MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə53/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   49   50   51   52   53   54   55   56   ...   89
Xümsün fəlsəfəsi
Xümsün bir çox hikmət və fəlsəfəsi vardır. Onlardan bə`zilərini qeyd edirik:

1) Şübhəsiz ki, İslam təkcə əxlaqi, fəlsəfi və ya e`tiqadi bir məktəb kimi zühur etməmişdir. İslam bütün maddi və mə`nəvi ehtiyaclar nəzərə alınmış ictimai bir din olaraq zühur etdi. Bu məktəb Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) dövründə hökumət qurulan vaxtdan vardı. Hökumətin idarəsi üçün nizamlı və yetərli tə`minat mənbəsi lazım idi. Bununla da İslami hökumət təşkili sayəsində cəmiyyətin imkansızlarına, xəstələrinə, himayəsizlərinə, əlillərinə və yetimlərinə kömək edib iqtisadi boşluğu doldurmaq olardı. Allah-təala zəkat ayəsini nazil etməklə sonsuz rəhmət və yardım əlini Peyğəmbərə (salləllahu ələyhi və əlihi və səlləm) uzatdı. O, zəkatı vacib etməklə bu çatışmazlıq və nöqsanı aradan qaldırdı. Zəkat bütün İslam cəmiyyətinə məxsus olan büdcələrdəndir. Zəkat Bəni-Haşimə (seyyidlərə) yox, qeyd olunanlara çatır. Lakin hökumət başçısı olaraq İmamın da tə`min olunası xərcləri vardır. İslam quruluşunun inkişafı və cəmiyyətin idarəsi üçün ona böyük büdcə lazımdır. Bu məqsədlə də xüms vermək vacib olmuşdur. Xüms rəvayətlərdə İslam hökumətinin vergisi kimi qeyd olunub.1 )N$O@O#$R%F^N&O(T*E! 12)N$O@O#$R%E^F&N(O*T! 12)N$O@O#$R%F^N&O(T*E! 13)N$O@O#$R%E^F&N(O*T! 13

2) Allah-təala İslam Peyğəmbərinin (salləllahu ələyhi və əlihi və səlləm) izzət və kəramətini qoruyaraq Bəni-Haşim və onun yaxınlarından olan fəqirlərin tə`min olunması üçün xümsü vacib etdi. Allah onların payını Özü və Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) payına yaxın bildi. Bununla da onların təhqir olunması üçün yaranmış şərait aradan götürüldü. Bə`zi şəxslərin fəqirlərə zəkat verərkən özlərini üstün, qarşı tərəfi isə alçalmış hiss etmələri mümkündür. Hansı ki, xüms adlanan verginin ödənməsində məsələ isə tam əksinədir. Burada xümsü alan şəxs üstün hesab olunur.1 )N$O@O#$R%F^N&O(T*E! 14)N$O@O#$R%E^F&N(O*T! 14

3) Xüms elə bir büdcədir ki, İmam (ələyhissəlam) nəzərdə tutduğu xeyir işləri bu büdcə vasitəsi ilə nəzərdən keçirir və onu lazım bildiyi istiqamətlərdə sərf edir. Ayədə deyilən “Allaha məxsus olan (xüms)”, əslində Peyğəmbər üçündür. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) də onu istədiyi yerlərdə sərf edir.2

)N$O@O#$R%F^N&O(T*E! 15)N$O@O#$R%E^F&N(O*T! 4) Xüms - insanın kamilliyi və inkişafı üçün vasitədir. Hər bir şəxs vəzifələrini yerinə yetirməklə kamillik mərhələlərini keçir. Insan Allaha yaxınlıq məqsədi ilə və dünyaya arxa çevirməklə vəzifəsini yerinə yetirir, günahlarını təmizləyir və kamilliyə doğru hərəkət edir.

İmam Rzanın (ələyhissəlam) öz yaxınlarından birinə yazdığı məktubda deyilir: “Xüms ödəmək insanın ruzi əldə etmək və günahlarının bağışlanma səbəbidir.3 )N$O@O#$R%F^N&O(T*E! )N$O@O#$R%E^F&N(O*T! 16



5) Bu məktəbin əsas hədəfi olan İlahi dinin dirçəlişi və İslam hökumətinin qurulması üçün zəkat büdcəsindən əlavə müstəqil bir büdcə lazımdır. İlahi ədalət hökumətinin qurulmasına doğru olan bir inqilabın xərclərinin tə`min olunması üçün xüms, çox böyük sərvətdir.

Həmin məktubda yenə də İmam Rza (ələyhissəlam) belə buyurur: “Xüms bizim Allahın dininə yardımımızdır.”4 )N$O@O#$R%F^N&O(T*E! )N$O@O#$R%E^F&N(O*T! 17

Əlbətdə ki, xümsün bizim bilmədiyimiz bir çox səbəb və hikmətləri də ola bilər.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin