Allahın qəzəbindən arxayın olmaq
Bə`ziləri isə ömür boyu günah edərək “Allah öz bəndəsinə zülm etməz, O, Mehribandır və günahlarımızı bağışlayacaqdır”- deyə, özlərinə ürək-dirək verməklə hətta Allaha belə töhmət vurub Onun adından danışırlar. Görəsən, belələri Allah-təala ilə nə vaxt şərt (Allaha pənah aparırıq) kəsiblər?!
Allah günahkarı məhz peşman olduğu, xəcalət çəkdiyi üçün bağışlayır. Amma bə`ziləri Allahın bu rəhmət və mehribanlığı müqabilində günahını elə bir həddə çatdırır ki, tövbə və istiğfar ləyaqətini itirir. Belələri bir yolluq unudur ki, tövbə edib bağışlanma diləməlidir. Belə şəxslər haqqında Qur`an buyurur: «Belə isə, məgər Allahın qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir.»1
Yaxud: «Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.»2
Bir çoxları tövbəni öz istədiyi kimi anlatmaq istəyir. Məsələn, şəraba yaxud qumara qurşanmış bir nəfər bunlardan əl çəkərsə, elə güman edir ki, tövbə edib. Lakin əslində o, tövbə yox, bunları tərgitmişdir. Həqiqi tövbənin nə və necə olduğunu bizə Qur`an və hədislər başa salır. “Təhrim” surəsində buyurulur: «Ey iman gətirənlər, Allaha tərəf qayıdıb xalis və həqiqi tövbə edin.»3
İmam Əli (ələyhissəlam) buyurur: Xalis və həqiqi tövbənin altı şərti vardır. Əgər bu şərtlər yerinə yetirilməsə, deməli, həqiqi tövbə etməmisən.
1. Keçmişdə etdiyin günahlara görə doğrudan da peşiman olasan.
2. Bir daha günah etməmək qərarına gələsən.
3. Allahın haqqını ödəyəsən. Yə`ni keçmişdə tərk etdiyin vacib əməllərin (namaz, oruc, xüms və s.) qəzasını yerinə yetirəsən.
4. Xalqın (camaatın) haqqını ödəyəsən. Yə`ni oğurluq, böhtan və s. günahlara yol vermisənsə, gərək sahiblərini tapıb halallıq alasan, razılıqlarını əldə edəsən.
5. Günahın ləzzət və şirinliyini dadmısansa, ibadət və itaətin də çətinliyinə dözməlisən.
6. Etdiyin günahların dərdindən qəm-qüssəyə batıb, haramla əmələ gələn əti ibadət vasitəsilə bədənində əritməlisən, belə ki, dəri sümüyə yapışıb halaldan təzə ət əmələ gəlsin.”1
On beşinci fəsil
Dostları ilə paylaş: |