MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Sual: Xüms və zəkatla “dövlət vergi”ləri arasında nə əlaqə var? Cavab



Yüklə 1,31 Mb.
səhifə58/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   54   55   56   57   58   59   60   61   ...   89
Sual: Xüms və zəkatla “dövlət vergi”ləri arasında nə əlaqə var?

Cavab: Vergi - vətəndaşların dövlətə xidmət müqabilində ödədikləri puldur. Dövlət küçə və prospektləri asfaltlayır, asayişi təmin edir, pulsuz tibbi xidmət göstərir, təhsil müəssisələri açır. Demək, vergi gündəlik ehtiyaclarımıza xərclədiyimiz pullardan fərqlənmir. Xüms və zəkat isə yalnız məhrum təbəqənin problemlərinin həllinə sərf olunur. Əgər bu müqəddəs hökmlərə (xüms və zəkata) əməl olunarsa, onda İslam cəmiyyətində heç kəs yoxsulluqdan çətinlik çəkməz.

5-Həcc: Imkan olan surətdə, müəyyən şərtlər əsasında ömründə bir dəfə “Kə`bə” evinin ziyarətinə getmək.

Allah-təala Qur`anda buyurur: «Orada (Kə`bədə) aydın nişanələr - Ibrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Imkanı olan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərdən ehtiyacsızdır!»1

Həcc ziyarətinə getmək İslamın vacib şərtlərindən biridir. Ümumiyyətlə, müqəddəs Həcci ziyarət etməyə insan həm maddi, həm də fiziki cəhətdən hazır olmalıdır. Əgər onun fiziki sağlamlığı imkan vermirsə, Həccə gedə bilməz. Həcc ziyarətinə gedən insanın maddiyatı özünü, ailəsini idarə edə bilməyə imkan verməli, onun evi olmalı, ailəsini yemək-içməklə tə`min etməlidir. Əgər Həccə getmək istəyən insanın ölkəsində müharibə varsa, yol qorxuludursa, pulu haramdırsa, o Həccə gedə bilməz.

Həccə gedənlər gərək Həccin mahiyyətindən və hikmətindən xəbərdar olsunlar.

Rəvayətdə deyilir: Bir şəxs Həcc mərasimində İmam Sadiqə (ələyhissəlam) dedi:
“İmam, necə də çox Hacı var!”
Həzrət buyurdu: “Həqiqi Hacı azdır!”

Əlbətdə ki, “titul”a görə gedilən həcci Allah qə`bul etmir. Paklıq, müqəddəslik, bir sözlə Allaha itaət - Hacının əməlində özünü büruzə verməlidir.

Həccin bə`zi əməllərinin hikmətini qeyd etmək istərdik:


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin