sahibkarlıq fəaliyyətinin inkişafı üçün zəruri şərtdir. Eyni zamanda özəlləşdirmə
sənaye müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılmasının ən mühüm
elementidir.
Sənayenin restrukturizasiyası və sağlamlaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərdən biri müəssisələrin idarəetməyə verilməsidir.
Müəssisələrin müvəqqəti idarəetməyə verilməsi üç formada həyata keçirilir.
Birincisi, açıq müsabiqə keçirilməsi yolu ilə. Bu müsabiqəyə bütün iddiaçılar buraxılır.
İkincisi, qapalı müsabiqə keçirilməsi yolu ilə. Burada mülkiyyətçi adından çıxış edən
orqanın müəyyən etdiyi məhdud sayda müştərilər iştirak edirlər. Üçüncüsü, müsabiqə
elan etmədən konkret iddiaçının təklifinin qəbul olunması və müəssisənin idarə
olunmasına dair onunla müqavilə bağlanması yoludur. İddiaçı tək olan zaman bu
formadan istifadə olunur.
Sənayenin
restrukturizasiyasının
əsas
istiqamətlərindən biri müəssisələrin texnoloji cəhətdən yenidən qurulmasıdır Sosial
yönümlü tənzimlənən bazar iqtisadiyyatının strateji məqsədi investisiya yolu ilə bütün
istehsal sahələrini, xüsusilə sənayeni intensiv inkişaf etdirmək, bazar konyukturuna
uyğun rəqabət qabiliyyətli məhsul istehsalını genişləndirmək, idxal-ixrac
əməliyyatlarının səmərəliliyini artırmaq və əhalinin həyat səviyyəsini
yaxşılaşdırmaqdan ibarətdir.
Sənayenin restrukturizasiyası istiqamətində həyata keçirilən tədbirlərdən biri də
özəlləşdirmə qabağı müəssisələrin borclarının restrukturizasiyasıdır.
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən
Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi, dünya iqtisadiyyatına sıx
inteqrasiya oiunması və məşğulluq probleminin çözülməsi biznesin restrukturizasiyası
istiqamətində tədbirlərin kompleks şəkildə həyat keçirilməsindən asılı olacaqdır.
Dostları ilə paylaş: