Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi



Yüklə 334 Kb.
səhifə4/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1654331720

Məhsulun maya dəyəri - məhsul istehsalı prosesində istehlak edilmiş isteh­sal vasitələrinin və sərf edilmiş canlı əmək məsrəf­lərinin dəyəri kimi - məhsulun dəyərinin bir hissəsidir.
İqtisadi nəzəriyyə klassiklərinə görə: - məhsul istehsalına sərf edilən isctimai əmək məsrəfləri (canlı və maddiləşmiş əmək məsrəfləri) həmin məh­sulun dəyərini təşkil edir.
Məhsulun dəyəri iki hissədən:
a) istehsal fondlarının – əsas (tətbiq edilən deyil, istehlak olunmuş) və dövriyyə fondlarının dəyərlərindən;
b) yeni yaradılmış dəyərdən ibarətdir.
Məhsulun maya dəyəri, daha doğrusu, istehsal xərclərinin birinci iki elementi – istehlak olunan istehsal vasitələrinin və əmək haqqı formasında işçi qüvvəsinin dəyərlərini özündə birləşdirir.
Məhsulun maya dəyəri təkrar istehsalı bütün iqtisadiyyat miqya­sın­da deyil, ayrılıqda götürülmüş konkret müəssisə səviyyəsində xa­rak­terizə edir və o, məhsulun istehsalçıya neçəyə, hansı xərclər hesabına başa gəldiyini ifadə edir.
Artıq qeyd olunduğu kimi, məhsulun maya dəyərinin isqtisadi əsa­sını ayrılıqda götürülümüş konkret müəssisənin istehsal xərcləri – məcmu ictimai məhsulun əlahiddələşmiş hissəsi təşkil edir.
İqtisadi təyiatına görə istehsal xərcləridə (məhsulun dəyəri kimi) iki hissə­dən:
a) istehlak edilmiş əmək vasitələrinin və əmək pred­met­lə­rinin dəyərindən
b) əməyin ödənilməsi ilə əlaqədar olan xərc­lərdən ibarətdir.
İstehsal xərclərinin qeyd edilən hər iki hissəsi sadə təkrar istehsala çəkilən xərcləri ödəməklə geniş təkrar istehsalı təmin edir.
Bazar münasibətləri şəraitində məhsulun qiyməti bazarda tələblə tək­lif arasında nisbət və müəssisədən asılı olmayan digər amillər (mə­sələn, istehlak­çının məhsulun faydalılığını qavramasından, məh­su­­lun imici və ticarət mar­kasından, məhsulun onun problemini həll et­­məsi səviyyəsindən və s.) əsasında formalaşdığından məhsulun ma­ya dəyərinin qiymətə təsir dərəcəsi məh­dud­dur. Başqa sözlə, fir­ma məhsulunun maya dəyəri yüksək olduğu halda ona bazarda for­ma­laş­mış qiymətdən yüksək qiy­mət müəyyən edə bilmir, bu halda həmin məh­sulun istehsalı müəssisəyə ziyanla başa gəldiyindən o, ya məh­su­lun maya dəyərini aşağı salmaqla onu bazarda formalaşmış qiymətə uyğunlaşdırmaq və ya da həmin məhsulu istehsaldan çıxar­maq məc­bu­riyyətndə qalır. Deməli, məhsulun maya dəyəri qiymətə, o isə, öz növ­bəsində, satışından əldə edilən mənfəətin həcm və səviyyəsinə təsir göstərir.
Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, bazar münasi­bət­lə­ri şəraitində məhsulun qiyməti tələb və təklif arasındakı nisbət əsa­sında formalaşsa da maya dəyəri qiymətin səviyyəsini müəy­yən edən əsas amil kimi çıxış edir. Çünki məhsulun qiyməti onun maya dəyərini, yəni ona çəkilən xərcləri ödəməklə yanaşı firmaya nəzərdə tutduğu mənfəəti əldə etməyə imkan verməlidir. Deməli, məhsu­lun maya dəyəri onun qiymətini və mənfəətin məbləğini müəy­yən edən əsas amil­lər­dən biridir.
