Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə17/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Texniki elmlərdə - model metodu qədim tarixə malik olsa da, müasir dövrdə daha geniş tətbiq olunmaq­dadır. Tədqiqat prosesində mürəkkəb və çətin obyektləri, mürəkkəb prosesləri məhz model əsasında öyrənmək mümkündür.

Təcrübənin, sınağın obyekt üzərində deyil, onun müəyyən surətdə tərtib olunmuş əvəzedicisi üzərində apa­rılması modelləşdirmədir.

Modelləşdirmə irimiqyaslı tədqiqatların təşkili pro­sesində reallaşdırılır. Modelləşdirmə metodundan tədris planının, təlim və ya istehsalat əməyinin, tərbiyə proqra­mının təşkilində istifadə olunur.

Texniki proses mürəkkəb obyektdir və onun mode­lini yaratmaq tədqiqatçının ən mühüm problemlərindən biridir. Müasir dövrdə yaradılan texniki modellərin əksəriyyəti real hadisələrə aiddir.



Monoqrafiya - (yun. monos - tək və grapho - yazı) Bu və ya digər problem və ya mövzu üzrə aparılmış tədqi­qatın yekunlarını özündə əks etdirən geniş elmi əsərdir. Elmi konfransın materiallarını və ya müəssisənin elmi- tədqiqat işlərini özündə cəmləşdirən böyük elmi topludur. Monoqrafiya adını almış belə əsərlərdən tədqiqatçı dəyərli mənbə kimi istifadə edə bilər.

Bununla bərabər tədqiqatçı-magistr özünün dissertasiyasını da İxtisaslaşdırılmış Elmi Şuranın məsləhəti ilə monoqrafiya şəklində çap edə bilər.



Mövzu - (ər. rus. тема, yun thema - tədqiqat, müha­kimə, izahat predmeti) - Mövzu - tədqiqat probleminin qısa, konkret, lakonik ifadəsidir.

Menecer - (ing. maneger, manege - idarə etmək) menecment sahəsinin magistri hesab olunan - Magistr- menecer, İnzibati işlər üzrə magistr anlayışları da vardır. Texniki menecer – proseslərin idarə olunmasını tə­min edən və onun effektivliyini artırmağa yönəldən rəhbər başa düşülür.

Təlim - Müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlər qazanmağa yönəldilmiş pedaqoji prosesdir. Təlim iki tərəfli pedaqoji prosesdir: öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətdir. Öyrədən şəxs təlim zamanı üç istiqamətdə fəaliyyət göstərir:

  1. Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil edir;

  2. Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəxs­lərdə şüurun, psixikanın inkişafına diqqət yetirir;

  3. Zəruri olan mənəvi, psixoloji keyfiyyətlərin aşı­lanması qayğısına qalır.

Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir.


Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin