Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi


İstehsal edilmiş əmtəəlik məhsul göstəricisi firma və ya müəs­si­sənin



Yüklə 334 Kb.
səhifə13/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1654331720

İstehsal edilmiş əmtəəlik məhsul göstəricisi firma və ya müəs­si­sənin fəaliyyətinin nəticəsini əks etdirdiyindən bu məhsulun maya də­yəri və onun aşağı salınması istehsal xərclə­ri­nin idarə edilməsi sa­hə­sin­də onların fəaliyyətinin səmərəliliyini səciyyələn­dirən əsas göstəricidir.
1 manatlıq əmtəəlik məhsula düşən xərclər göstəricisi məh­su­lun maya dəyərinin ümumiləşdirici göstəricisi olmaqla mənfəətlə ma­ya dəyər arasındakı asılılığı əks etdirir və məhsulun maya dəyə­ri­nin də­yişməsinin mənfəətin həcminin və səviyyəsinin dəyişməsinə tə­sirini müəyyən etməyə imkan verir. Bu göstəricini xərclərin uçotu qay­da­sın­dan asılı olaraq:
a) xərclər kalkuliyasiya vasitəsi ilə apa­rıldıqda əm­təə­lik məhsulun maya dəyərinin onun topdansatış qiy­mətinə nis­bə­ti kimi
və ya b) xərclər iqtisadi elementlər üzrə apa­rıldıqda əm­təəlik məhsulun istehsalına çəkilmiş xərclərin (maya də­yərinin) ümu­mi məbləğinin əmtəəlik məhsulun ümumi məb­ləğinə nisbəti kimi müəyyən edirlər.
1 manatlıq əmtəəlik məh­sula düşən xərlərin sə­viyyəsi aşağıdakı amillərin təsiri nəticəsində dəyişə bilər:
– istehsalın məhsul strukturunun dəyişməsi, yəni istehsalın ümu­mi həcmin­də müxtəlif növ məhsulların xüsusi çəkisilərinin dəyişməsi;
– ayrı-ayrı məmulatların istehsalına çəkilən xərclərin səviyyəsinin dəyişmə­si;
– istehslak edilən material resurslarının və göstərilən xidmətlərin qiy­mə­tləri­nin və tariflərinin dəyişməsi;
– əmtəəlik məhsulun satış qiymətinin dəyişməsi.
Cədvəl 1
Müəssisədə 1 manatlıq əmtəəlik məhsula düşən xərclər və onun hesablanması qaydası



Göstəricilər

Göstəricinin hesab­­lanması qaydası

1



Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin