əşyaviliyi, strukturluğu sabitliyi mənalılığı, tamlığı ayrı-ayrılıqda öyrənilməlidir. Psixoloq
uşaqların qavrayışının qeyd olunan xüsusiyyətlərini öyrənmək məqsədilə müxtəlif testlərdən və
digər analoji metodlardan istifadə edə bilər. Uşaqlarda qavrayışın diaqnostikası prosesində
əşyaların düzgün obrazının yaradılmasını təmin edən perseptiv əməliyyatların formalaşdırılması
və inkişafına xüsusi diqqət yetirilməlidir.
İdrak proseslərindən biri kimi diqqətin xüsusiyyətlərinin öyrənilməsində hər şeydən əvvəl
onun ixtiyari, qeyri-ixtiyari, ixtiyarından sonrakı kimi növlərinin və diqqətin əsas göstəriciləri
olan həcmi, davamlılığı, keçirilməsi, paylanması, konsentrasiyası, dövri tərəddüdü və s. kimi əsas
xassələrinin diaqnostikasına xüsusi əhəmiyyət vermək lazımdır.
Uşaq təxəyyülünün diaqnostikasının keçirilməsində psixoloq çoxcəhətli metodlardan, o
cümlədən uşaq rəsmlərinin, uşaq fantaziyası və təsəvvürü məhsullarının məzmunca təhlili
metodlarından istifadə edə bilər. Uşaqların çəkdikləri rəsmlər onların dünyanı necə dərk
etməsinin bədii inikasıdır. Bəzən uşaqlarda rəsmetmə və bədii-təsviri bacarıqlar zəif
formalaşdığından əl işləri onların təxəyyül obrazlarına adekvat olmur. Uşaqların çoxu özlərinin
yaratdıqları təxəyyül surətlərini rəsm işlərində tam dolğunluğu ilə nümayiş etdirə bilmirlər.
Onların nitqinin obrazlılığı təxəyyülün zənginliliyini müəyyən etməyin əsas göstəricilərindən
biridir. Ona görə də, psixoloq uşaq təxəyyülünün xüsusiyyətlərini müayinə edərkən ilk növbədə
onların fantaziya məhsullarının təhlilinə xüsusi diqqət yetirməlidir.
Uşaqların təfəkkür xüsusiyyətlərinin psixoloji cəhətdən öyrənilməsi məqsədilə müasir
psixodiaqnostika təcrübəsində çoxsaylı metodika və metodlardan istifadə olunur. Bunların
sırasında intelekt testləri və məhfumların formalaşması prosesini öyrənməyə yönəldilmiş xüsusi
Dostları ilə paylaş: |