İstehsal tsikli və onun tərkibi
İstehsal tsikli – xammal və materialların istehsal prosesinin ilk əməliyyatına daxil olduğu andan hazır məhsulun alınmasına qədər sərf olunan təqvim vaxtını əks etdirir. İstehsal tsiklinin əsasında müəssisənin istehsal – təsərrüfat fəaliyyətinin bir sıra vacib texniki – iqtisadi və iqtisadi göstəriciləri hesablanır. İstehsal tsiklinə məhsulun hazırlanması üzrə əməliyyatların yerinə yetirilməsi ilə bağlı və fasilələləri əhatə edən vaxtlar aiddir. Əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxta texnoloji əməliyyatların, köməkçi və xidmətedici işlərin, nəzarət və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan və təbii proseslərin tələb etdiyi vaxtlar daxildir.
Məhsulun emalı ilə əlaqədar olan əsas əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxt texnoloji tsikli əks etdirir və bu, əmək predmetinə insanın birbaşa və ya dolayı təsirinin həyata keçirildiyi müddəti özündə əks etdirir.
İstehsal tsiklinə nəqletmə və nəzarət işinə sərf olunan vaxtlar da daxildir. Müəssisədaxili nəqletmə vaxtını əmək predmetlərinin yerinin dəyişdirilməsinə və bununla əlaqədar olan yükləmə-boşaltma əməliyyatlarına sərf olunan vaxtları əhatə edir. Nəzarət işinə sərf olunan vaxt buraxılan məhsulların standartlara, texniki şərtlərə və fabrik-zavod normativlərinə uyğunluğunun yoxlanması ilə əlaqədardır.
İstehsal prosesindəki fasilələr Müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar və təşkilati-texniki səbəblərlə şərtlənən boşdayanmalar nəticəsində yaranır. Müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələrə qeyri- iş günləri və perspektivləri, perspektivlərarası və nahar fasilələri, işçilərin istirahəti ilə əlaqədar perspektivdaxili rəqlamentləşdirilmiş fasilələr və s. aiddirlər. Təşkilati-texniki səbəblərlə şərtlənən fasilələrə isə müxtəlif iş yerlərində iş ritmlərinin fərqli olması, xammal və materialların, enerjinin və s.-nin olmaması ilə əlaqədar boşdayanmalar daxil edilir. Qeyd etmək lazımdır ki, istehsal tsiklinə müxtəlif səbəbdən baş verən boşdayanmalar deyil, Müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələr aid olunur.
İstehsal tsiklinin uzunluğu göstəricisindən müəssisənin, sexin və istehsal sahəsinin istehsal proqramını müəyyən edərkən, bitməmiş istehsalın həcmini hesablayarkən, dövriyyə fondlarının kəmiyyəti planlaşdırılarkən istifadə olunur.
İstehsal tsiklinin uzunluğuna texnoloji, təşkilati və iqtisadi amillər təsir göstərir. Texnoloji proseslərin mürəkkəbliyi və əməyin texniki silahlanma səviyyəsi məhsulun emalı vaxtını müəyyən edir. Əmək predmetlərinin emal prosesində hərəkətinin təşkilati amilləri iş yerlərinin, əməyin özünün və əmək haqqının təşkili ilə əlaqədardır. Təşkilati şərtlər isə əsasən köməkçi əməliyyatların, xidmətedici proseslərin yerinə yetirilməsi və istehsalın gedişatında yaranan fasilələrin müddətinə təsir göstərir. İqtisadi amillər istehsal proseslərinin mexanikləşdirmə və texniki cəhətdən silahlanması səviyyəsini, fəhlə üçün istehsal, məhsul vahidinə vaxt və habelə bitməmiş istehsal normalarının hesablanmasına imkan yaradır.
İstehsal prosesləri nə qədər sürətlə baş verirsə, yəni istehsal tsikli nə qədər qısadırsa, dövriyyə fondlarının dövretmə sürəti bir o qədər yüksək olur. Nəticədə, müəyyən həcmdə dövriyyə fondu təsərrüfat dövriyyəsindən azad olur ki, bu da Müəssisədə istehsalın genişləndirliməsi üçün istifadə edilə və eyni zamanda bitməmiş istehsalın həcmi azala bilər.
Qeyd etmək lazımdır ki, istehsal prosesinin səmərəli təşkili üçün bitməmiş istehsalın (zadəlin) həcminin hesablanması da çox vacibdir (zadəl – natural ifadədə emalı başa çatdırılmamış, bitirilməmiş «məhsuldur»). Yaranma xarakterinə və təyinatına görə normal, dövriyyə və sığorta zadəlləri biri- birindən fərqlənirlər.
Fərdi istehsalda ayrı-ayrı detallar üzrə zadəllər müəyyən olunmur, çünki onun yaradılması texniki-təşkilati baxımdan zəruri deyil. Lakin bununla yanaşı emal olunacaq materialın istehsala buraxılması qrafikinə və istehsal tsklinin uzunluğuna görə bitməmiş istehsalın ümumi həcmi müəyyən olunur.
Qeyd etmək lazımdır ki, müəssisənin istehsal gücü – onun plan dövründə maksimum məhsul buraxmaq qabliyyətini əks etdirən bu göstərici – istehsal tsiklinin uzunluğundan birbaşa asılıdır. Aydındır ki, istehsal tsiklinin uzunluğu nə qədər qısadırsa, müəyyən zaman kəsiyində daha çox məhsul istehsal etmək mümkün olur.
İstehsal tsiklinin uzunluğu azaldıqda istehsal gücünün artması hə- sabına məhsul buraxılışı həcmi artır, ona görə ki, məhsul vahidinin istehsalına sərf olunan köməkçi və xidmətedici işçilərin, mühəndis- texniki heyətin və fəhlələrin iş vaxtına qənaət edilir.
İstehsal tsiklinin azalması nəticəsində məhsul vahidinə düşən ümumzavod və ümumsex xərclərinin azalması hesabına onun (məhsulun) maya dəyəri də aşağı düşür.
Beləliklə, bütün bunlar göstərir ki, istehsal tsiklinin qısaldılması Müəssisədə istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas ehtiyyat mənbələrindən biridir. İstehsal tsiklinin azaldılmasının əsas istiqamətləri aşağıdakılardır: – texnologiyanın təkmilləşdirilməsi; – təbii proseslərin süni üsulların köməyi ilə sürətləndirilməsi; – nəqliyyat və nəzarət əməliyyatlarının texnoloji əməliyyatlarla səmərəli şəkildə əlaqələndirilməsi;
perspektivlərarası fasilələrin azaldılması məqsədilə müəssisənin iş rejiminin təkmilləşdirilməsi;
iş yerlərində əməyin elmi təşkilinin tətbiqi; – əməliyyatların əlaqələndirilməsinin səmərəli üsullarının tətbiqi və s. Beləliklə, Müəssisədə istehsal tsiklinin azaldılması istehsal-təsərrüfat fəaliyyətinin kəmiyyət və keyfiyyət tərəflərinə ciddi təsir göstərir, başqa sözlə, onun texniki-iqtisadi və iqtisadi göstəricilərini yaxşılaşdırır və nəticə etibarı ilə, istehsalın iqtisadi səmərəliliyinin artırılmasının əsas amillərindən biri kimi çıxış edir.
Dostları ilə paylaş: |