98
«Bizi iman yoluna hidayət et.»
Qeyd olunan
ifadədən bu mənalardan heç birini əldə etmirik.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, yuxarıdakı ifadə
yalnız haqq yola hidayət prinsipini izlədiyi
üçün bir o qədər də
əhəmiyyət kəsb etmir. Lakin iman yolunun doğru yol olduğuna və
bu yolun yolçularının heç vaxt haqq yoldan sapınmayacaqlarına heç
bir işarə edilməmişdir.
Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər
kifayətlənmiş və surənin ardını heç bir ifadələrlə əvəz etməmişdir.
Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin məna və
məfhumunu dərk etmişdir. Çünki, surənin ardı, yəni
«Nemət
verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan]
azanların yoluna yox!»
6-7-ci ayələr doğru yolun mövcud olduğuna dəlalət edir. Allahın
razılığını qazananlar bu yolun yolçuları
və ilahi nemətlərlə
mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin,
şəhidlərin və
əməli-saleh insanların yoludur. Allahın qəzəbinə düçar olan kəslər
isə haqq yoldan azan və inadkarlıq
üzündən həqiqətdən üz
çevirənlərdir. Cəhalət və nadanlıq onları zəlalətə doğru sürüklədiyi
üçün, həqiqəti axtarmaq əvəzinə ata-babalarının getdikləri yolu
davam etdirmiş və kor-koranə təqlidi hər şeydən üstün tutmuşdur.
Ayələri diqqətlə oxuyub işarə olunan
mühüm mətləblərə diqqət
yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış
olur. Belə ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu
ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri
və əməli-saleh
insanların tutduqları yolu davam etdirməlidir. İndi özünüz deyin,
dərin mənalı və hikmətli ilahi kəlamları kənara qoyub hansısa
xəyalpərəst yazıçının uydurduğu əsassız
ifadələrə etimad etmək
olarmı?
Dostları ilə paylaş: