Şəxsiyyət problemi sosiologiyanın əsas problemlərindən biridir. Şəxsiyyət təbiətin məhsulu olaraq deyil, cəmiyyətin məhsulu olaraq öyrənilir.İnsanı tanımaq cəmiyyəti tanımaq deməkdir. Şəxsin inkişafının istiqamət, şərt, üsul və vasitələrinin öyrənilməsidir. İnsanlar fərd olaraq, müxtəlif dövrlərdə, müxtəlif tarixi, siyasi, iqtisadi şərtlər altında formalaşır.İnsan inkişafının spesifik əlamətləri və fərdi xüsusiyyətlərinin mühit prizmasından əks olunması üçün “şəxsiyyət” anlayışı istifadə olunur. Şəxs adı altında insanın varlığı, onda əks olunan sosial əlamətlər sisteminin reallaşması və ya qısaca desək, insanın sosial özəlliyi nəzərdə tutulur.Bu anlayış insanın və fərdin təbiətüstü sosial varlığının ifadə olunması, yəni sosial başlanğıc üzərində vurğu qoyulması məqsədilə istifadə olunur.

FƏRD
ŞƏXSİYYƏT
İNSAN
Şəxsiyyətin sosiallaşması
Ayrıca bir fərdin sosial birliyə və onun vasitəsilə cəmiyyətə qoşulması prosesi sosiologiyada şəxsiyyətin sosiallaşması adlanır. Sosiallaşma prosesi fərdin və ictimai mühitin qarşılıqlı əlaqələri və qarşılıqılı surətdə bir-birinə təsirinin təbiətini dərk etməyə imkan yaradır. İnsanların kortəbii şəkildə mövcud dəyərləri, normaları mənimsəməsi və onlara adekvat olaraq davranış forması qəbul etməsi həmin qaydaların sükunət halını möhkəmləndirir. Lakin fərdin ictimai normaları mənimsəməsi prosesində tənqidi münasibət ünsürləri olduqda, həmin normaların tədricən təkmilləşdirilməsi, beləliklə də sosial qaydaların dinamikliyi təmin edilmiş olur.