MüƏLLİFDƏN


KOVSƏR SURƏSİ İLƏ MÜBARİZƏ



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə65/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   61   62   63   64   65   66   67   68   ...   182
EL-BEYAN 1 Cİ CİLD

KOVSƏR SURƏSİ İLƏ MÜBARİZƏ 
Elə həmin yazıçı Kovsər surəsini bu ifadələrlə bəyan edir: 
«Biz sənə cəvahiri bəxş etdik, sən də uca səslə namaz qıl, sehirbaz 
və cadugərlərin sözlərinə etina etmə.» 


99 
Bu iddianı biz bir neçə səbəblərə görə batil və əsassız hesab edə 
bilərik. 
1. Göründüyü kimi, yazıçı Qurandakı oxşar ifadələrdən istifadə 
etmiş və heç nədən çəkinmədən bunun adını mübarizə qoymuşdur. 
2. Qoşduğu ifadələrdən belə məlum olur ki, bu onun öz sözləri 
deyil, sadəcə olaraq peyğəmbərlik iddiası etmiş Musəyləmə 
Kəzzabın uydurduğu ifadələrdir. O, bu surəni belə ifadə edir: 
«Biz sənə [insan] kütlələr bəxş etdik. Sən də namaz qıl və 
mühacirət et. [Və bil ki,] düşmənin kafir bir kəsdir.» 
3. Təəccüb doğuran burasıdır ki, o, iki kəlmənin qafiyə 
baxımından bir-birinə oxşar olmasını fəsahət və bəlağət elmlərində 
də bu qayda üzərində olacağını güman etmişdir. Bir halda ki, 
fəsahət qanunlarının ilk şərtlərindən biri kəlmələr arasında 
uyğunluq və rabitənin olmasıdır. Yazıçının ifadələrində isə biz 
bunların heç birini müşahidə etmirik. 
4. Buradan belə bir sual meydana gəlir. Görəsən hansı səbəblər 
üzündən yazıçı «cəvahir» kəlməsini müəyyənlik əlaməti olan «əlif-
lam» ilə qeyd etmişdir. 
Əgər müəyyən cəvahiri nəzərdə tutursa, belə olduqda heç bir 
müəyyənlik şəkilçisindən istifadə etməyə ehtiyac duyulmur. Əgər 
dünyada mövcud olan bütün cəvahiratı nəzərdə tutursa – belə ki, 
«əlif və lam» hərfləri ismin müəyyənlik formasının cəm halına 
dəlalət edir – bunu da həqiqi olaraq qəbul edə bilmərik. Çünki, 
dünyada mövcud olan ləl-cəvahiratın yalnız bir nəfərə verilməsi 
qeyri-mümkündür. 
5. Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki, 
görəsən birinci cümlə ilə «Vəla tətəmidu qovlə sahir – sehirbaz və 
cadugərlərin söylədiklərinə etina etməyin» cümləsi arasında nə 
kimi rabitə vardır? Cadugər dedikdə kimləri nəzərdə tutur? 
«Söylədiklərinə etina etmə» dedikdə hansı sözləri nəzərdə tutur? 
Əgər o hər hansı bir cadugəri və onun söylədiklərini nəzərdə 
tutursa onda, mətləbin daha da açılması və onun söylədiklərinin 
nədən ibarət olduğunu sübuta yetirmək üçün müəyyən dəlil və 
sübutlar gətirməlidir. Yox əgər müəyyən şəxsi və onun 
söylədiklərini nəzərdə tutmayırsa – belə ki, hər iki ifadə, yəni həm 


100 
«qovl» – söyləmək, həm də «sahir» – sehirkar qeyri-müəyyənlik və 
inkar formasında işlənilmiş və ümumiyyət xarakteri daşıyır. Belə 
olduqda bu mənanı daşıyacaqdır: Heç bir sehirbaz və cadugərin 
söylədiyi sözlərə etina etməyin. Lakin biz, cümləni bu mənada 
qəbul edə bilmərik. Çünki bizim, sehirkarların hətta adi məsələlərdə 
belə söylədiklərinə etina etməyimizə heç bir əqli dəlilimiz yoxdur. 
Əgər buradan məqsəd sehirkar və cadugərlər olarsa, yenə də biz 
bunu həqiqət kimi qəbul edə bilmərik. Çünki, cadugərlərin işi 
sehramiz ifadələr söyləmək deyil, özünəməxsus hiylə və 
məkrlərdən istifadə edərək müəmmalı işlər göstərməkdir. 
6. Kovsər surəsi Peyğəmbəri (s) istehza edən şəxs barəsində nazil 
olmuşdur. O, Peyğəmbər (s) haqda bu sözləri deyirdi: Məhəmməd 
övladı olmayan sonsuz bir insandır (övladı olmayan deyildikdə 
oğlan uşağı nəzərdə tutulur). Tezliklə öləcək və gətirdiyi din 
unudularaq aradan gedəcəkdir. 
Tur surəsinin 30-cu ayəsində bu haqda deyilir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin