MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə56/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   52   53   54   55   56   57   58   59   ...   89
Xüms və vergi
Xüms –namaz, oruc və s. kimi İlahi və ibadi bir vacibatdır. Onda Allaha yaxınlıq qəsdi olmalıdır. Yə`ni, bu əməllər Allah-təalanın əmrinə görə yerinə yetirilməlidir. Lakin vergi xümslə ziddiyyət daşımayan, zaman və məkan şəraitinə tabe olan hökumət qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə bilməz.
Iki bəhanə
Bə`ziləri xümsü ödəməmək üçün bir sıra bəhanələr gətirirlər və Allahın vacib etdiyi bu hökmə e`tinasız yanaşırlar. Onlardan ikisini qeyd etmək istərdik:

Bəhanə 1: “Əgər xüms versəm, onda pulum azalar və çətin vəziyyətə düşərəm.”

Cavab: “Indiyə kimi xümsü ödəyənin heç biri çətinliyə düşməmiş və müflis olmamışdır. Bağbanlar ilin müəyyən fəslində ağacların budaqlarını kəsirlər ki, həmin ağaclar yaxşı bar verib, bollu-bərəkətli olsunlar. Allaha iman gətirənlər də hər il xümsü ödəməklə var-dövləti çoxalmış və bərəkətli olmuşdur.



Bəhanə 2: “Allah məsləhət bilsəydi, mənə pul yetirdiyi kimi kasıba da yetirərdi. Deməli, məsləhət bilmir.”

Cavab: Bəli, Allahın hər şeyə qüdrəti çatır. Lakin O, sənin kamilliyə və Cənnətə yetişməyin üçün səni imtahan edir.

Qur`anda belə buyurulur: «Onlara – “Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!” - deyildikdə, kafirlər iman gətirənlərə – “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?” – cavab verərlər. (Allah onun ac qalmağını istəmişdir!) (Bilin ki,) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz.»1

4-Zəkat: Şəriətdə 9 şeydən (arpa, buğda, xurma, kişmiş, inək, qoyun, dəvə, qızıl, gümüş) risalələrdə yazılmış bir sıra şəraitlə zəkat ödəmək vacibdir.

Zəkat – “təmizlik” mə`nasındadır. Yə`ni, yuxarıda adı çəkilən malların təmizliyi. Zəkatı vacib olan doqquz şeyin hər biri “nisab həddi”nə (müəyyən bir həddə) çatdıqda, onun zəkatını vermək vacib olur. Məsələn: Beş dəvəsi olan bir qoyun, otuz inəyi olan bir dana, qırx qoyunu olan bir qoyun zəkat verməlidir. Demək, nisab həddinə çatmamış malların zəkatını vermək lazım deyil. Risalədə bu barədə geniş şərh verilmişdir.

Zəkat – namaz, oruc və s. ibadətlər kimi həmişə insanlara vacib edilmişdir. Misal olaraq, Qur`anda Ismail Peyğəmbər (ələyhissəlam) haqqında belə buyurulur: «O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi.»1

Yaxud Isa Peyğəmbər (ələyhissəlam) haqqında buyurulur: «(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (Incil) verib və məni (bu yaşda) Peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.»2

Qur`anda demək olar ki, “zəkat” kəlməsi əksər ayələrdə “namaz” kəlməsi ilə birlikdə işlənmişdir: «Namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə ruku edin!»3


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin