170
Məsələn, «əccil», «əsri» və «isə» kəlmələrinin hər üçü «tələsmək»
mənasını verir. Bu məzmunda nəql
olunmuş rəvayətlərə əsasən
Quranı, eyni məna daşıyan, lakin yazılışı bir-biri ilə fərqli olan
ifadələrlə qiraət etmək olar. Bu nəzəriyyənin tərəfdarları
belə bir
fikir irəli sürmüşlər ki, eyni məna daşıyan
sinonim ifadələri
Osmanın xilafəti dövründə Quran nüsxələrində görmək olardı.
Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Quranın orjinal formada
yazılması və bir-biri ilə fərqlənən nüsxələrin yandırılması əmr
edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə xüsusi diqqət
yetirmişlər. Həmçinin Qurtəbi və İbni Əbdulbərr Quranın
yeddi
səbkidə oxunmasına gəldikdə, bu nəzəriyyənin
alimlərin bir çoxu
tərəfindən irəli sürüldüyünə işarə etmişlər.
NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR
Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu
nəzəriyyəni sübuta yetirəcək digər dəlillər də vardır.
1. Yunus, İbni Şəhabdan nəql edərək deyir: «Səd ibni Museyyib
deyir: «Nəhl» surəsinin 13-cü ayəsində «[Biz, müşriklərin: Quranı]
Məhəmmədə bir insan öyrədir! – dediklərini də bilirik» deyildikdə,
Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur.
Ayələr
nazil olduqca Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız
üzərinə köçürürdü. Ayələrin sonunda gələn «səmiun əlimun» və
«əzizun həkimun» kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s)
onlardan hansı birini yazmalı olduğunu
soruşar və o həzrət də
cavabında buyurardı: «
Dostları ilə paylaş: