərdə tutur. Sistemli yanaşmada əsasən baxılan sistemlərdə baş verən və davam edən proseslərin kəmiyyət və keyfiyyət qanunauyğunluqları öyrənilir.

Sistemli analizin vəzifələrinə aiddir: dekompozisiya; analiz; sintez.

Sistemli yanaşmaya böyük maraq nis­bətən sadə obyektlərdən daha mürəkkəb obyektlərin analiz edilməsinə və idarəetmə sistemlərinin layihələn­dirilməsi və yaradılmasına keçilməsi ilə əlaqədardır.

Sistem anlayışına münasibət müxtəlifdir: Bəzi müəl­liflər sistemi elə elementlər toplusundan təşkil olunmuş hesab edir ki, həmin elementlərdən hər hansı birinin top­ludan çıxarılması, dəyişdirilməsi və ya əlavə edilməsi digər ele­mentlərə qanunauyğun şəkildə təsir göstərir. Digərləri sis­temi dəyişənlər toplusundan ibarət olan və eksperi­men­tator tərəfindən real maşının dəyişənlərindən seçilən kimi qəbul edirlər. Üçüncü qrup tədqiqatçılar isə, sistemi qarşılıqlı təsirdə olan elementlər kompleksi kimi qəbul edirlər.

Ədəbiyyatda bəzən hər hansı bir hadisə, predmet və ya proses sistem kimi qəbul edilir. Məsələn, günəş sisteminin, fauna və floranın, ictimai təfəkkürün, metodlar sisteminin, ürək-damar və əsəb sistemlərinin, sənaye müəs­sisələrinin, elmi kollektivin, avtoservisin və s. sistem kimi qəbul edilməsi halları da mövcuddur. Yəni sistem anlayışının ümumi qəbul olunmuş vahid tərifi yoxdur. Həyatda hər şey sistemlidir. Təbiət və cəmiyyətdə müxtəlif sistem formaları mövcuddur. Təhlil obyekti, maşın, canlı təbiət, cəmiyyət və ya onun bir hissəsi, konkret idarəetmə sistemləri öz-özlüyündə, hər birisi, bütöv sistem təşkil edir.

Sistem dedikdə elementləri bir-biri ilə qanunauyğun şəkildə (funksional) əlaqə olan və müəyyən funksiyanı icra edən, eyni cinsli elementlərin mütəşəkkil çoxluğu başa düşülür. Yəni sistem tamlıq təşkil edən elementlərin qarşılıqlı əlaqəsi və təsirindən ibarətdir.

Sistem anlayışı bəzən xaotik prosesin əksi kimi qəbul edilir. Sistemin tədqiqi və metodoloji prinsipləri ilə məşğul olan elmə sistemologiya deyilir. Sistem analizi dedikdə isə mürəkkəb obyektləri sistem şəklində təsəvvür etməklə on­ların tədqiq edilmə metodları nəzərdə tutulur.

Müxtəlif formalı sistemlər şərti olaraq üç növə bölünür:


Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin