1) pula tələbin milli gəlirin dəyişməsinə reaksiya dərəcəsindən. Bu reaksiya nə qədər güclü olsa, yəni milli gəlirin artması nəticəsində L əyrisinin yerdəyişməsi nə qədər böyük olsa, faiz dərəcəsinin artımı bir o qədər çox, LM əyrisi bir o qədər qeyri-elastik olacaq. Əgər pula tələb milli gəlirin dəyişməsinə zəif reaksiya, verirsə, onda faiz dərəcəsi də az ar-tacaq və deməli, LM əyrisi daha elastik olacaq;
2) pula tələbin faiz dərəcəsinin dəyişməsinə reaksiyası dərəcəsindən. Bu reaksiya nə qədər güclü, yəni şəkil 10.4, a -dakı L əyrisi nə iqədər elastik olsa, müvazinətli faiz dərəcəsi bir o qədər az artar, LM əyrisi bir o qədər elastik olar. Əgər pula tələb faiz dərəcəsinin dəyışməsinə zəif reaksiya verirsə, yəni pula tələb əsasən möhtəkirlik deyil, transaksiya tələbidirsə, onda L əyrisi qeyri-elastik olacaq və deməli, yeni müvazi-nətli faiz dərəcəsi daha çox, LM əyrisi isə qeyri-elastik olacaq. LM əyrisi milli gəlirdə baş verən dəyişikliklərdən asılı olmayaraq pula teleb və pul təklifində dəyişikliklər nöqtəsində paralel sağa aşağı və ya sola yuxarı yerdəyişmə edə bilər. Bu zaman aşağıdakılar baş verir:
- pula tələbin müstəqil azalması LM əyrisinin paralel sola yerdəyişməsinə səbəb olur: hər bir faiz dərəcəsində işgüzar fəallığın azalması nəticəsində milli gəlir az olacaq. Və əksinə, pula muxtar tələbin artması LM əyrisinin paralel sağa yerdəyişməsinə səbəb olacaq;
pul təklifinin müstəqil artımı LM əyrisinin paralel sağa yerdəyişməsinə səbəb olur: hər bir faiz dərəcəsində pul transmissiyası mexanizminə səbəb milli gəlir daha çox olacaq. Və əksinə, muxtar pul təklifinin azalması LM əyrisinin paralel sola yerdəyişməsinə səbəb olacaq.
Beləliklə, LM əyrisi aşağıdakı tənlik şəklində verilə bilər:
r = 1 / h • (nY - M / p);.
Burada r - faiz dərəcəsi; Y - milli gəlir; M - nominal pul təklifi (konstanta); P - qiymətlərin cari səviyyəsi; M / P - real pul təklifi; h - pula real tələbin f aiz dərəcəsinin dəyişməsinə reaksiya səviyyəsini göstərən əmsal; n - pula real tələbin milli gəlirin dəyişməsinə reaksiya səviyyəsini göstərən əmsal.
Bu tənlikdən aydın görünür ki, pula tələbin milli gəlirin dəyişmələrinə həssaslığı (n) nə qədər böyük olsa və pula tələbin faiz dərəcəsinin dəyişmələrinə həssaslığı (h) nə qədər aşağı olsa, LM əyrisi bir o qədər dik olar, özü də pul təklifinin artması (M / P) LM əyrisinin yerini sağa dəyişdirir.
İndi isə əmtəə və pul bazarlarında eyni zamanda müvazinət nöqtəsini tapmaq üçün IS və LM əyrilərini birləşdirək. Əmtəə və pul bazarlarında eyni zamanda müvazinət IS və LM əyrilərinin kəsişmə nöqtəsində əldə olunur (şəkil 10.5).
Dostları ilə paylaş: |