173
bu günə qədər mütləq qorunub saxlanılardı. Qurani-kərimdə bu
haqda deyilir:
«Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu [hər
cür təhrif və təbdildən, artırıb azalmadan] qoruyub saxlayacağıq.»
(Hicr-9).
2. Rəvayətlərdən belə məlum olur ki, Quranın
müxtəlif
səbkilərdə qiraət olunmasının əsas səbəbi, onun bir səbkidə
oxunmasının müsəlmanlar üçün olduqca çətin olması olmuşdur.
Qiraətin asanlaşması məqsədilə Peyğəməbrin (s) xahişi ilə onların
sayı yeddiyə çatdırılır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır
ki, qiraətlərin çoxalması nəinki müsəlmanların xeyrinə olmamış,
hətta ixtilaf və ayrı-seçkiliyin yaranmasına da səbəb olmuşdur. Belə
ki, onlardan bəziləri digərlərini fərqli qiraətlərinə görə küfrdə
ittiham etmişlər.
Bu səbəbdən də xəlifə Osman, Quranın orjinal
nüsxəsindən istifadə etməyi və digər nüsxələrin yandırılmasını əmr
edir.
Buradan bir neçə nəticəyə gələ bilərik.
1. Quranın müxtəlif səbkilərdə oxunması müsəlman ümmətinə
ağır nəticələr verdi və bu böhran Osmanın xilafəti dövründə daha
aşkar şəkildə zahir oldu.
Belə
bir halda biz, qiraətlərin artırılmasına və bunun həyata
keçməsinə dəlalət edən rəvayətlərin mötəbərliyinə istinad edə
bilmərik. Bir haldakı bu məzmunda nəql olunmuş digər
rəvayətlərdə Peyğəmbərin (s) qiraətlərdə
mövcud olan ixtilaflara
qarşı çıxması və hətta bəzi hallarda qəzəbləndiyinin də şahidi
oluruq. Ötən fəsillərdə bu mətləbə dəlalət edən bir neçə rəvayəti
nəzərdən keçirdik, növbəti fəsillərdəbu
mövzuya bir daha
qayıdacağıq.
2. Müsəlmanların Quranı yalnız bir səbkidə qiraət etməyə qadir
olmamalarına gəldikdə isə, bu tamamilə yanlış və əsassız bir
dəlildir. Çünki, islamı qəbul etmiş ilk şəxslər milliyyətcə ərəb olmuş
və Quranın orjinal nüsxəsini tələffüz etmək onlar üçün heç də çətin
olmamışdır. Hətta Osmanın xilafəti dövründə belə, milliyyətcə ərəb
olmayan ətraf məntəqələrin islamı qəbul etmiş sakinləri də belə bir
çətinliklə üzləşməmişlər.
174
3. Rəvayətlərdən belə məlum olur ki, Osmanın xilafəti dövründə
meydana gəlmiş böhran Peyğəmbərin (s) zamanında da mövcud
olmuşdur. Lakin o həzrət hüzurunda Quran oxuyan hər bir qarinin
özünəməxsus səbkisini təsdiq etmiş və bu ixtilafın
müsəlmanlar
üçün rəhmət və böyük nemət olduğunu bildirmişdir. Bu halda
müsəlmanlar hansı səbəblər üzündən Peyğəmbərin (s) izn verdiyi
bir şeyi Osmanın xilafəti dövründə qadağan etmişlər.
Yoxsa, xəlifə müsəlmanların çətinliklərini Peyğəmbərdən (s)
daha yaxşı dərk edir və bu məsələləri o həzrətdən daha mükəmməl
bilirdi?..
Bu kimi dəlillərin əsassız olduğu o qədər asanlıqla sübuta
yetirilir ki, artıq heç bir əlavə dəlilə ehtiyac duyulmur. Hətta Süyuti
və sünnü məzhəbinin fəal davamçılarından olan tanınmış nəhv
mütəxəssisi
Hafiz Cəmaləddin də, son illər bu kimi rəvayətlərin
həqiqətdən uzaq olduğunu etiraf etmişlər.
(Tibyan 61-ci səh).
Rəvayətlərin batil və əsassız olması tamamilə göz qabağındadır
və onların qondarma olmasına şübhə yoxdur.
Dostları ilə paylaş: