Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi


Tədavül fond­larının mühüm tərkib hissəsi hazır məhsul qalı­ğı­­dır



Yüklə 315 Kb.
səhifə18/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   ...   11   12   13   14   15   16   17   18   19
UNEC 1654327859

Tədavül fond­larının mühüm tərkib hissəsi hazır məhsul qalı­ğı­­dır. Hazır məhsul ehtiyatının yara­dılması firmaya istehsal pla­nı­nın tərtibində və marketinq tədbirlərinin həyata keçiril­mə­sin­də sər­bəstlik verir. Firmada məhsul istehsalı ciddi şəkildə sa­tışa istiqa­mət­lən­mə­məlidir. Hazır məhsuldan böyük həcmdə eh­ti­yat­la­rın yaradılması istehlak tələbini səmərəli şəkildə ödəməyə im­kan verir. Əgər müəs­si­sədə müəyyən növ məhsuldan müvəqqəti olaraq ehtiyat yaradıl­ma­yıbsa, onda bu, həm indiki, həm də gə­ləcəkdəki satışları (sifarişləri) itirməklə nəticələnə bilər.
Hazır məhsul ehtiyatının yaradılması müəyyən xərclərlə əlaqə­dar­dır. Həmin xərclərə bu ehtiyatların saxlanması, nəql edilməsi xərc­ləri və habelə bu ehtiyatların yaradılmasına sərf olunmuş in­vestisiyaya hesablanan mənfəət daxildir.
Hazır məhsul ehtiyatlarının həcmi o həddə qədər artırıla bilər ki, əl­də olunan qənaət, əlavə ehtiyatın yaradılması ilə əlaqədar xərc­lər­dən çox olsun. Hazır məhsul ehtiyatının normativi (tədavül fond­ları­nın bu ünsürü normalaşdırılır) faktiki qənaətin həcmin­dən, əlavə ehti­yat­ların yaradılmasına çəkilən xərclərdən və bu eh­tiyatlar üzərində sə­mərəli nəzarətdən asılıdır. Aydındır ki, bu eh­tiyatların həcmi isteh­sal, marketinq və maliyyə xidmətləri ilə razı­laşdırılmalıdır.
Hazır məhsul ehtiyatlarının idarə olunması zamanı, ilk növ­bə­də, məh­sul növləri üzrə sifarişin səmərəli ölçüsü müəyyən olun­malıdır. Si­farişin səmərəli ölçüsünün müəyyən olunması nəinki hazır məhsul qalığının qorunub saxlanması ilə, həm də sifarişin ye­rinə yetirilməsi ilə əlaqədar xərclərin optimallaşdırılması ba­xımın­dan mühüm əhə­miy­yətə malikdir.
Praktikada hazır məhsula tələbi kifayət dərəcədə dəqiq müəy­yən etmək o qədər də asan məsələ deyildir. Adətən, hazır məhsula tələb müəy­yən müddət ərzində statik vəziyyətdə olmur, mütəhər­rik olur, tez-tez dəyişir. Tələbdən başqa, sifarişin alın­ma­sın­dan son­­ra hazır məh­­sulun istehsalı üçün zəruri olan vaxt da müəy­yən dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər müəssisədə hazır məh­sullardan, is­teh­­­sal ehtiyatı kimi, sığorta ehtiyatlarının da yaradıl­ma­sını tələb edir. Qeyd etmək lazımdır ki, bu ehtiyatların da – möv­­cud şəraitdən asılı olaraq – optimal həcmi müəyyən olun­ma­lıdır. Hazır məhsuldan sığorta ehti­ya­tı­nın optimal həcminin müəy­­­­yən olunması, məhsulun çatış­ma­yan həcmi ilə bunu do­ğu­ran səbəbin neytrallaşdırıl­masına ki­fayət edən sığorta ehti­ya­tının ya­radılması ilə əlaqədar xərclər ara­sın­da tarazlığın tapılması ilə bağ­lıdır.
Beləliklə, müəssisədə hazır məhsul ehtiyatının yaradılması müəy­­yən xərclərlə bağlıdır. Elə buna görə də, hazır məhsul ehtiya­tının ya­ra­dılmaması müəyyən risklərlə əlaqədardır və ciddi itkilə­rə səbəb ola bilər. Bu baxımdan, qeyd edilən itkilərin aradan qal­dı­rılması üçün hazır məhsulun hər bir növündən optimal ehtiyat yaradılmalıdır.
Firmada hazır məhsuldan ehtiyatın optimal həcmdən çox ya­ra­dıl­masına da yol ver­mək olmaz, çünki bu, dövriyyə vəsait­lərin­dən istifadənin səmərəlilik səviyyəsinə mənfi istiqamətdə təsir gös­tərə bilər.
Firmanın istehsal etdiyi hazır məhsul dövriyyə vəsaitlərinin isteh­sal sferasından tədavül sferasına keçdiyini xarakterizə edir. Bu, artıq qeyd olunduğu kimi, tədavül fondlarının yeganə nor­ma­laşdı­rı­lan ün­sü­rüdür. Hazır məhsula dövriyyə vəsaitlərinin nor­ma­tivi (Nh.m) aşa­ğı­da­kı düsturla müəyyən olunur:

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin