Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi


Nəhayət, bir daha qeyd etmək lazımdır ki, istehsalın səmə­rəli­liyinin, xüsu­sən də məhsulun maya dəyərinin azaldılması hesa­bı­na artırılması ehtiyatları tükən­məzdir



Yüklə 334 Kb.
səhifə15/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1654331720

Nəhayət, bir daha qeyd etmək lazımdır ki, istehsalın səmə­rəli­liyinin, xüsu­sən də məhsulun maya dəyərinin azaldılması hesa­bı­na artırılması ehtiyatları tükən­məzdir. Çünki elmi-texniki yenilik­lərin istehsalda tətbiqi bütün norma­la­ra yenidən baxılmasına və yeni nor­ma­la­rın hazırlanmasına səbəb olur. Əvvəlki, köhnə normalarla mü­qayi­sə­də yeni hazırlanmış və qəbul edilmiş normalar istehsalda for­malaşmış qənaət ehtiyatlarını reallaşdır­ma­ğa və son nəticədə az xərclərlə daha yüksək istehsal-maliyyə nəticə­lə­ri­nə nail olmağa imkan verir.
Artıq qeyd olunduğu kimi, məhsulun maya dəyərinin aşağı salın­ması amilləri dedikdə, bir qayda olaraq, onun aşağı salınmasını təmin edən texniki-təşkilatı tədbirlər nəzər­də tutulur. Bu amillərə aşağı­dakkılar aiddir:
1. İstehsal edilən məhsulların miqdarının və strukturunun dəyiş­di­ril­məsi;
2. İstehsalın texniki səviyyəsinin yüksəldilməsi;
3. İstehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi.
İstehsalın həcmi artdıqda məhsul vahidinə düşən şərti-sabit xərc­lə­rin, o cümlədən amortizasiya ayırmalarının həcmi mütləq, bəzi hal­lar­da isə məhsulun artmasına düz mütanasib artmayan şərti-sabit xərc­lərin səviyyəsi aşağı düşür. Digər tərəfdən, firmada istehsalın miq­yasının genişlənməsi aşağıdakı amillər hesabına da qənaət əldə etməyə imkan verir:
– müəssisənin ölçüləri artdıqca istehsal fəaliyyətinin və onun idarə edil­mə­sinin ixtisaslaş­masının üstünlüklərindən istifadə imkanları artır;
daha iri müəssisələrdə yeni, daha məhsuldar texnikanın tətbiqi imkanları genişlənir;
– iri müəssisələrdə istehsalın diversifikasiyası imkanları, müəs­si­sə­nin pro­filinə uyğun gələn və uyğun gəlməyən istehsalatlar təşkil et­mək imkanı yaranır;
Firmada istehsalın quruluşunun dəyişməsi dedikdə ümumi isteh­sa­lın tərkibində ayrı-ayrı biznes növlərinin, məhsul növlərinin pa­yı­nın dəyişməsi nəzərdə tutulur. Bu dəyişikliklər mövcud məhsul mo­del­lərinin modifikasiyası və təkmilləşdirilməsi, yeni məhsulların ha­zır­lanması, istehlakçıların tələblərinə cavab verməyən məhsul növ­lə­ri­nin istehsaldan çıxarılması,müxtəlif növ məh­sul­ların istehsa­lının ar­tı­rılması templərinin və rentabel səviyyəsinin müx­tə­lif olması və s. ilə əlaqədar ola bilər. Qeyd edilən amillər hesabına xərclərin səviy­yə­sinin aşağı salınmasına və bütünlükdə istehsal fəaliyyətinin rentabel­li­li­yinin yüksəldilməsinə nail olmaq mümkündür.
Firmada məhsulun keyfiyyətinin yüksəldilməsi, bir qayda olaraq, müəy­yən miqdar əlavə xərclərlə əlaqədardır, başqa sözlə, keyfiyyətin yüksəl­dil­məsi əlavə məsrəflər tələb edir. Məhsulun keyfiyyətinin yük­səldilməsinə sərf edilən xərclərin iqtisadi səmərəsinin hesab­lan­ma­sı həm zəruri və həm də mümkündür. Azad və mükəmməl rəqa­bə­tin mövcud olduğu bazarda məhsulun keyfiyyətinin yük­səl­dilməsi xü­susi əhəmiyyət kəsb edir.
Müasir şəraitdə istənilən təsərrüfat sisteminin inkişafı elmi-texniki tərəqqi­nin nəaliyyətlərinə əsaslanır. Müəssisə və firmalarda istehsalın səmərəliliyinin yüksəldil­mə­si və maya dəyərinin aşağı salınması, əsa­sən, yeni texnika və texnologiyanın tət­biqi, istehsal pro­seslərinin me­xa­nikləşdirilməsi və avtomatlaşdırılması, tət­biq edilən mövcud texnika və texnologiyanın təkmilləşdirilməsi, daha səmərəli xammal və mate­riallardan istifadə edilməsi və onlardan istifadə səviyyəsinin yüksəl­dil­mə­si, istehsal edilən məhsulların konstruksiyasının və texniki xarakte­ristikalarının yaxşılaşdırılması hesabına mümkündür.
İstehsalın və əməyin təşkilinin yaxşılaşdırılması istehsalın idarə edil­məsi­nin təkmilləşdirilməsini, istehsalın ixtisaslaşmasının dərinləş­mə­sini, firmanın maddi-texniki təminatının və materiallardan istifadə­nin yax­şılaşdırılmasını, nəqliyyat-tədarükat xərclərinin aşağı salınma­sı­nı və is­teh­salın təşkili səviyyə­si­nin yüksəldilməsinin digər amillərini əhatə edir.



Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin