İşçi dövriyyəsi. İşçilərin dövriyyəsi və ya işçi dövriyyəsi dərəcəsi, müəyyən bir müddət ərzində, adətən, bir il müddətində təşkilatdan ayrılan işçilərin sayının ölçülməsidir. Təşkilat, adətən tərk edən işçilərin ümumi sayını ölçərkən, işçi dövriyyəsini ayrı bir departament və ya demoqrafik qruplar kimi təsnifatlaşdıraraq edir. İşçi dövriyyəsini künüllü və məcburi şəkildə baş verir.Könüllü dövriyyə işçinin öz istəyi ilə bağlı iş yerini dəyişməsidir. Bu, başqa yerlərdə daha yaxşı iş imkanları, iş yerindəki qarşıdurmalar, mübahisələr vəya başqa səbəblərdən baş verə bilər.İstənməyən(məcburi) dövriyyə, işəgötürən zəif performans, zərərli vərdişlər və başqa səbələrdən işçinin işini sonlandırmasını qərara aldığı zaman reallaşır. Bir çox təşkilatın hədəfi aşağı işçi dövriyyəsi olsa da, aşağı və yüksək dövriyyənin oluşu iş növü, işin keyfiyyəti,şirkətin ölçüsü, region və daha çox faktora bağlı olaraq dəyişə bilər. Məsələn, bir fast food restoranı bir sığorta şirkətinə nisbətən daha yüksək işçi dövriyyə dərəcəsinə sahib olacaqdır. Təşkilatlar fərdi və sənaye ilə bağlı faktorları nəzərə alaraq, hədəf dövriyyəsinin dərəcəsini müəyyənləşdirmək, könüllü və məcburi dövriyyənin arxasındakı səbəbləri öyrənmək, işçi dövriyyəsinin dərəcəsini azaltmaq və öz işçi qüvvəsinin saxlanmasını yaxşılaşdırmaq üçün dəyişikliklər edirlər. Bunun üçün müəyyən strateji tədbirlər görülür ki , bunlar başlıcası işçilərin loyallığını artırmaq məqsədi daşıyır. İşçi dövriyyəsini artıran əsas səbəblərdən biri də monotonluqdur. Daha yaxşı iş təklif edən şirkətə meyilli işçilər öz iş yerlərində monotonlula qarşılaşarlarsa , iş yerlərini tərk etməyə meyilli olurlar. Buna misal olaraq operatorları misal göstərə bilərik. Yəgin ki, hər birimiz “call center”a müraciət etmişik. Operatorların işinin təkrarlığı,monotonluğu, sıxıcılığı burada işləyən işçilərin işlərini dəyişməyə sövq edir. Bu sektorda məhz bu səbəbdən işçi dövriyyəsi yüksək həddə olur. (73% - 2018-ci il)7