Mövzu Psixodiaqnostikanın predmeti, məqsədi və vəzifələri Plan



Yüklə 222,13 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix26.02.2022
ölçüsü222,13 Kb.
#114697
1   ...   6   7   8   9   10   11   12   13   14
Mövzu1. Psixodiaqnostikanın predmeti, məqsədi və vəzifələri

metodikalar geniş yayılmışdır. Psixoloq bu məqsədlə uşağa əyani-əməli, əyani –obrazlı və sözlü 

məntiqi formada təklif olunan çoxcəhətli məntiqi çalışma və tapşırıqlardan istifadə edə bilər. Bu 

metodikalar  vasitəsilə  uşağın  təfəkkürünün  psixodiaqnostikasını  keçirən  psixoloq  müayinəni 

kompleks şəkildə, yəni bir sıra metodların tətbiqinə əsaslanmaqla aparmalıdır. Bu halda konkret 

bir  metodun  tətbiqi  vasitəsilə  əldə  olunan  nəticələr  tam  etibarlılığı  təmin  edə  bilməz.  Əgər 

psixoloq  uşaqda  sözlü-məntiqi  təfəkkürün  inkişaf  səviyyəsini  tədqiq  edirsə,  o,  eyni  zamanda 

əyani-obrazlı  təfəkkürün  inkişaf  səviyyəsini  də  müəyyənləşdirməlidir.  Yalnız  təfəkkürün 

müxtəlif növlərini xarakterizə edən bu göstəricilərin məcmuyu uşağın ümumi intellektual inkişaf 

səviyyəsi haqqında mühakimə yürütməyə, konkret rəy söyləməyə əsas verə bilər. Uşaqlara təklif 

olunan fikri məsələlər onların yaş xüsusiyyətlərinə uyğun olmaqla yanaşı, onlar üçün cəlbedici 




və  maraqlı  olmalıdır.  Uşaqlarda  nitqin  psixodiaqnostikasında  nitq  inkişafı  ilə  bağlı  bir  sıra 

məsələlər –fonetika, qrammatika, lüğət ehtiyatı, semantika və s. kimi məsələlərə xüsusi diqqət 

yetirilməlidir.  Psixoloq  nitqin  tədqiqində  onun  əsas  ünsiyyət  və  ümumiləşdirmə  (təfəkkür) 

vasitəsi  olmasına,  psixi  proses  və  vəziyyətlərin  iradi cəhətdən  tənzim  və  idarəolunma  vasitəsi 

kimi  baxmalıdır.  Müxtəlif  metodikalar  vasitəsilə  


Yüklə 222,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin