İşçi məhsuldarlığı. Monotonluğun mütləq şəkildə təzahür edəcəyi məqamlarda biri işçilərin məhsuldarlıq səviyyəsidir. Bir çox insan, hətta müntəzm olaraq işçi məhsuldarlığını müzakirə edən insanlar belə işçi məhsuldarlığı və effektivliyini qarışdırırlar. Bu terminlər bir- biri ilə eynilik təşkil etmirlər. Effektivlik işçinin iş üçün nə qədər cəhd etdiyi, məhsuldarlıq isə işçinin nə qədər iş görməsi ilə xarakterizə edilir. Bəzən işçilər məhsuldar ola bildikləri halda, səmərəli ola bilmirlər. Həmçinin bunun əksi də mümkündür. İş yerində məhsuldarlıq oilaraq da adlandırılan işçi məhsuldarlığı , bir işçinin və ya bir qrup işçinin məhsuldarlığının dəyərləndirilməsidir. Bu, müəyyən zaman çərçivəsindəki toplam iş gücünə baxaraq dəyərləndirilir. Bu zaman işçi məhsuldarlığının dəyərləndirilməsi orta statistik göstəricilərə əsasən qiymətləndirilir. İş yerində məhsuldarlıq və stressdən danışdığımız təqdirdə toxunmalı olacağımız mövzu “Yerkes-Dadson qanunu” dur. Bu qanunun təməlini qoyanlar Robert M.Yerkes və John Dillingham Dodsondur. Bu qanuna görə stress səviyyəsinin ən aşağı həddində işçinin məhsuldarlığı aşağı olduğu halda orta səviyyəli stress vəziyyətində məhsuldarlıq özünün pik həddinə çatır. Lakin artan və yüksək həddə çatan stress məhsuldarlığa ciddi şəkildə negativ təsir göstərir(şəkil 1).10