Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi


İstehsal posesinin xüsusiyyətlərindən asılı olaraq müəssisədə məhsulun maya dəyəri 3 formada – proses üzrə, sifariş üzrə və qarşıq formalarda uçota alınır



Yüklə 334 Kb.
səhifə12/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1654331720

İstehsal posesinin xüsusiyyətlərindən asılı olaraq müəssisədə məhsulun maya dəyəri 3 formada – proses üzrə, sifariş üzrə və qarşıq formalarda uçota alınır.
Məhsulun maya dəyərinin proses üzrə uçota alınması, bir qayda olaraq, eyni növ (həmcins) məhsulların kütləvi istehsalında tətbiq edi­­­lir. Məhsulun maya dəyərinin hesablanmasında bu metod tətbiq edil­­dikdə hesablama aşağı­dakı mərhələlərə uyğun olaraq həyata keçirilir:
– natural ölçü vahidləri ilə məhsul buraxışının (istehsalının) həc­mi­nin müəy­yən edilməsi;
– şərti ölçü vahidi ilə məhsul buraxışının (istehsalının) həcminin müəyyən edilməsi;
– bütün məhsul istehsalına çəkilən xərclərin hesablanması;
– şərti məhsul vahidinin maya dəyərinin müəyyən edilməsi;
– xərclərin, ilin sonuna, hazır məhsul, yarımfabrikat və bitməmiş istehsal üzrə bölüşdürülməsi.
Maya dəyərinin uçotunun sifariş metodu xərclərin konkret məh­sul isteh­salı, xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi ilə əla­qə­sinin müəyyən edil­məsi mümkün olan firmalarda, yəni fərdi və kiçik seriyalı istehsallarda tətbiq edilir. Bu metodun tətbiqi za­manı əsas uçot reystri kimi sifarişlərə çəkilən birbaşa xərclərin, yəni şərti-də­yişən xərclərin əks etdirildiyi sifarişlərin uçotu kartoçksıdır (kar­tıdır). Dolayı xərclərin, yəni şərti-sabit xərclərin ümumi məbləği isə si­farişlər üzrə seçilmiş hər hansı bir baza əlamətinə uyğun olaraq bölüşdürülür.
Əksər istehsal firmalarında maya dəyərinin uçotunun həm proses və həm də sifariş üzrə xüsusiyyətlərini özün­də birləşdirən qarışıq me­tod­dan istifadə edilir. Bu halda bəzi xərc maddələri (məsələn, əmək haqqı, fir­madaxili xərclər) texnoloji əməliyyatlar üzrə hesab­lanılır və həmin əmə­liyyatları keçmiş məhsullar arasında onların kə­miyyət nisbətinə uğun ola­raq bölüşdürülür. Bəzi xərclər isə (məsələn, xammal və mate­rial xərcləri) sifariş metodunda olduğu kimi konkret məhsul növünə aid edilir.
Maya dəyərinin uçotunun qeyd edilən metodları ilə yanaşı emal­edici səna­ye sahələrinin kütəlvi və seriyalı istehsal firma və müəs­sisələrində uço­­tun normativ metodundan istifadə edilir. Maya də­yərinin uço­tu­nun bu metodunun mahiyyəti on­dan ibarətdir ki, məhsul istehsalına çə­kiləcək bəzi xərcləri normativ kalkuli­ya­siyada nə­zərdə tutulan cari nor­ma­larla hesablayırlar; faktiki xərclərin cari nor­­malar əsasında hesab­lan­mış xərclərdən kənarlaşmaların operativ uçotu on­ların yaranma yeri və səbəbləri göstərilməklə ayırıca apa­rılır; təşkilatı-texniki tədbir­lə­rin hə­ya­ta keçirilməsi nəticəsində cari xərc normalarında edilən dəy­şikləri nə­zə­rə alır və bu dəyişikliklərin məhsulun maya dəyərinə təsirini müəy­yən edir­lər. Məhsulun faktiki maya dəyəri cari normalarla hesablanmış xərc­lərin, normadan kənarlaşmaların və cari normaya edilmiş dəyişik­li­yin kəmiyyətinin cəbri cəmi kimi müəyyən edilir.

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin