İş şəraitindən qaynaqlanan monotonluq. İş şəraiti işçilərin fiziki və zehni sağlığı üçün olduqca önəm daşıyan məsələlərdən biridir. Təşkilatlarda fiziki və mənəvi baxımdan işçiləri tətmin edən pozitiv, effektiv iş şəraitinin olmaması monotonluğu yaradan səbəblərdəndir. Bu tip müəssisələrdə işçilərin xoşbəxt olmaması və narahat olması iş şəraitində sosial münasibətlərin inkişafı üçün əngəldir. Həddindən çox diqqət tələb edən, uzun, yorucu iş müddəti də monotonluğun əmələ gəlməsində iştirak edir. Sosial münasibətləri zədələyən bu vəziyyəti aradan qaldırmaq üçün və işgüzar mühitin daha cəlbedici olmasını təmin etmək üçün şirkət işçilər arasında axşam yeməyi, idman, işçilər arasında ictimai əlaqələrin yaxşılaşdırılması üçün gəzintilər təşkil edir.