Məhsulun qiymətinin aşağı həddi kimi onun maya dəyəri götü­rülür, yəni məh­sulun qiyməti onun maya dəyərinə bərabər müəyyən edilir. Bu halda müəs­sisə ziyanla işləməsə də mənfəət də əldə etmir. Lakin müəssisə rəqiblərin bazar stra­te­giyasını və özünün məqsədlə­ri­ni nəzərə alaraq məhsuluna maya dəyə­rindən aşağı qiymət qoya bi­lər. Məsələn, firma rəqiblərin «hücumun­dan» müdafiə olunmaq, ya­xud rəqibləri sıxışdırıb bazardan çıxarmaq məqsədi ilə öz məh­su­luna maya dəyərindən aşağı qiymət qoya bilər. Firmanın məhsulu, obrazlı desək, «ömrünün qürub cağında» olanda, bir qayda kimi, həmin məhsu­la maya dəyərindən aşağı qiymət müəyyən etməli olur.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, məhsulun qiyməti ilə onun maya dəyəri arasında sıx kəmiyyət asılılığı vardır. Məhsulun maya dəyəri məhsulun qiymətinin formalaşmasında baza rolunu oynayır. Eyni zamanda məhsulun qiyməti də – istehlak edilən məhsulların qiyməti - maya dəyərinin səviyyəsinə və mənfəətin həcminə təsir edir. Belə ki, qiymətin stabilliyi şəraitində məhsulun maya dəyəri nə qədər aşağı olarsa, məhsulun satışından əldə edilən mənfəətin məbləği də bir o qədər çox olur və ya əksinə, məhsulun ma­ya dəyəri nə qədər yüksək olarsa, onda mənfəətin məbləği bir o qədər az olur.
Məhsulun qiyməti onun dəyərinin pulla ifadəsidir. O, məhsulun is­teh­salı və satışı şəraiti nəzərə alınmaqla məhsulun hazırlanmasına sərf olunan məs­rəflər əsasında müəyyən edilir. Ümumiyyətlə, bü­tün­lükdə iqtisadiyyat miqyasında qiymətin səviyyəsi istehsal xərclərinin həc­minə uyğun gəlir.
İstehsalçı firma öz məhsulunu istehlakçıya, alıcıya, bəzi hallar, mə­sələn, möhtəkirlik halı istisna olmaqla, onu bazar qiymə­tindən yüksək qiymətə sata bilməz. Mükəmməl rəqabət mühüiti şəraitində bö­yük həcmdə mən­fəət əldə etmək məqsədi ilə qiymətin səviyyə­si­nin artırılması siyasəti düzgün deyildir. Çünki bu halda digər rə­qib­lər mü­­vəqqəti olaraq məhsullarının qiymətini aşağı sala bilər və müəs­­sisəni sıxışdırıb bazardan çıxara bilər. Yüksək məbləğdə mən­fəət əl­də etməyin ən etibarlı yolu xərclərdə liderlik strategiya­sı­nın, yəni məh­sulun maya dəyərinin aşağı salınması strategiyasının hə­ya­ta keçi­ril­mə­si, istehlakçıların tələbatına daha çox uyğun gələn, ona da­ha çox fayda vəd edən məhsul istehsal etməklə satışın həc­minin artırılmasıdır.
Məhsulun maya dəyərinin aşağı salınması müəssisənin çox vacib vəzifələ­rin­dən biridir. Belə ki, bir tərəfdən, resursların məhdudluğu, di­gər tərəfdən, məhsul istehsalının ictimai tələbata uyğun istehsal edil­məsi zəruriliyi və sahib­kar­ların daha çox mənfəət əldə etmək is­təkləri kimi problemlərin maya dəyəri­nin aşağı salınmasından, maya də­yərini təşkil edən məsrəflərə qənaət edilmə­sin­dən asıldır.
Maya dəyərinin uçotu və planlaşdırılması, həmçinin onun dinami­ka­sının təhlili və ona nəzarət işində maya dəyərinin stukturu­nun öy­rənilməsi iqtisadi təhlilin mühüm vəziflərindən biridir. Çünki maya dəyərinin hərtərəfli və dərindən təhlilinin onun aşağı salınmasının istehsaldaxili ehtiyatlarını aşkar etməyə və həmin ehtiyatların real­laşdırılması üçün tədbirlər hazırlamağa imkan verir.
Sual 2.
İstehsal xərclərinin təsnifləşdirilməsi
İstehsal prosesində yüzlərlə adda müxtəlif xammal və materiallar, dəstləşdirici məmulatlar istifadə edilir, avadanlıq və maşınlar tətbiq olunur, çox­say­lı texnoloji əməliyyatlar yerinə yetirilir. Bununla əla­qə­dar olaraq, faktiki istehsal xərclərini uçota almaq və maya də­yəri üzrə tərtib edilən planları əsas­lan­dırmaq üçün istehsal xərclərinin təs­ni­filəşdirilməsi (xərclərin müəyyən qrup­larda birləşirilməsi) zərurəti meydana çıxır.
Qeyd etmək lazımdır ki, müəssisə səviyyəsidə istehsal xərcləri, hər şeydən əvvəl, aşağıdakı 3 əsas növə bölünür:

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin